Ali Aliyev& Amina Shirin - Hec Bilmirem Men Seni (Seir)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #alialiyev #aminashirin #ramizrovshen #itirdim
    Sair:Ramiz Rovshen
    Instagram:@alialiyevofficial
    Heç bilmirəm mən səni
    haçan, harda itirdim?
    Yağış yudu,
    yoxsa ki, külək apardı səni?
    Bu sevgi nağılını
    mən biryolluq bitirdim,
    Axtarmıram -
    axtarsam, yəqin, tapardım səni.
    Dünyada bircə qorxum
    səni itirmək idi,
    Sən yoxsan -
    bu dünyada daha mənə qorxu yox.
    Amma sənsiz elə bil
    hər şey şikəstdi indi;
    Saatımın əqrəbi,
    çaynikimin qulpu yox.
    Yel vurduqca yellənir
    pencəyimin ətəyi,
    Pencəyimin sonuncu
    düyməsitək qopmusan.
    Barı çoxdan sovulmuş
    ağacın üsündəki
    Ən sonuncu, ən şirin
    meyvəsitək qopmusan.
    - Dərdlilər öz dərdini
    suya deyər, - deyiblər.
    Yaxşı ki, su da gəldi,
    dərdimdən azad oldum.
    - Armudun yaxşısnı
    ayı yeyər, - deyiblər.
    Getdin, hansı ayının
    damağında dad oldun?!..
    Sənsiz, elə bilmə ki,
    kefə baxıram, kefə,
    Sən yadıma düşəndə
    darıxıram hər gecə.
    Uşaq vaxtı, haçansa,
    ömrümdə bircə dəfə
    Pişiyimiz itəndə
    darıxmışdım beləcə.
    Daha uşaq deyiləm -
    hər itənə ağlayam.
    Rahat yatıram daha,
    yuxum div yuxusudu.
    ... Kimdi bu gecə yarı
    qapımı cırmaqlayan?
    Bu nə səsdi?
    Deyəsən, pişik miyoltusudu...
    Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur.
    office@bakucms.com / www.bakucms.com
    #AliAliyev #AminaShirin

ความคิดเห็น • 3

  • @nuraymemmedli9529
    @nuraymemmedli9529 4 ปีที่แล้ว +3

    ÇOX SUPER ŞEİR. SƏSLƏNDİRMƏDƏ ƏLAAAA. AĞZINIZA, ÜRƏYİNİZƏ SAĞLIQ.

  • @amandasilva32144
    @amandasilva32144 4 ปีที่แล้ว +2

    I HEAR USING MY ESTAR eu ouço usando meus ouvindo só estou muito bem 👍🕊🙏🙏😊

  • @ElnurAliyev-s4c
    @ElnurAliyev-s4c ปีที่แล้ว

    Super❤