"İSTİQLAL MARŞI ""(M.Ə.Ərsoy) 1. Ulusum,qorxma!Necə böylə bir imanı boğar, "Mədəniyyət" dediyin tək dişi qalmış canavar? Verilən misralarda hansı fikir ifadə olunub: A) Xalq öz imanı ilə canavarları da ölkədən qovacaq və qorxmadan, çəkinmədən öz müstəqilliyini əbədi olaraq qoruyacaqdır. B) Düşməni qocalmış canavara bənzədən şair millətinin qorxmamasını istəyir, çünki belə iman tək nah dişi qalmış canavara (düşmənə) məğlub olmaz. C) Türkiyənin mədəniyyətin beşiyi olduğunu xatırladır. D) "Mədəniyyət" deyəndə qoca Şərqi nəzərdə tutur. E) Əgər türk millətinə qalib gəlmək istəyirsənsə, bu yalnız tək dişi qalmış canavarların sayəsində ola bilər. 2. "İstiqlal marşı" (M.A.Ərsoy) və Azərbaycan Respublikasının Dövlət himni üçün ortaq cəhətlər hansılardır? 1. Himndə ölkənin daim yaşaması fikri ifadə olunub. 2. Şeirdə xalqa "arkadaş" deyə müraciət olunur. 3. Himnin son misrasında ölkənin adı iki dəfə təkrarlanır. 4. Xalqın igid oğullarının Vətən üçün şəhid olduqları xatırladılır. 5. Xalqın canını Vətən yolunda fəda etməyə hazır olduğu vurğulanır. A) 1,4,5 B) 2,4 C) 3,5 D) 4 E) 2,3 3. "İstiqlal marşı" (M.A.Ərsoy) əsəri haqqında hansı fikir fərqlidir (doğru və ya yanlış olma baxımından)? da A) Türkiyənin milli marşı kimi qəbul olunmuşdur. B) Müəllif düşünür ki, Türkiyədə daim azan səsi eşidilməlidir. C) Şair Allahdan istəyir ki, bütün varını belə asla, onu Vətənindən ayrı salmasın. D) Şeirin bəzi misralarında şairin gələcəklə bağlı ümidsizliyi də əksini tapıb. E) Şair bir gün haqqın vəd etdiyi gözəl günlərin gələcəyinə inanır. 4. "İstiqlal marşı" (M.A.Ərsoy) əsərinin məzmunu haqqında hansı fikir yanlışdır? A) Bayraq türk millətinindir və onun da olacaq. B) İstiqlal türk xalqının haqqıdır. C) Heç kim türk xalqını zəncirdə saxlaya bilməz, çünki onlar daim hür yaşayıb. D) Şair Qərbin sərhəddini iman dolu köksünə bənzədir. E) Şair xalqına müraciət edib deyir ki, yurda alçaqları buraxmasın. 5. "İstiqlal marşı" (M.A.Ərsoy) şeirində əksini tapmışdır (tam cavab): 1. Şairin şəhid oğluna müraciəti 2. Vətənin azadlığına qənim kəsilənlərə münasibət 3. Qazanılmış zəfərin əbədi olacağına inam 4. Vətənin azadlığı, müstəqilliyi problemi 5. Şairin İlahidən istəyi A) 2,3,4 B) 1,3,4,5 C)2,3,4,5 D)1,4,5 E) 1,2,3,4,5 .6. Məhmət Akif Ərsoyun "İstiqlal marşı" əsərindən verilən hansı misrada arzusu əks olunmuşdur? A) "Mədəniyyət" dediyin tək dişi qalmış canavar? B) Basdığın yerləri "torpaq" deyərək keçmə, tanı! C) Dəyməsin məbədimin köksünə naməhrəm əli. D) Haqqıdır, Haqqa tapan millətimin istiqlal! E) Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? 7. M.A.Ərsoyun "İstiqlal marşı" şeiri ilə bağlı verilənlərdən yanlış olanı qeyd edin. A) Şairin fikrincə, əzəldən azad yaşayan, əsarətin nə olduğunu bilməyən millətin azadlığını əlindən almaq mümkün deyildir B) Şair türk milləti ölkəsinə yönələn təhdidlərə həmişə layiqli cavab verəcəyini vurğulayır. C) Şeirdə Azərbaycan və Türkiyə qardaşlığından söz açılır. D) Şair türk xalqının müstəqilliyini və azadlığını, nəyin bahasına olursa-olsun, əbədi qoruyacağını vurğulayır. E) Şair əsəri türk millətinə və onun qəhrəman ordusuna hədiyyə etmişdir. 8."İstiqlal marşı "haqqında biri səhvdir: A)Son bənd xaric digər bəndlər dördlük şəklindədir. B)Lirik qəhrəmanın istəyi odur ki vətəninə düşmən əli dəyməsin. C)Əsərin 2 bəndində İlahiyə xitab edilir. D)Əsər lirik növdə olub, süjetli lirika nümunəsidir E)Əsərdə bədii sual işlənib. 9."İstiqlal marşı " haqqında fikirlərdən biri səhvdir: A)XX əsrdə yazılmışdır. B)Həyatı əksetdirmə növünə görə Bəxtiyar Vahabzadənin "İstiqlal"əsərindən fərqlənir. C)Əsərdə bayrağa"ey nazlı hilal "deyə müraciət olunur. D)Şəhid oğluna xitab edərək atasını incitməməyi deyilir. E)"Haqqıdır, Haqqa tapan millətimin istiqlal "2 dəfə təkrarlanır. 10."İstiqlal marşı "haqqında verilmiş fikirlərdən səhvdir: A)İstiqlal haqqa qulluq edənlərin haqqıdır fikri səsləndirilir. B)Mədəniyyət tək dişi qalmış canavar kimi mənalandırılır. C)Azan səsi daim eşidilməlidir D)Əsər yurdu qoruyan əsgərlərə müraciətlə yazılmışdır. E)Bəndlər şəklində yazılsa da,bəzi misralarda sərbəst şeirin əlamətləri duyulur.
B.Vahabzadənin " İstiqlal " poeması epik əsər deyil axı. Lirik poemadır. Müstəqillik , azadlıq ideyası aşılanır. Burada heç bir əhvalat , hadisə danışılmır. Lütfən, buna bir açıqlama verin. Siz " Şəhidlər" və " İstiqlal " poemaları üçün ortaq cəhətdə özünüz hər 2 əsəri lirik poema adlandırmısız . Mən yalnız sizi dinləyirəm !
Təşəkkür edirəm. Poema epik növdədir.Növ başqa. Janr başqa. Janr kimi lirik poemadır. Bəli,"Şəhidlər"poeması və "İstiqlal "poeması epik növdədir, amma janr kimi poemadır-lirik poema
Ədəbi növü lirik növdür , janrı isə poemadır ! Mən 30 ilin müəllimiyəm, qızım. Məgər janrla növü ayıra bilmirəm ? Bu məsələdə heç cür sizinlə razılaşa bilmərəm. Lakin gördüyünüz işə çox dəyər verirəm. Təbii ki , çox savadlısınız , lakin təcrübəniz artdıqca mənimlə razılaşacaqsınız !
Mədəniyyət dediyin tək dişi qalmış canavar????diqqətli baxaq,sual işarəsi var Məncə,orda demək istiyir ki,mədəniyyət adına dövlətləri,millətləri (əxlaqı vasitəsilə) məhv edirlər,amma bunu Türkiyədə etmək olmaz,çünki imanı kamildir Mən belə başa düşürəm
Çox sag olun sizlə sertifikasiyaya hazirlasdim.Haqqinizi halal eyləyin.Minnetdaram ƏLA izah edirsiniz asan.
👍
Coxxx saq olun
Çox sağ olun müəllimə,xahiş edirəm çərçivə lirik növ əsərləri bu formada testlərlə izah verin,təşəkkürlər
❤❤❤❤bele testler davamli olsun
Uğurlar Sizin kimi izah edən yoxdur ❤ Açıq kitabı da zəhmet olmasa ,izah edersiniz bu cür.
"İSTİQLAL MARŞI ""(M.Ə.Ərsoy)
1. Ulusum,qorxma!Necə böylə bir imanı boğar,
"Mədəniyyət" dediyin tək dişi qalmış canavar?
Verilən misralarda hansı fikir ifadə olunub:
A) Xalq öz imanı ilə canavarları da ölkədən
qovacaq və qorxmadan, çəkinmədən öz
müstəqilliyini əbədi olaraq qoruyacaqdır.
B) Düşməni qocalmış canavara bənzədən şair
millətinin qorxmamasını istəyir, çünki belə iman tək nah
dişi qalmış canavara (düşmənə) məğlub olmaz.
C) Türkiyənin mədəniyyətin beşiyi olduğunu
xatırladır.
D) "Mədəniyyət" deyəndə qoca Şərqi nəzərdə tutur.
E) Əgər türk millətinə qalib gəlmək istəyirsənsə,
bu yalnız tək dişi qalmış canavarların sayəsində ola
bilər.
2. "İstiqlal marşı" (M.A.Ərsoy) və Azərbaycan
Respublikasının Dövlət himni üçün ortaq cəhətlər
hansılardır?
1. Himndə ölkənin daim yaşaması fikri ifadə
olunub.
2. Şeirdə xalqa "arkadaş" deyə müraciət olunur.
3. Himnin son misrasında ölkənin adı iki dəfə
təkrarlanır.
4. Xalqın igid oğullarının Vətən üçün şəhid
olduqları xatırladılır.
5. Xalqın canını Vətən yolunda fəda etməyə
hazır olduğu vurğulanır.
A) 1,4,5
B) 2,4
C) 3,5
D) 4
E) 2,3
3. "İstiqlal marşı" (M.A.Ərsoy) əsəri haqqında hansı
fikir fərqlidir (doğru və ya yanlış olma
baxımından)?
da
A) Türkiyənin milli marşı kimi qəbul olunmuşdur.
B) Müəllif düşünür ki, Türkiyədə daim azan səsi
eşidilməlidir.
C) Şair Allahdan istəyir ki, bütün varını belə asla,
onu Vətənindən ayrı salmasın.
D) Şeirin bəzi misralarında şairin gələcəklə bağlı
ümidsizliyi də əksini tapıb.
E) Şair bir gün haqqın vəd etdiyi gözəl günlərin
gələcəyinə inanır.
4. "İstiqlal marşı" (M.A.Ərsoy) əsərinin məzmunu
haqqında hansı fikir yanlışdır?
A) Bayraq türk millətinindir və onun da olacaq.
B) İstiqlal türk xalqının haqqıdır.
C) Heç kim türk xalqını zəncirdə saxlaya bilməz,
çünki onlar daim hür yaşayıb.
D) Şair Qərbin sərhəddini iman dolu köksünə
bənzədir.
E) Şair xalqına müraciət edib deyir ki, yurda
alçaqları buraxmasın.
5. "İstiqlal marşı" (M.A.Ərsoy) şeirində əksini
tapmışdır (tam cavab):
1. Şairin şəhid oğluna müraciəti
2. Vətənin azadlığına qənim kəsilənlərə münasibət
3. Qazanılmış zəfərin əbədi olacağına inam
4. Vətənin azadlığı, müstəqilliyi problemi
5. Şairin İlahidən istəyi
A) 2,3,4
B) 1,3,4,5
C)2,3,4,5
D)1,4,5
E) 1,2,3,4,5
.6. Məhmət Akif Ərsoyun "İstiqlal marşı"
əsərindən verilən hansı misrada arzusu əks
olunmuşdur?
A) "Mədəniyyət" dediyin tək dişi qalmış canavar?
B) Basdığın yerləri "torpaq" deyərək keçmə, tanı!
C) Dəyməsin məbədimin köksünə naməhrəm əli.
D) Haqqıdır, Haqqa tapan millətimin istiqlal!
E) Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
7. M.A.Ərsoyun "İstiqlal marşı" şeiri ilə bağlı verilənlərdən yanlış olanı qeyd edin.
A) Şairin fikrincə, əzəldən azad yaşayan, əsarətin nə
olduğunu bilməyən millətin azadlığını əlindən almaq
mümkün deyildir
B) Şair türk milləti ölkəsinə yönələn təhdidlərə həmişə
layiqli cavab verəcəyini vurğulayır.
C) Şeirdə Azərbaycan və Türkiyə qardaşlığından söz
açılır.
D) Şair türk xalqının müstəqilliyini və azadlığını, nəyin
bahasına olursa-olsun, əbədi qoruyacağını vurğulayır.
E) Şair əsəri türk millətinə və onun qəhrəman ordusuna hədiyyə etmişdir.
8."İstiqlal marşı "haqqında biri səhvdir:
A)Son bənd xaric digər bəndlər dördlük şəklindədir.
B)Lirik qəhrəmanın istəyi odur ki vətəninə düşmən əli dəyməsin.
C)Əsərin 2 bəndində İlahiyə xitab edilir.
D)Əsər lirik növdə olub, süjetli lirika nümunəsidir
E)Əsərdə bədii sual işlənib.
9."İstiqlal marşı " haqqında fikirlərdən biri səhvdir:
A)XX əsrdə yazılmışdır.
B)Həyatı əksetdirmə növünə görə Bəxtiyar Vahabzadənin "İstiqlal"əsərindən fərqlənir.
C)Əsərdə bayrağa"ey nazlı hilal "deyə müraciət olunur.
D)Şəhid oğluna xitab edərək atasını incitməməyi deyilir.
E)"Haqqıdır, Haqqa tapan millətimin istiqlal "2 dəfə təkrarlanır.
10."İstiqlal marşı "haqqında verilmiş fikirlərdən səhvdir:
A)İstiqlal haqqa qulluq edənlərin haqqıdır fikri səsləndirilir.
B)Mədəniyyət tək dişi qalmış canavar kimi mənalandırılır.
C)Azan səsi daim eşidilməlidir
D)Əsər yurdu qoruyan əsgərlərə müraciətlə yazılmışdır.
E)Bəndlər şəklində yazılsa da,bəzi misralarda sərbəst şeirin əlamətləri duyulur.
Tək dişi qalmış canavar- yəni qoca qurd
Disi canavar?agznda disi tek qalan camavardir? Ya disi cins menasinda
B.Vahabzadənin " İstiqlal " poeması epik əsər deyil axı. Lirik poemadır. Müstəqillik , azadlıq ideyası aşılanır. Burada heç bir əhvalat , hadisə danışılmır. Lütfən, buna bir açıqlama verin. Siz " Şəhidlər" və " İstiqlal " poemaları üçün ortaq cəhətdə özünüz hər 2 əsəri lirik poema adlandırmısız . Mən yalnız sizi dinləyirəm !
Təşəkkür edirəm.
Poema epik növdədir.Növ başqa. Janr başqa.
Janr kimi lirik poemadır.
Bəli,"Şəhidlər"poeması və "İstiqlal "poeması epik növdədir, amma janr kimi poemadır-lirik poema
Ədəbi növü lirik növdür , janrı isə poemadır ! Mən 30 ilin müəllimiyəm, qızım. Məgər janrla növü ayıra bilmirəm ? Bu məsələdə heç cür sizinlə razılaşa bilmərəm. Lakin gördüyünüz işə çox dəyər verirəm. Təbii ki , çox savadlısınız , lakin təcrübəniz artdıqca mənimlə razılaşacaqsınız !
@@SonaxanimHesenova Gözəl müəllimə.nömrəmlə əlaqə saxlaya bilərsiniz. Vatsapla.055 475 28 86
“İstiqlal “poemadır
İstiqlal marşı “ isə poema deyil
Fərq də elə budur ,müəllimə
Hər iki əsər lirik növdədir
Uğurlar
Janr fərqi var ,Gülər m
5 ci sualda cavab e olmalı deyil axı
Mhm ədəbiyyat test toplusunun son mövzusunda var bu test.
Mədəniyyət dediyin tək dişi qalmış canavar????diqqətli baxaq,sual işarəsi var
Məncə,orda demək istiyir ki,mədəniyyət adına dövlətləri,millətləri (əxlaqı vasitəsilə) məhv edirlər,amma bunu Türkiyədə etmək olmaz,çünki imanı kamildir
Mən belə başa düşürəm