Üç yaşında filmə çəkildi, anasına görə Bakını həmişəlik tərk etdi - Azərbaycan dilini bilmədi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • O kinomatoqrafiyanızın kiçik ulduzudur. Düzdür hazırda çox böyükdür, amma xatirələrdə hər zaman balaca uşaq kimi qalıb. Biri var. Sehirli xalat filminin Rəşidi - Azər Qurbanov
    Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb. Azərbaycan dilində demək olar ki, danışa bilməyib.
    Sonralar da bütün həyatı boyu rus dilində təhsil alıb. 8 il Moskvada oxuyub. Sankt-Peterburqda, Odessada yaşayıb. Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlananda, yenidənqurma vaxtı dostlarının dəvəti ilə ABŞ-a gedib. Ancaq qısa müddətlik səfər Azərin bütün həyatını dəyişib.
    Bir gün evlərinə anasına zəng vurub. Bakıya qayıtmaq istədiyini bildirəndə isə anasından gözlənilməz cavab eşidirb: “Bakıya qayıtma”.
    Azər bəy müsahibələrinin birində deyir: “Doğurdan da geri qayıtmaq istəyirdim, lakin alınmadı. İndi 25 ildən çoxdur ki, burada yaşayıram. Sizə demək istəyirəm ki, ABŞ elə də yaxşı ölkə deyil. Bu, yanlış fikirdir. Birləşmiş Ştatlar çox varlı ölkədir. Lakin insanların yaşayışı o qədər də yaxşı deyil. Hesab edirəm ki, hazırda mənim ölkəmdə vəziyyət buradan yaxşıdır. Burada bəzi insanlar varlıdır, lakin əhalinin böyük əksəriyyəti varlı deyil. Bu, yaxşı hal deyil. Hər şey çox bahadır. Nəsə almaq üçün gərək hər gün işləyəsən. Mən Azərbaycanı xatırlayıram, ora üçün darıxıram. Azərbaycan mənim doğulduğum yerdi”.
    Sonradan anası da onun yanına Amerikaya köçüb. Qardaşı və bacısı isə Bakıda qalmağa üstünlük veriblər. 2012-ci ildə onun anası ABŞ - da dünyasını dəyişib və orada dəfn olunub.
    1983-cü ildə elə Amerikada ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlib.
    O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Ancaq ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner Rəşid obrazı gətirib.
    Rejissor Səttar Atakişiyev 1964-cü ildə “Sehrli xalat” filmini ekranlaşdırarkən Kinosınaq zamanı Rəşid rolu üçün Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz Əzizbəylini də dəvət edib. Sınaq çəkilişləri nəticəsində baş rola Azər Qurbanov təsdiq olunub. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.
    Bu kadrların texnologiyanın qıt dövründə necə əziyyətlə çəkildiyini düşünün... Bəlkə də filmin hələ də sevilməsinin səbəbi məhz bu əziyyətdir. Aktyor özü də bu barədə açıqlama verib: "Bu filmin necə çətinliklə çəkildiyini xatırlayıram: bürkülü pavilyon, dözülməz şərait... Həmişə rəhbərliklə qalmaqalda olan və aktyorların işi üçün daha yaxşı şəraitə müvəffəq olan rejissor Əlisəttar Atakişiyevin cəsarətini qeyd etmək lazımdır. Lakin bütün çəkilişlər heç də Bakıda baş tutmayıb - Aya uçuş kadrları Minskdə pavilyonda çəkilib. Təsəvvür edin, əgər o vaxt bizim böyük texniki imkanlarımız olsaydı, film necə alınardı!
    Filmdə Rəşidin ən yaxın dostu və tərəf müqabili Zərifə rolunun ifaçısı Solmaz Hətəmova uzun illər keçməsinə baxmayaraq filmdə çəkilən uşaqlardan bəziləri ilə əlaqə saxladığını desə də, Amerikada yaşayan Azər Qurbanovla heç cür münasibət qura bilmədiklərini deyir: “Hazırda uşaqlarla uzun illərdən sonra heç olmasa sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilirik. Azər niyəsə əlaqə yaratmaq istəmir."
    Bayaq da vurğuladığım kimi Azər Qurbanov Azərbaycan dilində danışa bilmir. Aktyor özü bu barədə deyir: "Sovet dövründə xeyli rus məktəbləri var idi. Ona görə də Bakıda ailələrin çoxunda rus dilində danışırdılar. Mən yalnız bir il Azərbaycan dilində təhsil almışam. Bütün həyatım boyu rus dilində danışıb, oxumuşam. 8 il Moskvada məktəbdə olmusam. Həmçinin Sankt-Peterburq, Odessada yaşamışam. Bakıda isə ümumilikdə həyatımın 10 ili keçib. Bu səbəbdən Azərbaycan dilindəki boşluqlarım normaldır"
    Azər Qurbanov özü aktyor olmaq istəməyib. Onun sənətdən uzaqlaşmasına səbəblərdən biri də elə bu olub. Azərbaycan dili bilməməsi və aktyor olmaq istəməməsi. Onu uşaq vaxtı aktyor olmağa anası məcbur edib. Amma özünün başqa arzu və xəyalları olub. Məsələn estrada müğənnisi olmaq istəyirmiş. Hətta konsertlvatoruyanın Vokal fakultəsini bitirib. Amma sonra vəziyyət elə gətirib ki, ABŞ-a gedəsi olub.
    Hal - hazırda şəxsi bizneslə məşğul olan Azər internet üzərindən onlayn satışla məşğuldur. Həmçinin tibbi daşımaçılıqla bağlı şirkəti var. Şirkət fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edir.

ความคิดเห็น • 191

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 ปีที่แล้ว +10

    HEÇ NƏYLƏ ƏVƏZ EDİLMƏYƏCƏK AZƏRBAYCAN DİLİM !QURBAN OLUM AZƏRBAYCANIMA ❤🇦🇿❤

  • @gulshn1350
    @gulshn1350 ปีที่แล้ว +8

    225 nömrəli məktəbin məzunlarına salamlar!
    Azərlə qonşu blokda yaşamışam. Onu çox yaraşıqlı, olduqca təvazökar, mədəni bir oğlan kimi xatırlayıram. İndi Bakıya qayıtmaq arzusunu çox yaxşı başa düşürəm. Mən 30 il Moskvada yaşayandan sonra Baklma qayıtmışam. Düzdür, indiki Bakı bizim böyüdüyümüz Bakı kimi deyil...Amma neçə ölkələrdə, şəhərlərdə olmuşamsa da, Bakımı heç yer əvəz etmədi❤

  • @bahramhasanov8379
    @bahramhasanov8379 ปีที่แล้ว +24

    Filmə gözəllik, sevgi, gətirən Əlyağa Ağayev, Ağa hüseyn Cavadov, Hüseynağa Sadıqov, Məmməd fenomen gülüş aktyorları olub. O vaxtlar o uşaqlar yaşıdlarımız olsa da hələ indi də böyük sənətkarları hər zaman yamsılayırıq.

    • @heqiqetmecidova5558
      @heqiqetmecidova5558 ปีที่แล้ว +3

      BİZİMLƏ QONŞU İDİ.COX TƏRBİYƏĹİ UŞAQ İDİ.

  • @abuibrahim8754
    @abuibrahim8754 ปีที่แล้ว +19

    Təcrübə göstərir ki kim orta məktəbi hansı dildə oxuyursa özünü o millətdən hiss edir

    • @VS-qv2fg
      @VS-qv2fg ปีที่แล้ว +1

      Sizinlə həmfikirəm

  • @user-fh7sw7mf6o
    @user-fh7sw7mf6o ปีที่แล้ว +5

    32 ildir Azerbaycanda yasamiriq_ ovladlarim oz dilimi ezber danisirlar_ nevemin 4 yasi var oz dilimizde danisir_ dunyanin harasinda olursansa ol Dinimi_ dilimi_ adetimi_ qeyret namusu_ hec neye deyismerik_ Azerbaycana qucaq dolu salamlar

  • @afaqyusifova3940
    @afaqyusifova3940 ปีที่แล้ว +117

    Mən öz dilini bilməyəni azərbaycanlı hesab etmirəm.Ona belə məsləhətim var.Haradasansa elə orada da qal.Bu gün AzərbaycandA öz dilini bilməyənlərin sayı onsuz da çoxdur.Azərin onların sayını artırmğa ehtiyac görmürəm

    • @Shahlapasha.
      @Shahlapasha. ปีที่แล้ว +15

      Eynilə mənim dŭṣŭndŭyŭm kimi dŭṣùnŭrsŭnŭz, və çox haqqlısınız.

    • @2drotsyt635
      @2drotsyt635 ปีที่แล้ว +5

      Ay insab O Avar.Millətidi hələ də var bizim Tütklər öz dilin bilmirsə Avar yazığ nə etsin

    • @cavidsadikov5513
      @cavidsadikov5513 ปีที่แล้ว +2

      Duz deyil mence bu cur fikirlesmek

    • @user-vb8hl5we9n
      @user-vb8hl5we9n ปีที่แล้ว +5

      ​@teymuraliyev1989He mektebde öyrenmedi Azerbaycan dilini.70- de öyrenen gorunda calar.Niye göresen bu.boyda Azerbaycanda Azerbaycan dilini bilen bir uşaq tapılmadı? Eger dile göre onu bu rola cekmeseydiler, qarşısına meqsed qoyub öyrenerdi.

    • @ferideveliyeva7799
      @ferideveliyeva7799 ปีที่แล้ว +3

      Onu yenə başa düşmək olar. Əminə Dilbazinin qızını isə boğmağım gəldi. 2020 ci yeni il ərəfəsində Bakımiza qonaq gəlmişdi, onu televiziyaya çıxaranın ağlı yox idi.

  • @mehebbetbabayeva815
    @mehebbetbabayeva815 ปีที่แล้ว +7

    Təşəkkürlər sizlərə yaxşı ki Azərbaycanın gözəl incənət insanlar haqqda məlumat verirsiz

    • @user-th2yc1tr4w
      @user-th2yc1tr4w ปีที่แล้ว

      Hardan oldu Azerbaycanli, 10 il Azerbaycanda yasayasan ve dogma dilini bilmeyesen. Bu gun bir cox ecnebiler Bakida yasadiqlari ucun bizim dilde danismagi oyrenibler artiq.

  • @SahilMirzyev-ll9tz
    @SahilMirzyev-ll9tz ปีที่แล้ว +33

    Azərbaycanüçın darıxan oğlan Vətənini yaddan çıxartmayan insan heç vaxt öz dilini unutmalı deyil.

    • @2drotsyt635
      @2drotsyt635 ปีที่แล้ว

      Balakənin 40% i Avarlardı bizimkilər gedir Rusuyaya öz dilin unudur o isə başqa xalqdı əlbətddə unudacaq

    • @ferideveliyeva7799
      @ferideveliyeva7799 ปีที่แล้ว +1

      O Moskvada kinematoqrafiya institutunda oxuyurdu. Heç nə üstündə ona şər atıb qovdular.

  • @denizmamadevo6637
    @denizmamadevo6637 ปีที่แล้ว +6

    Maraqli melumatlar ucun teşekkurler

  • @gulbenizmemmedova922
    @gulbenizmemmedova922 ปีที่แล้ว +14

    O biri iki ölkə qürcütanda ermənistanda hamı öz ana dilində danışıblar o vaxt yəni sovet dövründə yalnlz bizdə ölkədə səksən faiz əhali rusca danışlrdı rusca bimiyənədə cuşka deyirdilər elə öz azərbaycanlılarımızda amma deyimki yenə tarix təkrara olur yenədə rusdilini qaldırlb qoyublar dağ başlna yenədə rus dilinə meyllilik artıb ölkəmizdə yəni ruslaşma gedur Elcibəy rys dilini rus məktıblərini yığışdlrmışdı hamı Azərbaycan dilində oxuyurdu amma indi yenə əksər uşaqlar rusca oxuyurlar hec Azırbaycan dili bilmurlərdəayıb olsun o ailələrdə böyüyən uşaqlaraki öz dilimizi bilmirlər hamıya aud deyil yəni öz dilimizdə danışa bilməyən ailələri nəzərdə tuturam

  • @Təfəkkür_zəka
    @Təfəkkür_zəka ปีที่แล้ว +21

    Bizimlə əlaqə saxlamaq istəməyən birinə,mən Azərbaycanlı demirəm!
    Qeyri millətdən ailə qurmaq normal, amma BİZ sənə neynəmişik???)))0

  • @gozeleliyeva1256
    @gozeleliyeva1256 ปีที่แล้ว +15

    Azer yeqin Anasini ititenden sonra Veten Anlamina qayitmaq isteyib. Amma Qabiliyyeti var ki o isleri qurub. Allah ömür versin bizim balacalari sevimlisine....

  • @orxanpasayev9283
    @orxanpasayev9283 7 หลายเดือนก่อน +2

    Sehirli xalat Bu səfər onu əbədiyyətə apardi Allah rehmet elesin Azer Qurbanov(Rəsidə)

  • @Yadiigar
    @Yadiigar ปีที่แล้ว +7

    Azərbaycan tarixi kinolarımız ürəkdi 😍😘

  • @akiforujov3191
    @akiforujov3191 4 หลายเดือนก่อน

    Təsadüfən Amerikada 1997 ildə taniş olmuşdum.Anasi Xyraman taniş elədi.Bir iki dəfə kafedə oturub söhbət eləmişik.O vaxt Nyu Jersidə zapravkada işləyirdi.Sakit mehriban adam idi.Allah rəhmət eləsin .

  • @aygunhuseynova7916
    @aygunhuseynova7916 ปีที่แล้ว +15

    1994 - cu il olkanin catin dovru idi. Qalardi da. Anasi ovladini qorumaq maqsadi Ile burdan uzaqlawdirib. Qaldi ki, Amerikada yawamaq catindirsa ne gazirsan orda. Ne qadar pis olsa, burdan min dafa yaxwidir.

    • @ebulfezesgerov5175
      @ebulfezesgerov5175 ปีที่แล้ว +2

      Axtardığım şərh👍🏻.

    • @elnurenaibova9138
      @elnurenaibova9138 ปีที่แล้ว

      Müharibədən qaçırdıb anası. Anası azerbaycanlı idimi göresen?

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 ปีที่แล้ว +18

    ❤ Бизим мектеби гуртарыб гоншумуз олублар

    • @ismaylovtaleh4089
      @ismaylovtaleh4089 ปีที่แล้ว +1

      Bu yazan şəxs deyir ki mənim qonşum oluflar-azerbaycanda..mən demirəm ha,,obiri həriflə yazan şəxs deyir...

    • @SalamS00-js7nv
      @SalamS00-js7nv ปีที่แล้ว +4

      Anasi ermeni deyildi?

    • @ismaylovtaleh4089
      @ismaylovtaleh4089 ปีที่แล้ว +2

      obiri həriflə yazan şəxs deyir ki həmidə yəni birdə ki,,bizim məktəbi qutarıfdır...

    • @samirbaki5184
      @samirbaki5184 ปีที่แล้ว +1

      ​​@@ismaylovtaleh4089e yazmisan ne demek isteyirsen hec ozunde bilmirsen sen yaman oz dilini bilirsen axi..qurtarıffff.oluffff😂😂😂😂

  • @azvgazerbaycan3339
    @azvgazerbaycan3339 ปีที่แล้ว +4

    Heyf deyil sovet dovru cox edlaq terbiye boyulkicik bilirdilrr mektebe terbiye vardi ele bilerdikulrllim yemek yemir o vXt ne narkomanliq ne iqrawliq vardi yoxuydu cox xowbextem o vaxt uwaq olmuwam Allah indiki uwaqlari gencler yaxwi yola getrsn xowbext oldunlar Amin...

  • @turanturk1470
    @turanturk1470 ปีที่แล้ว +10

    GÖRƏSƏN AMERİKADA DA RUS DİLİNDƏ DANIŞIR? İNDİ DƏ ƏRƏB DİNİ SÖZLƏRİ İSTİFADƏ ETMƏK DƏBDƏDİR. PAPUQAY KİMİ HƏR ZAMAN KİMLIRİSƏ TƏKRARLAYIRIQ AY DÖVLƏT VƏ MİLLƏT.

  • @xatunmmmdli270
    @xatunmmmdli270 ปีที่แล้ว +8

    Xeyir ola demek olar ki baş rollardan biridir bu rolu Azerbaycan dilini bilmeyen bir adama həvalə edibler

  • @zahramammadova6487
    @zahramammadova6487 ปีที่แล้ว +3

    İnsan öz doğma ana dilini bilmirsə, buna heç vəclə haqq qazandırmaq olmaz! Deyir " uzun müddət başqa ölkələrdə yaşadığımdan, Azərbaycan dilindəki boşluqlarım təbiidir". Bu heç də təbii hal deyil. Qeyri millətlər harada yaşamaqlarından asılı olmayaraq, öz dillərini heç vaxt unutmurlar. Bizimkilər isə, bir həftə ölkədə çıxan kimi öz dillərində danışmağı özlərinə ar bilirlər.

  • @nigarquliyeva5535
    @nigarquliyeva5535 ปีที่แล้ว +8

    Adə, gopa basma...😂😂😂
    ABŞ DAN BİZ YAXŞI YAŞAYIRIQ????😅😅😅😅😅😅😅

  • @SalamS00-js7nv
    @SalamS00-js7nv ปีที่แล้ว +22

    Azer Qurbanovun anasi tesadufen ermeni olmayib ?

  • @lmanismaylova1199
    @lmanismaylova1199 ปีที่แล้ว +10

    Müharibəni eşidib qaçanlardan biri.Ona Azərbaycanlı demək olarmı?

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว +1

      Müharibə vaxtı sənin prezidentin harda cullanırdı?

  • @nizamiisayev6128
    @nizamiisayev6128 ปีที่แล้ว +4

    O filimdə bir Azər də var idi,qəzetdən kepkasi olan,Mənim bibim odlu,Baksovetdə yolu kecərkən maşın vurdu, Nişanlısı da özü də dünyasını dəyişdi 1970də

    • @cmilhacyeva2047
      @cmilhacyeva2047 ปีที่แล้ว +3

      Allah rəhmət eləsin

    • @nizamiisayev6128
      @nizamiisayev6128 ปีที่แล้ว

      @@cmilhacyeva2047 O Azərin atası 30 il Aptek müdiri olub,harda,? Nizamı kinoteatrı ilə üz üzə Aptek, Camalın Apteki deyirdilər,

  • @samirzeynalov2940
    @samirzeynalov2940 ปีที่แล้ว +8

    Zəhləm gedən söz RUS DİLLİ sözüdür.. mənfur erməni fransaya gedir, fransada fransız qızla evlənir.övladı dünyaya gəlir. Fransız dilində təhsil alır, lakin erməni dilində sərbəst danışır. Lavrov kökünə sadiq qalıb erməni dilində sərbəst danışır.AZƏR kimin alçaqlar haqqında ağızdolusu danışırıq.

    • @elmanbahaduroff2851
      @elmanbahaduroff2851 ปีที่แล้ว

      Sen lap fasistsen ki. Basga dilden zehle getmek fasizmdir. Azerbaycan bolmesi hemise tupoy olub

    • @elmanbahaduroff2851
      @elmanbahaduroff2851 ปีที่แล้ว +1

      Beledirse, onda rusun coreyini Yeme, taxili idxal etme 95 faiz, benzin 95-98 idxal etme vevs. 3000 000 azerbaycanli azerbaycanlilardan gacib rusiyada ozunu Adam Kimi hiss edib

  • @terlanzeynalov7891
    @terlanzeynalov7891 ปีที่แล้ว +9

    O yalan danisir America ne qadar agir olsada burda ki kimi oz basnalig hecyanda yoxdu na sukurdur

  • @elixuduyev9416
    @elixuduyev9416 ปีที่แล้ว +16

    Öz dilini,vətənini sevməyən azərbaycanlı ola bilməz.
    Azərbaycan dili bilən yox imiş kinoya çəkməyə😮

  • @penceliyevceyhun
    @penceliyevceyhun ปีที่แล้ว +8

    Maraqlidirki kimin amerikada biznesin var oda oranı pisləyir

  • @user-fh9dt6qn2t
    @user-fh9dt6qn2t ปีที่แล้ว +6

    Azərbaycan guya ki, yönlüdiki, acından ölənlər hamısı burdadır, gündə qazilər özünü öldürür. Guya heç kim heç nə bilmirkii🤨😠

  • @rayamg4513
    @rayamg4513 ปีที่แล้ว +17

    Bakının yarısı az.dilində danışa bilmir,bilirsədə danışmır .Ğörsənir yaxşı sənəti yoxdu,ABŞ da özünə yer tapa bilməyib.Mənim qohumlarım və tanışlarım oradadır və çox yaxşı dolanırlar,qaldı ki qiymətlər bizdədə bahaçılıqdı,işləmiyən dişləməz. Anası oğlunun problemlərini bilib ,ona ğörədə deyib qayıtmasın.ABŞ da işləməsəndə acından ölməyəcəksən.

    • @samirbeylerov8885
      @samirbeylerov8885 ปีที่แล้ว +4

      Ola bilər sizin qohumlar da amerikada yaxşı dolanır. Azərin də orda şirkəti var. Anasın da yanına aparıbsa deməli dolana bilir. Bacısın, qardaşın aparmayıbsa deməli Bakıda da vəziyyət elə də pis vəziyyətdə deyil.

    • @naadirnaadirov1527
      @naadirnaadirov1527 ปีที่แล้ว +3

      47 yaşım var və indiyə kimi bir nəfər eşitmişəm ki acından ölüb, oda heç kimdən kömək istəmədiyinə görə olub. Bomj ölümünə görə düşünürəm ABŞ bizdən nisbi olaraqda çoxdur.

  • @ismaylovtaleh4089
    @ismaylovtaleh4089 ปีที่แล้ว +7

    Bu filimlərdən bir daha heç bir vaxt olmayacax-zarafatsız,,,!!!...

  • @Riad-Tuncay2018
    @Riad-Tuncay2018 ปีที่แล้ว +9

    Mənim vətənim anam atamdı evimin içidir,başqa harda xoşdur yaşa

  • @ilkin5505
    @ilkin5505 ปีที่แล้ว +2

    Mirsadıq maştağalıdan çəkində zəhmət olmasa qardaş

  • @orxanpasayev9283
    @orxanpasayev9283 7 หลายเดือนก่อน +1

    Allah rəhmət eləsin Bugun Usagligimizdan izlediyimiz sehirli xalatin aktyoru Rəsid amerikada vrfat edib kino cekende bele kino cekmek lazimdir usagdan boyuye herkesin sevdiyi kino idi sehirli xalat indiki dovrde bele kinolar ceke bilerler savet vaxtini beyenmirdi camaat amaki savet vaxtinda cekilen kinolar indinin ozundede boyukler usaglar terefinden baxilir meselen sehirli xalat bir qalanin sirri qaraca qiz qaynana

  • @user-yt4lu6jm3d
    @user-yt4lu6jm3d 7 หลายเดือนก่อน +1

    Allah rehmət etsin dunen rehmetə gedib😢

  • @asifhesenov1740
    @asifhesenov1740 ปีที่แล้ว +4

    Ele ona gòrede kinodakì kimi sehirli xalatì geyinib Amerikaya ucub gedib indide gele bilmir heyif senen uwaqlìq illerinen

  • @sdaqtabdullayeva9404
    @sdaqtabdullayeva9404 ปีที่แล้ว +6

    Дилини унутмасынын себебкары,онун Анасыдыр.

  • @user-js9mp3ou2m
    @user-js9mp3ou2m ปีที่แล้ว +12

    Allah Azer yolunu aciq elesin Amin!

  • @mamedovrauf1220
    @mamedovrauf1220 ปีที่แล้ว +14

    Azer mellim hec narahat olmasin lap bele deseydi Amerika veziyyet yaxwidir nolacaqdi ki ne gedib orani talan etmeyecekdik ne de ki kimse bizi Amerikaya devet etmeyecekdi hec kimin demeyine ehtiyac yoxdur ay qsrdaw hansi olkede veziyyet necedirse wukur ki xeberdariq

    • @user-jq8pj7hs2i
      @user-jq8pj7hs2i 10 หลายเดือนก่อน

      Ela burdada xalqimi at colpa yox ot yeyir

  • @ismayilaslanov7374
    @ismayilaslanov7374 ปีที่แล้ว +17

    necede maraqlidi...bizim olke amerikadan yaxwidir,
    😂😂😂😂😂😂😂😂😂

  • @LoMa-rq1on
    @LoMa-rq1on ปีที่แล้ว +2

    Heç darıxma bala bura Azərbaycandır dəhşətdi

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 ปีที่แล้ว +3

    Dəbdəbəli sözlər yox, reallığı əks etdirən fikir söyləmək lazımdır...

  • @turactahirova320
    @turactahirova320 ปีที่แล้ว +4

    Anası özünü sevən olub. Yada azərbaycanlı olmayıb. Xarici ölkədə yaşamaqla, xarici dildə dərs almaqla öz ana dilini bilməməyin heç yaxınlığı yoxdur. Evdə danışmaq elə dilini bilməyə bərabərdir. Sadəcə bu evdə dilimizi bəyənib danışmayıblar. Azmı xaricdə yaşayanlarımız var, böyüyən körpələr. Dilini burdakılardanda gözəl danışır, bilir. Vidionun qəhrəmanı isə Balakənddə anadan olub, Gəncədə yaşayıb, Bakıda təhsil alıb. Vətən, Vətən deməklə olmaz, Vətənin olmaq gərək☝️☺️

    • @elcinabdullayev2820
      @elcinabdullayev2820 ปีที่แล้ว

      Deyəsən yəhudilər

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว

      Əsli Gəncədəndi dedi. Balakəndə dogulub, Bakıda böyüyüb. Əsas odu ki, anası hansı millətdən olub? Gəncəli olmadıgı, bizim millətdən olmadıgı yüz faizdi. Uşaq ananın tökdüklərini yıgır, ata da cumo olursa iş tamamdı. Öz soyunu itirir.

  • @aynursadiqova827
    @aynursadiqova827 ปีที่แล้ว +11

    Ay Resid ele Azeebaycanda eledir...Amerkadam bes befeerrr..

  • @nurmammadovxanqulu7077
    @nurmammadovxanqulu7077 ปีที่แล้ว +5

    O Azərin Amerika haqda dedikləri rus dilində oxuyub rus kimi fikirləşməsidi.

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 ปีที่แล้ว +21

    Rəşidd, gülümsə 😄😄
    Allah ömür versin

    • @orxanpasayev9283
      @orxanpasayev9283 7 หลายเดือนก่อน

      Allah rehmet elesin

    • @user-yt4lu6jm3d
      @user-yt4lu6jm3d 7 หลายเดือนก่อน

      Amin😢​@@orxanpasayev9283

  • @Nadir322
    @Nadir322 ปีที่แล้ว +9

    Rəşid doqurdanda gələcəyə gedib ki. 😂

  • @elshadjafar2437
    @elshadjafar2437 ปีที่แล้ว +2

    BƏYƏNDİM. ƏLA. SAG OLUN

  • @sevilqasimova4417
    @sevilqasimova4417 ปีที่แล้ว +11

    Геденлер хеч ким гайытмыр. Амма яландан пислийирлер.

  • @АТРОПАТЕН
    @АТРОПАТЕН ปีที่แล้ว +1

    ÖZ DİLİNİ İTİRƏN ADAM BARƏDƏ HEÇNƏ EŞİTMƏK İSTƏMİRƏM ---- APARIN QAYTARIN 💥

    • @saidaquliyeva7076
      @saidaquliyeva7076 ปีที่แล้ว

      Dilimizi bilib nə etmişik,əsas dilimizi bilən olsun Bilməyənlər yaşayır

    • @АТРОПАТЕН
      @АТРОПАТЕН ปีที่แล้ว +2

      @@saidaquliyeva7076 ---- У вас ограниченный ум к здоровому рассуждению.

  • @zekazeynalov31
    @zekazeynalov31 ปีที่แล้ว +8

    Oz dilini danisa bilmeyen birine Kim olursa olsun Bakiya qayitmaqina ehtiyac yoxdur. Muharibe baslayandada qacib Amerikaya hetta. Qaldirib basimiza qoymayin. Ana dilini danisa bilmeyen bu torpaqa ayaqini basmasin !!!

  • @omerhoca239
    @omerhoca239 ปีที่แล้ว +10

    Azer ele bilir indiki Azerbaycanda yasamaq o dovrdeki kimidi indi burda yasamaq zulmdur

  • @rsadabbasov1499
    @rsadabbasov1499 ปีที่แล้ว +2

    Qardaş bu Azəri o qədər danışdın ki, lap bilirsiz nəyə oxşadı alverçi sənin xoşlamadığın nəyisə məsələn malı sənə sıramaq istəyir.Azəridə siz elə bizə sıramaq istəyirsiz .Getsin işi ilə məşğul olsun bir sözlə bizlərdən deyil.

  • @habibveysalov9562
    @habibveysalov9562 ปีที่แล้ว +7

    Qayitmaq isteseydi qayidardi Azerbaycan siz hecarda qalmaq olmaz

  • @nushaabdullayeva9901
    @nushaabdullayeva9901 ปีที่แล้ว +5

    НЕ ОЛАРКИ РУС ДИЛИНДЕ ОХУЮБ ОЛСУН, МЕНДЕ ВЕ ЙОЛДАШЫМ ОГЛУМ,БАЧЫЛАРЫМ ГАРДАШЛАРЫМ РУС ДИЛИНДЕ ОХУМУШУГ, БУ О ДЕМЕК ДЕЙИЛКИ БИЗ ОЗ АНА ДОГМА ДИЛИМИЗИ БИЛМЕЙЕК. МЕНДЕ О ДОВУРЕ АИД ОЛАН БИР ШЕХСЕМ, ОЗ ДИЛИМ УЧУН МЕН ЧОХ ЕРДЕ МУБАРИЗЕ АПАРЫРАМ. ХАРИЧИ ДИЛ БИЛМЕЙ ТЕРИФЕ ЛАЙИГДИР ,АНЧАГ ОЗ ДИЛИНИ БИЛМЕМЕЙ БУ ??? АНОРМАЛ БИР ВЕЗИЯТДИР. ИСТЕР ТАНЫНМЫШ АКТЕР ОЛСУН ИСТЕРСЕ ДЕ АДИ БИР ВЕТЕНДАШ ...ХАРАДА ЯШАЙЫРСА ЯШАСЫН, ОЗ ДИЛИНИ БИЛМЕЛИДИР ВЕС САЛАМ БУ МУЗАКИРЕ ОЛМАМАЛЫ СОХБЕТДИР.
    ВЕТЕНИМИЗ АЗЕРБАЙЧАН ...
    ХАНСЫ ОЛКЕНИН ЯЗЫСЫНДА ВАР БУ СОЗ ЧАН ЧАН ЧАН ..
    ЕНИ БИЗ ДУНЯНЫН ЧАНЫЙЫГ .ДИЛИМИЗИ СЕВМЕЛИ ВЕ ГОРУМАЛЫЙЫГ.
    🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💗🙏

  • @sevilqasimova4417
    @sevilqasimova4417 ปีที่แล้ว +11

    Ай ограш нийе гайытмырсан? Оранын маашы бурдан гат гат артыгдыр. Ондан даныш.

  • @deryazderyaz3554
    @deryazderyaz3554 ปีที่แล้ว +7

    Ailədə yəqin Azərbaycan dilində danışmayıblar

  • @maxoguz7400
    @maxoguz7400 ปีที่แล้ว +2

    Сизи Филадельфиядан саламлыйырам! Рича едирем,hеч бир кеси гынамайын,мегер азербайчан дилини билен,оз гардашларына,hемветенлерине атан,алдадан,базарларда инсалары- hемветенлерини чекиде,гийметде алдадан, мен hеле мемурлары ве йухары везифе саhиблерини демирем,онлар дили йахшы билирлер,не олсун? Мурдар инсанлардыр.Бир фикирлешин,сизе ким лазымдыр: саде адамлар йохса дили билиб сизе атанлар? Сизе мувеффегиййет арзулайырам!

  • @ilkin5505
    @ilkin5505 ปีที่แล้ว +1

    Mirsadıq maştağalıdan çəkində zəhmət olmasa

  • @scorpionscorpion6584
    @scorpionscorpion6584 ปีที่แล้ว +15

    AZƏRBAYCAN DİLİ ! taxtabaşlar rədd olun rusbaşların yanına !

  • @baku9498
    @baku9498 ปีที่แล้ว +20

    Beli en qözel ölke Azerbaycandlr.

    • @user-tf7bd5yq6o
      @user-tf7bd5yq6o ปีที่แล้ว +2

      Azərbaycan idi...

    • @m.1.9.7.0
      @m.1.9.7.0 ปีที่แล้ว +5

      Niyə??? Kasıb insanları çox olduğu üçün???

    • @elmiraliyeva6564
      @elmiraliyeva6564 ปีที่แล้ว +1

      Sən deyəsən Azərbaycandan başqa heç yeri görməmisən.

    • @ulduzcarchiyeva5379
      @ulduzcarchiyeva5379 ปีที่แล้ว +2

      Азербайджан гозел ветенди.Анчаг ганун гайда йохду.Миллет тебегейе болунуб. Касыбчылыг баш алыб.гедир.миллетин кредитден бели букулуб. Ишсизлик генчлеримизи гозу колгели едиб. 😢😢😢

    • @user-tf7bd5yq6o
      @user-tf7bd5yq6o ปีที่แล้ว +1

      @@ulduzcarchiyeva5379 bu siyasət, milləti kölə kimi saxlamaq üçün ən yaxşı vasitədir...

  • @renaseferova539
    @renaseferova539 ปีที่แล้ว +9

    Hele Amerikadan bize koc edib yawayan olmayib ! Bizimkiler ancag koc edirler oralara ! Semimi olun !

    • @husniyyehemidova2357
      @husniyyehemidova2357 ปีที่แล้ว

      Amerkadan da bir necesi var köçüb Azerbaycanda yaşayırlar yutubda videolar var

    • @renaseferova539
      @renaseferova539 ปีที่แล้ว

      @@husniyyehemidova2357 Onlar bura yawamaga yox iwle elagadar gelibler !

    • @husniyyehemidova2357
      @husniyyehemidova2357 ปีที่แล้ว

      @@renaseferova539 işlə əlaqədar gələn ingilis dili müəllimləri sonradan burda məskunlaşıblar ama

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว

      ​@@husniyyehemidova2357hökmən elələri casus olur. Göndərilirlər dünyanın hər yerinə.

  • @elmanbahaduroff2851
    @elmanbahaduroff2851 ปีที่แล้ว +3

    Gic gic danisirsiz. Onun yasi 90-ci illerde seferberlike dusmurdu. Sadece burada umumi durum ois idi

  • @elmiraimanova9990
    @elmiraimanova9990 ปีที่แล้ว +5

    Kimin əvvəli,kimin ahiri??!😘🤫

  • @yeqanahuseynova3540
    @yeqanahuseynova3540 ปีที่แล้ว +7

    Amerika haqqında yaman gopladın haa! Ona görə bütün dünya ora can atır? Pis idi qayıdaydın, elə bil yalvarıb saxlamışdılar.

  • @nicatnesibov6234
    @nicatnesibov6234 ปีที่แล้ว +5

    Deyir ki azərin xəyalları olub, onun xəyallarına .......

  • @mafaraibragimov5319
    @mafaraibragimov5319 ปีที่แล้ว +1

    Bakının yarıdan çoxu öz dilini bilmir bunu özlərinə şərəf bilirlər onlar elə başa düşürki öz dögma dillərində danışmaq öz dilləri ilə desək çuşkalıqdi amma çuşka elə öz dogma dilini inkar edənlərdi. Mən Moskvada yaşayıram mənim uşaqlarım orta məktəbi, tib unverisitetini burda oxuyublar öz dilimizdə ordakılardan çox yxşı danışırlar dünyanın harasında olursan ol öz dogma dilimiz kimi gözəl dil görmədim

  • @habilibrahimov5976
    @habilibrahimov5976 ปีที่แล้ว +2

    Rəşid obrazına olan sayqıma heyif

  • @seyyareasadova3096
    @seyyareasadova3096 ปีที่แล้ว +11

    Bəs Amerika belə pisdirsə niyə anası ora köçdü. Özü orada galdı.Evləndi. Məndə Pr. Nərimanovda doğulmuşam. Özüdə 1955 -ci ildə 20 N-li məktəbi bitirmişəm. Bakılılar və başqa Azərbaycanlilar hamımız Azərbaycan dilində oxumuşug.Barmag sayı rus sektorunda oxuyurdu.

  • @ummumuslum3807
    @ummumuslum3807 ปีที่แล้ว +1

    Normal deyilmi ki demir ki bilmirəm deyir Azərbaycan dilində boşluqlarım var lap Azərbaycan dilini tər təmiz bilirik nə olsun ki adam vaxdında qurtulub buralardan aktyor olsa bu gün ki aktyorlarmızın günü göz qabağında Azərbaycanda uğurlu biznesmen ola bilmayacakdi.srazı yıxıb sürüyə k.Uğurlar!!!

  • @dilberbabayeva7466
    @dilberbabayeva7466 ปีที่แล้ว +5

    АЛЛАХ РАЗЫ ОЛСУН СИЗДЕН АЗЕР ХАГЫНДА МЕЛУМАТЫМЫЗ ОЛДУ АЛЛАХ АЗЕРЕДЕ ГЕРИБ ОЛКЕДЕ ЧАН САЛЫГЫ АРЗУЛАЙЫРАМ🙏❤

  • @babakerimov8284
    @babakerimov8284 ปีที่แล้ว +1

    Üç yaşında yox əzizim,üçüncü sinifdə oxuyanda

  • @aytenshirinova341
    @aytenshirinova341 ปีที่แล้ว +2

    İnsan necə ana dilini unuda bilər?

  • @ilqar2064
    @ilqar2064 ปีที่แล้ว +1

    Burda da elədi. Dövlətlidə var kasıbda. Yenədə vətən yyaxşıdı.

  • @muzaffarirena
    @muzaffarirena ปีที่แล้ว +1

    Eger Balakenli olubsa, o ya lezgi ya avar olub. Orda yasayanlar coxu rus ve lezgi dilinde danisir.

  • @user-vp6wu4xx9d
    @user-vp6wu4xx9d ปีที่แล้ว

    Чх мараглыды арды келсин 🇦🇿🌹❤

  • @xan2006
    @xan2006 ปีที่แล้ว +10

    Görəsən anasini onun bakiya gelmesini niye istemirdi?

    • @nesibeesedova2645
      @nesibeesedova2645 ปีที่แล้ว +1

      Bilirsən niyə? 90- cı ildən qorxub, sonra da Qarabağ müharibəsi! Çoxunu qorxudan bu idi, aradan çıxmışdılar. Nankor insanlar VƏTƏNİNİ sevə bilməz! Sağolmamış rus demişkən; tam xoroşo, qde nas net!

    • @BOOM_UP-hu8dd
      @BOOM_UP-hu8dd ปีที่แล้ว +4

      Ağlıma yalnız bir fikir gelir. Balakende doğulsada eslen Gence seherindendi. O zamanlar Gence şeherinde üzden irağlarda az olmayıb. Ana terefinden fikrimi bildirirem, beledeki yalan demiş olaram deqiq bilmediğim üçün.

    • @xan2006
      @xan2006 ปีที่แล้ว

      @@BOOM_UP-hu8dd bu sir olaraq qalacaq...

    • @BOOM_UP-hu8dd
      @BOOM_UP-hu8dd ปีที่แล้ว

      @@xan2006 tamamı ile doğrudur!

  • @user-ry7iz4dn2u
    @user-ry7iz4dn2u ปีที่แล้ว +2

    Aztv agız danışıb elə orda qalsın ehtiyacımız yox.

  • @ruhiyyehadiyeva2102
    @ruhiyyehadiyeva2102 ปีที่แล้ว +3

    Yaxşi ki qayitmayib acindan görəsən hansi tində ölmuşdu.

    • @zamikrustamov6580
      @zamikrustamov6580 ปีที่แล้ว +1

      😂😂düz deyirsz indiölmüşdü acinan

    • @user-cn4gb5cm7e
      @user-cn4gb5cm7e ปีที่แล้ว

      Xoşqədəmə deyin. O yetim yesirə güya kömək edir.

  • @nokia2514
    @nokia2514 ปีที่แล้ว +1

    Bir duşunun sonrà agziniza geleni yazin

  • @samirnebiyev790
    @samirnebiyev790 ปีที่แล้ว +3

    AY MİLLƏT SİZƏ NƏ VAR NİYƏ BAKIYA QAYITMIYIB. SİZ DƏ ĞEDİN.ĞÜNÜ HARDA XOŞ KEÇİB YAŞAYIB .BİZ BURDA ĞÜL DƏRMİŞİKO DA REYHAN DƏRƏCƏK. İŞ YOX MAAŞ YOX PENSİYA YOX...ACINDAN KÖPÜK QUSACAQDI. İŞSİZƏM ACAM DEYƏNİN BİRİ DƏ RƏŞİD OLACAQDI. HANSI İNCƏSƏNƏT XADİMİMİZ AG ĞÜNDƏ YAŞAYIB ?

  • @arzunesirova1732
    @arzunesirova1732 ปีที่แล้ว +1

    Əlbətdə vətən vətəndir.hara getsəndə yenə vətən üçün darıxırsan.

  • @user-uo2wb6kg4h
    @user-uo2wb6kg4h ปีที่แล้ว +4

    Bu filmdə Azər böyükdü axı??

  • @ilqar.h6026
    @ilqar.h6026 ปีที่แล้ว +4

    əla👍👍👍👍👍👍👍👍👍👍

  • @turalmuradli7088
    @turalmuradli7088 ปีที่แล้ว +4

    Azerbaycanli olasan, öz dilinde daniwa bilmiyesen, birazda çox terifliyin😂😂😂

  • @YusufCavidan79
    @YusufCavidan79 ปีที่แล้ว +1

    ƏHSƏN RƏŞİD ƏHSƏN

  • @elcinsuleymanov5483
    @elcinsuleymanov5483 ปีที่แล้ว +11

    Onun xəbəri yoxdu ki, Azərbaycan Putinin təyin etdiyi quldurlar tərəfindən idarə olunursa burada yaşamaq üçün ya varlı,ya da vəzifəli adamın olmalıdır.Yoxsa, böyük əksəriyət kimi sürünəcəksən

    • @Supremaman
      @Supremaman ปีที่แล้ว

      Heç dəxli var?

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว

      Tək Putininmi? Bəs ingilis, yəhudi, türk? Ən cox buranı bunlar talan edir. Rusun adı cıxıb.

    • @elcinsuleymanov5483
      @elcinsuleymanov5483 ปีที่แล้ว

      @@sefevi.6219 talan edənĺərin siyahısı daha böyükdür amma ölkəni idarə edənləri Putin təyin edib,bu da yeni xəbər deyil.

  • @gulnarismaylov4709
    @gulnarismaylov4709 ปีที่แล้ว +2

    Onun anası yəqin ki azərbaycanlı olmayıb. Ona görə də o , azər.m deyə bilməz. Yəqin uşaql.n arasında üzüyola bu imiş ki anasın.n dediyindən dönməyib.

  • @moonlight.5902
    @moonlight.5902 ปีที่แล้ว +1

    Azərin anası ,, Əhməd haradadır ? ,, filmindəki Leyla obrazını yaradan aktrisadır

    • @gulshn1350
      @gulshn1350 ปีที่แล้ว

      Səhv edirsiz. O rolda Töhfə Əzimova çəkilib, onun oğlunun adı Elman Əzimovdur. Azər Qurbanovun bura nə aidiyyatı?!

  • @samirbaki5184
    @samirbaki5184 ปีที่แล้ว +1

    BU NECE OLUR O DEYIR AMERIKADA YAWAYIR AMMATEXMINI 35ÎLÔNCE 193 SAYLI BAXCAYA UWAQ GETIREN BIR VALIDEYIN DEYIRDI KI MEN ..REWIDEM..😮

  • @vusaleismayilova8496
    @vusaleismayilova8496 11 หลายเดือนก่อน +1

    Əslən Gəncədən ola bilər yəqin ata tərəfi biz tərəfdən olub anası yəqin başqa millət olub çünki Qarabağ münaqişəsi başlıyanda köçüb gedib anasıda geri dönmə deyib ola bilər yəhudi rus erməni ola bilərmiş

  • @zernisanmutellimova602
    @zernisanmutellimova602 ปีที่แล้ว +2

    hal hazirda uwaqlar ucun kinolar cekilmeyir

  • @Shahlapasha.
    @Shahlapasha. ปีที่แล้ว +17

    Azərbaycan dilində danıṣa bilmirsə,demək heç azərbaycanlı deyil.

  • @mahirememmedova103
    @mahirememmedova103 ปีที่แล้ว +2

    Adı Azərdir ,ancaq azərbaycanca bilmir.
    Adını da dəyişsəydi yaxşı olardı.

  • @user-tb4fu6dn5t
    @user-tb4fu6dn5t ปีที่แล้ว +2

    Ele bilir azerbaycanda millet yaxsi yasayir ona gore deyir amerikada yasamx yaxsi deyil

  • @nasibaaskerova3770
    @nasibaaskerova3770 ปีที่แล้ว +1

    TH-camdə Nasiba Askerova yazıb kanalımda uşaqlar ücün nagıllar,əfsanələr dinləyə həmcinin uşaqlar ücün xeyirli yemək reseptləri öyrənə bilərsiniz 📖✏📚🧚‍♂️

  • @LoMa-rq1on
    @LoMa-rq1on ปีที่แล้ว +1

    Elə yazırsız üç yaşı var o vaxt onun?

  • @Supremaman
    @Supremaman ปีที่แล้ว

    Ay millət, ağzınız isti yerdədir eee!!! Heç qürbət nə olduğunu bilirsiz? Tüpürüm o yaşayışa ki, hər şey var, amma heç nə yoxdur!

  • @ayxaneliyev2812
    @ayxaneliyev2812 ปีที่แล้ว +1

    Nece de agilsiz sohbet edir eee.Azerbaycanda ne ise almaq ucun , gece ve gubduz isleyirik , yene de qarnimiz yarimciqdi , qalmis olsun ki , geyim ve ya basqa seyler olsun