Xaçmazlı fermerlər narazıdır: “Ötən il yeşiyi 15 manat idi indi 5 manat” - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2023
  • #APATV #xaçmaz #fermer #məhsul #pomidor #satış #qiymət #alıcı #topdansatış #Lajen #sevimli #növ #sort #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #qazanc #təsərrüfatçı #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Xaçmazda pomidor sahələrində iyulun ortalarından başlayaraq kütləvi məhsul yığımına başlanılıb. Bu il sahələrdə bol məhsul yetişib. Fermerlər məhsuldarlıqdan razı qalsalar da alıcı azlığı və qiymət onları razı salmır. Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 5-6 manata təklif olunur.
    Təsərrüfatçı Füzuli Paşayev rayonun Aşağı Zeyid kəndində 0,25 hektar sahədə pomidor becərib. Bol məhsul əldə edən fermer yetişdirdiyi pomidor sahədən birbaşa topdansatış qiymətinə satmağa üstünlük verir. Fermer bildirir ki, may ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılır, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanır, amma satışdan əldə olunan qazanc bu xərci ödəmir.
    Bu il Xaçmaz rayonunda 1934 hektar sahədə pomidor əkilib. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.
    Vəli Turan, Rizvan Hacıyev, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: th-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 27

  • @user-pk2fn6xk7p
    @user-pk2fn6xk7p 11 หลายเดือนก่อน +6

    Bakıda bahalılıqdan ala bilmirik, kim bu kənd camaatını qoymur bakıya gətirsin biz də alaq .Bu nə deməkdir e

  • @user-hj5mb6ni6f
    @user-hj5mb6ni6f 11 หลายเดือนก่อน +8

    Niya gatirib aran rayonlarinda satmirsiz?,saatli sabirabad imişli pamidora hasratdi,,,

  • @oqtaymmmdov3039
    @oqtaymmmdov3039 11 หลายเดือนก่อน +2

    Burda bilən də yazır bilməyən də.bu işin içində olan adam kimi deyirəm.xaçmazda yeşiyin 5-6 manata satırlar amma bir şərtlə götürdüyün yeşiyin əvəzinə boş yeşik verməlisən.boş yeşik də 2 manatdır.6m+2m eləyir 8m.meyvəlidə də 10-11 manatdır.bunun içində yol pulu,bazar ın girişi də içindədir.üstəlik satan müştəriyə malı yeşiknən satır.əvəzinə yeşik almır.meyvəlidə kilosu 30-35 qəpiyə düşür.onu ordan alan adam da arabaya 5m üstəgəl maşın pulunn verib bazardan çıxardır.dükanlarda da 50-70qəpik arası satılır.bu elə də baha deyil.danışanlar tam dəqiq danışmırlar.camaatı çaşdırırlar.özüm də o zonadanam.elə danışmaqlarına baxmayın.burda başqa cür danışırlar qapılarına gedəndə başqa cür.

  • @zaurmustafayev6858
    @zaurmustafayev6858 11 หลายเดือนก่อน +2

    İmkan yaradın gətirsinlər bakıya.

  • @azadinsan00
    @azadinsan00 11 หลายเดือนก่อน +3

    Millete pul yoxdu Ona göre alinmir

  • @user-oc5jv7uq3v
    @user-oc5jv7uq3v 11 หลายเดือนก่อน +1

    Товузда Хачмаз помидору 1кг 1 манатды.

  • @zminliyeva2512
    @zminliyeva2512 11 หลายเดือนก่อน

    Bakıda 10 manatdan yuxarıdı yeşiyi .pomidorun bol yerində əlbətdə 5 man olacaq

  • @zakirttt9143
    @zakirttt9143 11 หลายเดือนก่อน +1

    Yeşiyi 5 manatdırsa Bakıda bəs niyə kq ı 1 manatdır

  • @onlarbizler9029
    @onlarbizler9029 11 หลายเดือนก่อน +1

    SƏKİ RAYONU KİCİK DƏHNƏ KƏNDİNƏ GƏTRİN

  • @mehemmedelixocali5993
    @mehemmedelixocali5993 11 หลายเดือนก่อน +1

    Bakıda 70 ,80 qep🤷🏼‍♂️

  • @BatuLoEditor
    @BatuLoEditor 11 หลายเดือนก่อน

    Sumqayıtda 60 qepiyedi yeşikde 15 manata getirin satında

  • @abseronemlak-qb8zy
    @abseronemlak-qb8zy 11 หลายเดือนก่อน

    Qışda 10 manat olacaq

  • @elcanomerzadeelcan2492
    @elcanomerzadeelcan2492 11 หลายเดือนก่อน

    Millet pis gundedi

  • @tomasss6631
    @tomasss6631 11 หลายเดือนก่อน +1

    Getir bine qesebesine sat😢

  • @user-zl9tt7hd8s
    @user-zl9tt7hd8s 11 หลายเดือนก่อน +3

    Nashukur Millet.apar bakiya sat hami alacag,giymet ashagi dushecey, hem savab gazanacagsuz hem de хoul

  • @niyazmemmedov6282
    @niyazmemmedov6282 11 หลายเดือนก่อน +1

    Gətirin İmişlidə satın.

  • @sinayltd
    @sinayltd 11 หลายเดือนก่อน

    Ucarda 1 manatdi , 1.5

  • @user-cj1wh7pk5f
    @user-cj1wh7pk5f 11 หลายเดือนก่อน

    АЗЕРБАЙЧАНЫ А ЯШАЙАНЫН АХЛЫ ЙОХДУР

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 11 หลายเดือนก่อน

    Alma seherde 1.50q

  • @taksikerem9020
    @taksikerem9020 11 หลายเดือนก่อน

    kime lazimdi senin geni deyişmiş zeherli pomidorun..alanlarin coxu kasiblardi caresizlikden alir... bir denede olsun VARLİ o pomidordan alib yemir and olsun allaha.....o qeder berkdi ki ev tikmek olar...

    • @fuzulipasayev1996
      @fuzulipasayev1996 11 หลายเดือนก่อน

      Siz mənnən pamidor almasısiz. zəhərlidi demeye haqqıniz yox. Geni deyişməyə qalanda burda sobet Xaçmaz pamidorunnan gedir. Geni dəyişmiş pamidoru hamı alır baha qiymətə çünki bizim millətə daddan əvvəl görünüş vacibdi. Sultan sortunun geni deyismeyib dadıda var yumşaq pamidordu

  • @maxrza2343
    @maxrza2343 11 หลายเดือนก่อน

    Бакыда йармаркалар ачылмалыдыр