ŞÜKÜR HƏMİDOVUN QANI YERDƏ QALMADI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2020
  • Qubadlının işğaldan azad olunmasını uğrunda döyüşlərdə həlak olan Milli Qəhrəman Şükür Həmidovun ruhu şaddır. Artıq Qubadlı şəhəri və rayonunun bir neçə kəndi düşməndən azad olunub. Şükür Həmidov özü də əslən bu rayonun Armudlu kəndindən idi. Bu xəbərdən sevinən, Sumqayıtda məskunlaşan qubadlılar Həmidovlar ailəsini ziyarətə gəlir. Milli Qəhrəmanın atası Nəriman Həmidov deyir ki, Vətən müharibəsində davamlı qələbələrin hər birinə sevinsə də, Qubadlının yeri ayrıdır.
    Uşaqlıqdan hərb sahəsinə marağı olan şəhid polkovnik Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil almışdı. 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi şücaətinə görə Milli Qəhrəman adı alan Şükür Həmidovu həmin vaxtdan bütünxalq tanıyırdı. Sentyabrın 27-dən başlayan əks hücum əməliyyatlarında hər zaman ən qaynar nöqtələrdə döyüşüb.
    Atası ilə fəxr etdiyini deyən Nuran Şüküroğlu bütün xalqın fərəh, qürur yeri olan Milli Qəhrəmanın yolunu davam etdirmək niyyətindədir. Balaca Nuran daim atasına layiq olacağına söz verib.
    Milli qəhrəman, polkovnik Şükür Həmidov oktyabrın 22-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyev ŞükürHəmidovun ailəsinə başsağlığı verib və Milli Qəhrəmanın xatirəsinin Qubadlıda əbədiləşdirəcəyini bildirib.

ความคิดเห็น •