Yollar achiq, avtobuslar qapali, taksiler baha...
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- Abone OL: goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: goo.gl/NfKDu5
Facebook: goo.gl/XVhVzG
Bir zamanlar 3-12 manat arasında dəyişən qiymətlərlə bir rayondan digərinə və paytaxta gedib gəlirdiksə indi yola çıxan adamın gərək cibi bir xeyli dolu olsun. Əvvəla ona görə ki, hansı qiymətə gedəcəyini bilmirsən, hər sürücü bir qiymət deyir. İkincisidə ki, bu qiymət artıq o qiymət deyil. Avtobusların olmamasından istifadə edən taksilər maraqlıdırlar ki, mövcud şəraitdə daha çox qazansınlar. Nəticədə qiymət qalxıb kəllə çarxa...
Sərt karantin rejimi yumşaldıqdan sonra rayonlara gediş-gəliş bərpa olunsa da , sərnişindaşıma hazırda ancaq şəxsi nəqliyyat vasitələri , taksilər və “Vita” markalı mikroavtobuslarla həyata keçirilir. Avtobusların olmamasından istifadə edən sürücülərsə qiyməti xeyli qaldırıb. Əvvəllər bir nəfər paytaxta getmək üçün 10-12 man ödəyirdisə, indi bu rəqəm ən yaxşı halda 20 manatdır. Bu nəqliyyat vasitələri şəxsi olduğundan vahid qiymət yoxdur. Nəticədə xüsusi hallarda və ya bayram günlərində qiymət 40-50 manatadək qalxır. Əlacsız qalan sərnişin isə bu qiyməti verməli olur. Sərnişin daşıyan sürücülər isə süni şəkildə qiymətlərin qalxmasını belə əsaslandırır: Artıq bir ilə yaxındır ki, fəaliyyətini dayandıran avtovağzalların sürücüləri isə sərnişin daşınmasına qoyulan qadağaların aradan qalxacağı günü səbrsizliklə gözləyir. Sürücülər təklif edir ki, digər ölkələrdəki kimi sərnişin sayını azaltmaqla bu problem həll edilə bilər. Qarşıdan Novruz bayramının gəldiyini, bir həftə qeyri-iş günü olduğunu nəzərə alsaq, qiymətlərin daha da artacağı gözlənilir. Xüsusilə turizm bölgələrində bu qiymət əl yandıracaq. Odur ki, bayramı başqa bölgədə keçirmək istəyənlər həmin vaxta qədər hər hansı bir dəyişiklik baş verməzsə pullarını indidən yığmağa başlasalar yaxşıdır.
#ARBŞəki #Zaqatala