Hüsnü Qubadov Nəğmələri 2024 ( Musiqidən Zövq Alın )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır.
    Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 1991-ci il avqust ayının 13-də Bakı şəhərində vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.

ความคิดเห็น • 33

  • @АрифНоврузов-ф8ж
    @АрифНоврузов-ф8ж 6 หลายเดือนก่อน +1

    Allah rəhmət eləsin

  • @aslanaslanov9753
    @aslanaslanov9753 6 หลายเดือนก่อน

    Allah Hüsnü müəllimə rəhmət eləsin. Ruhu şad olsun.

  • @gulbaharmusayeva5414
    @gulbaharmusayeva5414 6 วันที่ผ่านมา

    Allah rəhmət eləsin kəndimizin görkəmli sənətkarı mədəniyyət xadimi sizinlə fəxr edirik siz bu gozəl səsinizlə mahnılarınızla qəlblərdə yaşayırsınız 🤲🤲🤲🥀🥀

  • @Gülnaz-i8b
    @Gülnaz-i8b 3 หลายเดือนก่อน

    Allah rəhmət eləsin
    Ruhun şad . Olsun. sənin
    Səsinin vurğnu olanlar hələdə var

  • @durdanababaeva4250
    @durdanababaeva4250 10 วันที่ผ่านมา

    Рухун шад олсун меканын ченнет олсун
    Чан ата❤

  • @denizgulu7095
    @denizgulu7095 6 หลายเดือนก่อน +1

    Can Azerbaycan qoyunun Gulustan imiş,ne nemetler yatir torpaq altinda😢

  • @servinazmqemmedova951
    @servinazmqemmedova951 13 วันที่ผ่านมา

    O, atamın dostu idi.Düzdü yaş fərqləri vardı. Atama dayı deyirdi.Həmişə kəndə gələndə Kələkiyə -atamı görməyə gələrdi.Biz çox sevinərdik.Alıah hər ikisinə rəhmət eləsin.

  • @BAYLARGULIYEV-j9i
    @BAYLARGULIYEV-j9i 6 หลายเดือนก่อน

    Allah rəhmət eləsin!

  • @gulbaharmusayeva5414
    @gulbaharmusayeva5414 6 วันที่ผ่านมา

    Mən oz adımdan fogma kəndimiz in əhalisi adından bu videoları çəkiliş edənlərə təşəkkürümü bildirirəm 🤲🤲🤲

  • @vagifsiyabov3362
    @vagifsiyabov3362 6 หลายเดือนก่อน

    Ruhu şad olsun Hüsnü Bəyin! 🇦🇿🤲!

  • @aqifsoltanov6609
    @aqifsoltanov6609 6 หลายเดือนก่อน +2

    Yerin cənnət olsun dəyərli sənətkar

  • @ДжафарХасаев
    @ДжафарХасаев 6 หลายเดือนก่อน +1

    60-70-CÌ ÌLLÈRDÈ ÈN ÇOX VALLARI SATILAN RÈHMÈTLÌK HÙSNÙ QUBADOV ÌDÌ

  • @TurkanGubadov
    @TurkanGubadov 7 หลายเดือนก่อน +2

    Allah rehmet elesin emi sesini burda eşitmek ne gözeldi allah elvar qardaşa sene can sağlığ versin❤

  • @durdanababaeva4250
    @durdanababaeva4250 7 หลายเดือนก่อน +4

    Чан ата меканын ченнет олсун🤲

  • @nailguliyev1410
    @nailguliyev1410 6 หลายเดือนก่อน +1

    Ağlım kəsəndən dinləyirəm-55 ildir. Bal kimi səsi vardı-rəhmətliyin. Ruhu şad olsun

    • @XanlarQubadov
      @XanlarQubadov 6 หลายเดือนก่อน

      Saq ol qiymetinize gore tesekkur edirem oqlu Xanlar

  • @ahmedmamedov5491
    @ahmedmamedov5491 6 หลายเดือนก่อน +1

    Allah Rəhmət eləsin.Ruhu şad olsun.Böyüklərimizdən eşitmişik.Öz dövründə böyük xanəndə olub.Gözəl səsi var imiş...Yeri behişt olsun.Amin...

    • @hesenhesen-ov1hn
      @hesenhesen-ov1hn 6 หลายเดือนก่อน

      Cox sağ olun təşəkkür ediəm oğlu Xanlar

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 6 หลายเดือนก่อน +1

    Nə gözəl səs eşitdi Allah rəhmət eləsin. Heyf o günlərdən. Bunu yada salanada allah sağlıqlı ömür versin. İndiki bambılılardan qulağımız mazol olub. ( əlbəttə bəzilərin çıxmaq şərtilə)

  • @bahadurhacyev1430
    @bahadurhacyev1430 7 หลายเดือนก่อน +4

    Bəh-bəh. Əməyinə sağlıq Elvar. Əla alınıb 🤌🤌

  • @EliQubadov
    @EliQubadov หลายเดือนก่อน +1

    Hansi mekandirr bu naxcivandir ❤

    • @EliQubadov
      @EliQubadov หลายเดือนก่อน

      İz qoyub getdin öz mugam oxunusunla

  • @qurbanshahkerimov1181
    @qurbanshahkerimov1181 7 หลายเดือนก่อน +2

    Həftəsonu nə yaxşı supriz oldu.

  • @XanlarQubadov
    @XanlarQubadov 6 หลายเดือนก่อน

    Vardir

  • @user-wi2cl8dm4z
    @user-wi2cl8dm4z 6 หลายเดือนก่อน

    "Leyli və Məcnun" operasında Məcnunun atası rolunda əvəzsiz idi. Hər dəfə səhnəyə çıxıb oxumağa başlayan kimi alqış qopurdu. Allah ruhunu şad eləsin.

  • @mehreliquliyev4155
    @mehreliquliyev4155 6 หลายเดือนก่อน

    Bizdə-Xaçmaz rayonunun qədim Bostançı kəndində Şəmsi İmanovla birgə 70-ci illərdə Ömərpaşa kişinin oğlu Firidunun toyunda olublar. Hüsnü Qubadov deyirdi:" Mənə mikrofon gərək deyil ". Uca səsə malik idi. Toy yaxşı keçdi. Ətraf kəndlərin də adamları,musiqiçiləri tamaşaya toplaşmışdılar. Allah Şəmsiyə də,Hüsnüyə də rəhmət eləsin. Ruhları şad olsun. Amin.

  • @АмрахАлиев-ч5т
    @АмрахАлиев-ч5т 6 หลายเดือนก่อน

    Аллаh рэhмэт елэсин! Тэкраролунмаз ,,Кор эрэбин маhнысы" hарда галлды?

    • @XanlarQubadov
      @XanlarQubadov 6 หลายเดือนก่อน

      Vardi??

    • @АмрахАлиев-ч5т
      @АмрахАлиев-ч5т 6 หลายเดือนก่อน

      Вар иди!!!Валы варды1964-65 илдэ ,О махныйа вурулмшдум.