30 Mart Ramazan ayının 19-u Hz. Əlinin (ə.s.) zərbətləndiyi gündür. Hz. Əli (ə.s.) hicrətin 40-cı ilində Muaviyə ilə bir müqavilə imzalamağa məcbur oldu. Çünki orduda birlik yaratmaq mümkün olmadığı üçün Şam səfərindən vaz keçmişdir. Bu müqaviləyə görə, döyüş dayandırılmalı, İraq Hz. Əli’yə (ə.s.), Şam Muaviyəyə aid olmalı, tərəflər bir-birinə təcavüz etməməli idilər. Ancaq Muaviyə müqaviləyə əməl etmədi. Hicaz və Yəməni talan etmək üçün bir ordu göndərdi. Ancaq xalqın cihad çağırışına laqeydliyi, Hz. Əli’yə (ə.s.) istədiyi şəkildə bir ordu yaratmağa imkan vermədi. Bu ərəfədə İmam Əli (ə.s.) son günlərini yaşayırdı. Əbu Salih belə rəvayət edir: “Əli’ni gördüm. O, mushafı başının üzərinə səs çıxacaq şəkildə bərk qoydu və belə dedi: “Allah’ım, Mən onlardan bunun içindəkilərə əməl etmələrini istədim. Ancaq onlar Mənə mane oldular. Allah’ım, Mən onlardan, onlar da Məndən bezdilər. Mən onlara, onlar da Mənə nifrət etdilər. Gözəl əxlaqıma qarşı çıxdılar. Onlara Məndən daha şərlisini, Mənə də onlardan daha xeyirlisini nəsib et! Onların qəlblərini duzun suda əridiyi kimi ərit!”. Başqa bir mənbədə bildirilir ki, bu duadan üç gün sonra şəhid edildi. Hz. Əli (ə.s.) son günlərində bu duanı təkrar edirdi: “Allah’ım! Mən onlardan, onlar da Məndən bezdi. Mən onlardan, onlar da Məndən yoruldu. Məni onlardan, onları da Məndən xilas et!” Sonra əlini saqqalına qoyub dedi: “Sizin quldurbaşınızı bunları (saqqalı) qana boyamaqdan çəkindirən nədir?” Hz. Həsən belə rəvayət edir: “Hz. Əli (ə.s.) mənə dedi ki, ‘Rəsulullah bu gecə yuxuma gəldi. O’ndan, ‘Ya Rəsulallah, ümmətin niyə mənə əzab və düşmənlik edir?’ deyə soruşdum. Mənə, ‘Onlara bəddua et!’ buyurdu. Mən də, ‘Allah’ım Onlara Məndən daha şərlisini, Mənə də onlardan daha xeyirlisini nəsib et!’ dedim.” Hz. Həsən (ə.s) davam edərək deyir: “Bayıra çıxdı və bir azdan sonra vuruldu.” Mənbələrə görə Hz. Əli (ə.s.) Əbdürrəhman ibn Mülcəmi görəndə, “Məni öldürəcək adam budur” demişdir. “Bəs, niyə ona qarşı bir tədbir görmürsən?” deyə soruşanda, “O, hələ Məni öldürmədi” buyurmuşdur. Halbuki, İbn-i Mülcəm üzdə Hz. Əli’yə (ə.s.) böyük ehtiramla yanaşırdı. Hətta İbn Əsir İbn-i Mülcəmin Hz. Əli’ni (ə.s.) tərifləyərək uzun bir şeir oxuduğunu söyləyir. İbn-i Həcər isə Hz. Əli’nin (ə.s.) ona belə cavab verdiyini yazır: “Mən onun yaşamağını, o isə ölməyimi istəyir. Üzdə dost görünən bu kələkbaz Muradi qövmündəndir.” O’na sui-qəsd hazırlandığını xəbər verəndə, belə deyirdi: “Allah qatından üzərimdə sağlam bir sığınacaq vardır. Vaxt gələndə bu sığınacaq pozularaq Məni tərk edər. O vaxt nə ox hədəfindən ayrılar, nə də yara sağalar.” Xaricilərdən Əbdürrəhman b. Mülcəm, Bürək b. Abdullah, Amr b. Bükəyr Məkkədə bir yığıncaq təşkil etdilər. Onlar Nəhrivan döyüşündə öldürülən yoldaşlarının intiqamını almaq üçün Hz. Əli (ə.s.), Amr b. As və Muaviyəni öldürmək qərarına gəldilər. Hz. Əli’nin (ə.s.) İbn Mülcəm, Muaviyənin Burək b. Abdullah, Amr. b. Asın Amr. b. Buqəy tərəfindən öldürülməsi qərara alındı. Qılınclarını zəhərləyərək hicrətin 40-cı ilinin ramazan ayında planlarını həyata keçirmək üçün bir-birindən ayrıldılar. İbn-i Mülcəm yoldaşlarıyla birlikdə ramazan ayının 19-da qılınclarını gizlədib məqsədlərini həyata keçirmək üçün Kufə məscidinə getdilər. Hz. Əli (ə.s.) hər gün sübh və axşam çağında bu məscidə gələrək camaat namazı qıldırırdı. Mənbələr bildirir ki, İmam məscidə girəndə yatanları namaza qaldırmışdır. Onların arasında yoldaşlarıyla birlikdə gecəni səhərədək gözləyən İbn-i Mülcəm də var idi. Məsciddə onlardan başqa heç kim yox idi. Hələ çıraqlar belə yandırılmamışdı. Hz. Əli (ə.s.) əzan oxuduqdan sonra təsbih və təhlil oxuyaraq məscidin həyətində və içində yatanları oyandırırdı. Bu vaxt üzü üstə yatan İbn-i Mülcəmi görür və deyir: “Oyan! Namaz vaxtıdır. Üzü üstə yatma! Şeytan belə yatır. Möminlər kimi sağ yanı üstə yat! Ya da Peyğəmbərlər kimi arxası üstə yat!” Hz. Əli’nin (ə.s.) oğlu Məhəmməd b. Hanəfiyyə o talehsiz gecə`ni belə anladır: “Hz. Əli (ə.s.) öldürülən gecə namaz qılmaq üçün böyük məscidə getmişdim. Orada şəhər camaatı çox idi. Kimi rüku, kimi səcdə halında idi. Əli sübh namazı üçün bayıra çıxdı. ‘Ey insanlar! Namaz, namaz’ deyə səsləndi. Birdən bir parıltı gördüm. ‘Hökm ancaq Allah’ındır! Sənin deyil ey Əli!’ deyə, bir səs eşitdim və sonra gözümə bir, daha sonra iki qılınc göründü. Hz. Əli’nin (ə.s.) səsini eşitdim: ‘O adamı tutun!’ İnsanlar onun ətrafına yığışıb, çox keçmədən onu tutdular və Əli’nin yanına gətirdilər. Əli dedi: ‘Cana qarşı can. Ölsəm, Məni öldürdüyü kimi onu da öldürün! Yaşasam, özüm bilərəm nə edəcəm.’ İbn-i Mülcəm Hz. Əli’nin (ə.s.) namaza durduğu sütunun arxasında gizlənmiş, ilk səcdəsindən qalxarkən zəhərli qılıncı başına endirmişdir. Qılınc Xəndək döyüşündə Amirin vurduğu yerə dəydi və İmam’ın alnı yarıldı. Qılınc zərbəsi başına enəndə, Hz. Əli (ə.s.) bu sözləri söylədi: “Kəbənin Rəbbinə and olsun ki, xilas oldum!” Hz. Əli (ə.s.) evə gətirilib, yatağına qoyuldu. Həkimlər gəldi. Onlardan ən biliklisi müayinə nəticəsində zərbənin beyinə qədər çatdığını anladı və belə dedi: “Ey Möminlərin Əmiri! Vəsiyyətini et! Çünki öləcəksən!” İmam Əli (ə.s) zərbədən 2 gün sonra şəhadətə qovuşur. Allah şəfaətindən məhrum eləməsin. Mənbə: “İmam Əli”, Prof.Dr. Haydar Baş
🔺️🔺️🔺️ *İmam Əli (ə) mənim gözlərimin nurudur.İmam Əli (ə) mənim canımın içidir.İmam Əli (ə) mənim gedib gələn nəfəsimdir.Mən doğulduğum gündən etibarən, İmam Əliyə (ə) aşiqəm.Mən özümlə fəxr etməsəm də, amma adımla çox fəxr edirəm.Həmd olsun Allaha ki, mənim adım Əlidir.Çox təəssüflər olsun ki, mən bu gözəl ada layiq ola bilmədim...* *Bu ucuz canım, Şahım İmam Əliyə (ə) fəda olsun.* *İmam Əli (ə) Allahın yer üzündə olan bir nurudur.İmam Əli (ə) Allahın gözəlliklərini göstərən bir şəxsiyyətdir.İmam Əli (ə) dinin sütunudur.İmam Əli (ə) yetimlərin atasıdır.İmam Əli (ə) kimsəsizlərin və məzlumların dayağıdır.İmam Əli (ə) ədalətin simvoludur.İmam Əli (ə) Allahın Aslanıdır.Elmin şəhəri Məhəmməd (s) Peyğəmbər, elmin qapısı isə İmam Əlidir (ə).İmam Əli (ə) Məhəmməd Peyğəmbərin (s) əmisi oğlu və kürəkənidir.İmam Əli (ə) xanımların xanımı olan xanım Fatimeyi Zəhranın (ə) həyat yoldaşıdır.İmam Əli (ə) cənnət cavanlarının ağası olan İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır.İmam Əlidə (ə) 70 Peyğəmbərin xisləti var.Bir və tək olan Allah, İmam Əli (ə) və Məhəmməd Peyğəmbəri eyni nurdan yaratmışdır.İmam Əli (ə) İslam dinini qəbul edən ilk kişidir.İmam Əli (ə) Kəbə evində dünyaya gələn yeganə insandır.İmam Əli (ə) İslam dininin qalxanıdır.İmam Əli (ə) danışan Qurani Kərimdir.İmam Əli (ə) Zülfüqar qılıncının sahibidir.İmam Əli (ə) bütün kafirlərin qorxulu yuxusudur.İmam Əli (ə) o şəxsdir ki, hətta mələklər də Ona aşiqdir.İmam Əli (ə) namaz qılarkən, ruku halında zəkat verən yeganə insandır.İmam Əli (ə) vilayət günəşidir.İmam Əli (ə) Haqqın səsidir.İmam Əli (ə) bütün möminlərin şahıdır.İmam Əli (ə) Əhli-Beytdir.İmam Əlini (ə) sevəni, Allah da çox sevər.Gücü və qüdrəti sonsuz olan Allah, İmam Əli (ə) haqqında belə buyurmuşdur:* *La fəta illa Əli* *La seyfə illa Zülfüqar* *Mənası budur ki, İmam Əlidən (ə) daha güclü bir igid, Zülfüqar qılıncından daha kəsgin bir qılınc yoxdur.* *Ən uca olan Allahın Salamı olsun İmam Əli (ə) aşiqlərinə.*
Can qardaş Allah səsinə ömrünə bərəkət versin. Ya Əli deyən avazına əhsən
Var olun qardaş 🤲🤲🤲👏🏻👏🏻👏🏻👍
Allah muveffeq etsin qardaş
Sesivize saglıq
Ürəyim parçalandı
Allah zalimlərə lənət eyləsin
Can Əziz Qardaş ALLAH Ömrüvə Səsivə Bərəkət Versin🤲🏻🤍👏🏻
Maşallah Hacıcan sesine quvvet
Allah razi olsun
MasAllah Allah omrue bereket versin qardas
Çox gözəldi 😢
Səsinizə qüvvət qardaş❤
ALLAH qebul elesin 🙏🙏🙏
Gözlerimiz yollarda qalmişdı qardaş Allah qəbul etsin .
ALLAHI sən Qorsun mömin can çox gözəl di Mərsylərin hamıs yükləmşəm mömin can bu mərsiyə gözılyrəm açlan kimi ən birc mən yekljəm mərsiyəin❤❤❤❤
Allah qəbul etsin, Allah razı olsun, Kərbəlayi.
Super ses Allah səsinizi qorusun inşaallah
MaşaAllah səsinə qüvvət!
Allah razi olsun Pərviz gardaş.
Nəhayət, Allah qəbul etsin Pərviz əmim
Səsinə qüvvət. Kərbəlayi ata olmağın münasibətilə təbrik edirəm. Allah Hüseyn balanı adına layiq övlad qərar versin İn Şə ALLAH
Can Ağam Əli (ə)❤️ Allah razı olsun qardaş Rəbbim sizi İmam Əli(ə) ilə məşhur eləsin 🤲
xeyirlin olsun
Allah qebul elesin inşallah qardaş
Movla Əli can 🖤🥀
Sesiniz give gozel gardasim.
Allah qebul elesin qardasim sesine quvvet
UĞURLARİNİZ BOL OLSUN🤲
😢какой голос.как красиво все.Аллах пусть бережет вас.алхамдулиллах 🎉🎉
Ya Ali 😭😭😭
Maşallah Ataş Səsinə Qüvvət Versin Allah
Salam Aleykum Allah sesine qüvvət MasaAllah Allah qəbul etsin insaAllah
Səsinə qurban hacı❤
Allah omrune bereket versin🤲
Çox gözəl yorum!
YA ƏLİ
Gozel qaqam ureyve qurban
Maşallah çox GÖZƏL Allah sizi qorusun dəyərli gözəl meddah
Əziz qardaşım maşaAllah olsun
Allah omrune bereket sesine quvvet versin qardas
Maşaallah qardaşım əla ❤❤❤ Allah əhli-beytdən ayrı salmasın !!!
Can Qardaş can Allah qəbul eyləsin Allah səni əskik eyləməsin Qardacan Azərbaycanımızın fəxrisən❤❤
ALLAHIN SALAMI OLSUN PERVIZ QARDASIMA VE HAMIYA ALLAH BIZLERI ELIDEN VE EHLIBEYTDEN AYRI SALMASIN SESIVE QUVET QARDAS DUSMENLERDEN ALLAH QORUSUN
ALLAX SASIVE GUVVET VERSIN XACI PERVIZ,ALI LAX SANI GORUSUN❤
MaşAllah qardaşıma Allah qorusun səni inşAllah
Amin
YA ALLAH, YA MUHƏMMƏD, YA ƏLİ.
Allah qebul etsin, amin!😢😢😢
Ya Allah, Ya Əli 🤲🏻
Əziz əhlibeyt aşiqləri Allahın Salam rəhmət və nəzəri üzərinizə olsun başımız sağ olsun🥀💔 İnşAllah. Səsinə ürəyinə qüvvət mohtəşəm ifa olub👏🏻👏🏻
Allah sesini qorusun qardas
MAŞA ALLAH ƏHSƏN
Ayda ne qeder qulag asram nə gözəldir nə gözəl oxuyub qardas
Selamın aleyküm cümleten hayırlı ramazanlar gardaşım Allah sesiye ömrüye bereket versin iltiması dua
Sesine avazina qurban qardaş 🤲🥺
MasaAllah Allah səsinizə qüvvət versin
Maşallah gözəl qardaş Allah səsivə qüvvət versin
Can Ağam😢Allah qəbul eləsin,Əhli-Beyt aşiqi qardaşımız🤲
Allah sizdən və bu işin yaranmasında iştirak edənlırdən razı olsun
Allah razi olsun qardaş 🤲 çox gözəl qlinib 😢
Allah Sizi qorusun Əmican
Allah salamat etsin
Allah səsinizə bərəkət versin
Allah səsinə qüvvət versin dayı❤
Allahım özün bizi Əhli beyt ilə məşhur elə İnşəAllah 🤲
Amin
Amin inşAllah
Amin İnşAllah
Amin
Səsinə qüvvət Əmi Səni çox İstəyirəm😊 Cün ki çox gözəl səsiniz var 🖤Allah sizi Hz Əli (ə.s) la Məhşur etsin Amin Ya Rəbbim🤲🤲🤲❤❤
Allah oruclarımızı qəbul elesin inşallah 🙏🤲
Xeyirli olsun deyerli qardasim❤
ALLAH SESINE OMRUNE BEREKET VERSIN QARDAS
Allah xidmetinizi qebul eylesin.Amin.Salam olsun ELMİN Qapisi ELİ E.S.
CAAAN GÖZƏL QARDAŞIM ALLAH SƏNİ VAAR EYLƏSİN ALLAH SƏNİ DÜNYADAN GEDƏNDƏ ÜZÜVÜ İMAM ƏLİ ƏLEYİSALAMIN GƏLİŞİ İLƏ GÜLDÜRSÜN
Çox güzəldi səsinə qurban qardaş ürəyimiz parçaladı ☝️😥🕋🙌❤️❤️
Allah imam Əli ilə məşhur etsin sizi.Hər gün dualarımızdasınız Pərviz əmi,siz də bizi dua edin inşAllah xahiş.
Ya Əli (ə.s) 🥀❤️
EHSEN QARDAŞ ❤
Can Ya Əli 😔
Allah səsinə bərəkət versin əziz qardaşım. Ya Əli.
Allah sesinize qüvvət versin qardaş 🤲
Can Əli😓😓Səsinizə qüvvət❤
Ya Əli
💔
Canim senə qurban yaƏli🤲🤲♾️♾️🤲🤲🤲🥲🥲🥲🥲🥲🥲
ALLAH səsivə qüvvət versin dəyərli qardaşım amin 🤲🏻😢ALLAH bizi Əli ə. Vilayətindən ayrı salmasın amin 🤲🏻🤲🏻
Mənim ərbəyin yoldaşım allah səni qorsun dayim ağmzin nokərin olsan gözəl qardaşım əzizim🤲
30 Mart Ramazan ayının 19-u Hz. Əlinin (ə.s.) zərbətləndiyi gündür.
Hz. Əli (ə.s.) hicrətin 40-cı ilində Muaviyə ilə bir müqavilə imzalamağa məcbur oldu. Çünki orduda birlik yaratmaq mümkün olmadığı üçün Şam səfərindən vaz keçmişdir.
Bu müqaviləyə görə, döyüş dayandırılmalı, İraq Hz. Əli’yə (ə.s.), Şam Muaviyəyə aid olmalı, tərəflər bir-birinə təcavüz etməməli idilər. Ancaq Muaviyə müqaviləyə əməl etmədi. Hicaz və Yəməni talan etmək üçün bir ordu göndərdi. Ancaq xalqın cihad çağırışına laqeydliyi, Hz. Əli’yə (ə.s.) istədiyi şəkildə bir ordu yaratmağa imkan vermədi.
Bu ərəfədə İmam Əli (ə.s.) son günlərini yaşayırdı. Əbu Salih belə rəvayət edir:
“Əli’ni gördüm. O, mushafı başının üzərinə səs çıxacaq şəkildə bərk qoydu və belə dedi: “Allah’ım, Mən onlardan bunun içindəkilərə əməl etmələrini istədim. Ancaq onlar Mənə mane oldular. Allah’ım, Mən onlardan, onlar da Məndən bezdilər. Mən onlara, onlar da Mənə nifrət etdilər. Gözəl əxlaqıma qarşı çıxdılar. Onlara Məndən daha şərlisini, Mənə də onlardan daha xeyirlisini nəsib et! Onların qəlblərini duzun suda əridiyi kimi ərit!”.
Başqa bir mənbədə bildirilir ki, bu duadan üç gün sonra şəhid edildi. Hz. Əli (ə.s.) son günlərində bu duanı təkrar edirdi: “Allah’ım! Mən onlardan, onlar da Məndən bezdi. Mən onlardan, onlar da Məndən yoruldu. Məni onlardan, onları da Məndən xilas et!” Sonra əlini saqqalına qoyub dedi: “Sizin quldurbaşınızı bunları (saqqalı) qana boyamaqdan çəkindirən nədir?”
Hz. Həsən belə rəvayət edir:
“Hz. Əli (ə.s.) mənə dedi ki, ‘Rəsulullah bu gecə yuxuma gəldi. O’ndan, ‘Ya Rəsulallah, ümmətin niyə mənə əzab və düşmənlik edir?’ deyə soruşdum. Mənə, ‘Onlara bəddua et!’ buyurdu. Mən də, ‘Allah’ım Onlara Məndən daha şərlisini, Mənə də onlardan daha xeyirlisini nəsib et!’ dedim.” Hz. Həsən (ə.s) davam edərək deyir: “Bayıra çıxdı və bir azdan sonra vuruldu.”
Mənbələrə görə Hz. Əli (ə.s.) Əbdürrəhman ibn Mülcəmi görəndə, “Məni öldürəcək adam budur” demişdir. “Bəs, niyə ona qarşı bir tədbir görmürsən?” deyə soruşanda, “O, hələ Məni öldürmədi” buyurmuşdur. Halbuki, İbn-i Mülcəm üzdə Hz. Əli’yə (ə.s.) böyük ehtiramla yanaşırdı. Hətta İbn Əsir İbn-i Mülcəmin Hz. Əli’ni (ə.s.) tərifləyərək uzun bir şeir oxuduğunu söyləyir. İbn-i Həcər isə Hz. Əli’nin (ə.s.) ona belə cavab verdiyini yazır: “Mən onun yaşamağını, o isə ölməyimi istəyir. Üzdə dost görünən bu kələkbaz Muradi qövmündəndir.” O’na sui-qəsd hazırlandığını xəbər verəndə, belə deyirdi: “Allah qatından üzərimdə sağlam bir sığınacaq vardır. Vaxt gələndə bu sığınacaq pozularaq Məni tərk edər. O vaxt nə ox hədəfindən ayrılar, nə də yara sağalar.”
Xaricilərdən Əbdürrəhman b. Mülcəm, Bürək b. Abdullah, Amr b. Bükəyr Məkkədə bir yığıncaq təşkil etdilər. Onlar Nəhrivan döyüşündə öldürülən yoldaşlarının intiqamını almaq üçün Hz. Əli (ə.s.), Amr b. As və Muaviyəni öldürmək qərarına gəldilər. Hz. Əli’nin (ə.s.) İbn Mülcəm, Muaviyənin Burək b. Abdullah, Amr. b. Asın Amr. b. Buqəy tərəfindən öldürülməsi qərara alındı. Qılınclarını zəhərləyərək hicrətin 40-cı ilinin ramazan ayında planlarını həyata keçirmək üçün bir-birindən ayrıldılar. İbn-i Mülcəm yoldaşlarıyla birlikdə ramazan ayının 19-da qılınclarını gizlədib məqsədlərini həyata keçirmək üçün Kufə məscidinə getdilər.
Hz. Əli (ə.s.) hər gün sübh və axşam çağında bu məscidə gələrək camaat namazı qıldırırdı. Mənbələr bildirir ki, İmam məscidə girəndə yatanları namaza qaldırmışdır. Onların arasında yoldaşlarıyla birlikdə gecəni səhərədək gözləyən İbn-i Mülcəm də var idi. Məsciddə onlardan başqa heç kim yox idi. Hələ çıraqlar belə yandırılmamışdı. Hz. Əli (ə.s.) əzan oxuduqdan sonra təsbih və təhlil oxuyaraq məscidin həyətində və içində yatanları oyandırırdı. Bu vaxt üzü üstə yatan İbn-i Mülcəmi görür və deyir: “Oyan! Namaz vaxtıdır. Üzü üstə yatma! Şeytan belə yatır. Möminlər kimi sağ yanı üstə yat! Ya da Peyğəmbərlər kimi arxası üstə yat!”
Hz. Əli’nin (ə.s.) oğlu Məhəmməd b. Hanəfiyyə o talehsiz gecə`ni belə anladır:
“Hz. Əli (ə.s.) öldürülən gecə namaz qılmaq üçün böyük məscidə getmişdim. Orada şəhər camaatı çox idi. Kimi rüku, kimi səcdə halında idi. Əli sübh namazı üçün bayıra çıxdı. ‘Ey insanlar! Namaz, namaz’ deyə səsləndi. Birdən bir parıltı gördüm. ‘Hökm ancaq Allah’ındır! Sənin deyil ey Əli!’ deyə, bir səs eşitdim və sonra gözümə bir, daha sonra iki qılınc göründü. Hz. Əli’nin (ə.s.) səsini eşitdim: ‘O adamı tutun!’ İnsanlar onun ətrafına yığışıb, çox keçmədən onu tutdular və Əli’nin yanına gətirdilər. Əli dedi: ‘Cana qarşı can. Ölsəm, Məni öldürdüyü kimi onu da öldürün! Yaşasam, özüm bilərəm nə edəcəm.’
İbn-i Mülcəm Hz. Əli’nin (ə.s.) namaza durduğu sütunun arxasında gizlənmiş, ilk səcdəsindən qalxarkən zəhərli qılıncı başına endirmişdir. Qılınc Xəndək döyüşündə Amirin vurduğu yerə dəydi və İmam’ın alnı yarıldı. Qılınc zərbəsi başına enəndə, Hz. Əli (ə.s.) bu sözləri söylədi: “Kəbənin Rəbbinə and olsun ki, xilas oldum!”
Hz. Əli (ə.s.) evə gətirilib, yatağına qoyuldu. Həkimlər gəldi. Onlardan ən biliklisi müayinə nəticəsində zərbənin beyinə qədər çatdığını anladı və belə dedi: “Ey Möminlərin Əmiri! Vəsiyyətini et! Çünki öləcəksən!”
İmam Əli (ə.s) zərbədən 2 gün sonra şəhadətə qovuşur.
Allah şəfaətindən məhrum eləməsin.
Mənbə: “İmam Əli”, Prof.Dr. Haydar Baş
Ya Əli gör sənin düşmənlərin nə qədər imiş Allah lənət eləsin Əhli Beut düşmənlərinə. Yazdığlarınızı oxudum mənə coox pis təsir etdi qardaş😔😔😔😔😔💔🥀😓😓
*ALLAHU TƏALA TUTULAN ORUCLARI QILINAN NAMAZLARI ALLAHA ƏL AÇIB 🙌 EDİLƏN DUALARI QƏBUL ELƏSİN İNŞƏALLAH AMİNNN 🙌🙌*
Amin
YA ƏLİ 🤍. ALLAH SƏSİNİZƏ QÜVVƏT, ÖMRÜNüzü BƏRƏKƏTLİ ELƏSİN İNŞƏALLAH ❤️
يا علي🖤
Adaşım Uğurlar arzu edirəm sənə❤
Cann Əli
ALLAHDAN SÌZƏ UZUN VƏ BƏRƏKƏTLÌ ÒMÙR ARZULAYIRIQ,LƏBBEYK MÒVLA ƏLÌə.s😢😢😢
Allah səsinə qüvvət versin.
Allah qəbul eləsin Əli ❤
Ya Əli Can qurban sənə və səni çok istəyənlərə sənin ucun canın verənlərə canım qurban
Allah razi olsun qardaş
XEYİRLİ OLSUN PƏRVİZ HÜSEYNİ QARDAŞIM ALLAH SƏNİ QORUSUN AMİN QARDAŞIM MƏNİM 🤲🙏
Allah razı olsun qardaş ağlatdın məni Allah sizi dünya axirət Əli (ə) dan ayrı salmasın 🤲
Masallah qardas
Ya Əli Allah qəbul etsin İnşallah Amin
🔺️🔺️🔺️
*İmam Əli (ə) mənim gözlərimin nurudur.İmam Əli (ə) mənim canımın içidir.İmam Əli (ə) mənim gedib gələn nəfəsimdir.Mən doğulduğum gündən etibarən, İmam Əliyə (ə) aşiqəm.Mən özümlə fəxr etməsəm də, amma adımla çox fəxr edirəm.Həmd olsun Allaha ki, mənim adım Əlidir.Çox təəssüflər olsun ki, mən bu gözəl ada layiq ola bilmədim...*
*Bu ucuz canım, Şahım İmam Əliyə (ə) fəda olsun.*
*İmam Əli (ə) Allahın yer üzündə olan bir nurudur.İmam Əli (ə) Allahın gözəlliklərini göstərən bir şəxsiyyətdir.İmam Əli (ə) dinin sütunudur.İmam Əli (ə) yetimlərin atasıdır.İmam Əli (ə) kimsəsizlərin və məzlumların dayağıdır.İmam Əli (ə) ədalətin simvoludur.İmam Əli (ə) Allahın Aslanıdır.Elmin şəhəri Məhəmməd (s) Peyğəmbər, elmin qapısı isə İmam Əlidir (ə).İmam Əli (ə) Məhəmməd Peyğəmbərin (s) əmisi oğlu və kürəkənidir.İmam Əli (ə) xanımların xanımı olan xanım Fatimeyi Zəhranın (ə) həyat yoldaşıdır.İmam Əli (ə) cənnət cavanlarının ağası olan İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır.İmam Əlidə (ə) 70 Peyğəmbərin xisləti var.Bir və tək olan Allah, İmam Əli (ə) və Məhəmməd Peyğəmbəri eyni nurdan yaratmışdır.İmam Əli (ə) İslam dinini qəbul edən ilk kişidir.İmam Əli (ə) Kəbə evində dünyaya gələn yeganə insandır.İmam Əli (ə) İslam dininin qalxanıdır.İmam Əli (ə) danışan Qurani Kərimdir.İmam Əli (ə) Zülfüqar qılıncının sahibidir.İmam Əli (ə) bütün kafirlərin qorxulu yuxusudur.İmam Əli (ə) o şəxsdir ki, hətta mələklər də Ona aşiqdir.İmam Əli (ə) namaz qılarkən, ruku halında zəkat verən yeganə insandır.İmam Əli (ə) vilayət günəşidir.İmam Əli (ə) Haqqın səsidir.İmam Əli (ə) bütün möminlərin şahıdır.İmam Əli (ə) Əhli-Beytdir.İmam Əlini (ə) sevəni, Allah da çox sevər.Gücü və qüdrəti sonsuz olan Allah, İmam Əli (ə) haqqında belə buyurmuşdur:*
*La fəta illa Əli*
*La seyfə illa Zülfüqar*
*Mənası budur ki, İmam Əlidən (ə) daha güclü bir igid, Zülfüqar qılıncından daha kəsgin bir qılınc yoxdur.*
*Ən uca olan Allahın Salamı olsun İmam Əli (ə) aşiqlərinə.*
Ellerin derd gormesin.
MaşaAllah.SubhanAllah
Ellerin derd görmesin
Ay Əli😔🥀
Səsinizə qüvvət❤❤
Canəm Əli❤