Sağ ol Ayaz müəllim. Bizi saf uşaqlıq illərimizə apardın. Sanki dünən qulag asmışam, o vaxt mts məhəlləsində, Lacında sizin ifanıza sazda baş sarıtelə. Allah atanız şair İmrana rəhmət eləsin, sizə can sağlığı. Lscınlı günləriniz mübarək
AĞLAMASAN DA.. Açılmış çiçəksən şeh üstə tərim, Qıymıram gül təki çəməndən dərim. Gəl sənə bir şirin xatirə verim, Saxlasan da sağ ol,saxlamasan da… Xəyaltək bir quru səsdəyəm indi, Gedirəm son səfər üstəyəm indi, Dərdindən sağalmaz xəstəyəm indi, Yoxlasan da sağ ol,yoxlamasan da… Qaçırsan gözümdən hey ürkən kimi, Boynunu gəl burma bəxti kəm kimi, Sən məni özünə bir həmdəm kimi, Bağlasan da sağ ol,bağlamasan da… Acı taleimə gülüb getmişəm, Çoxunu qəlbimdən silib getmişəm. Bir gün eşitsən ki ölüb getmişəm, Ağlasan da sağ ol,ağlamasan da… Gəlib qara geyib qəbrimin üstə. Başına hey döyüb qəbrimin üstə. Bir bənd şeri deyib qəbrimin üstə, Çağlasan da sağ ol,çağlamasan da… Qafqazam,görmüşəm dərdin əzabın, Tanrım haqqsızların çəksin hesabın. Sevgiylə yazılmış ömür kitabın, Bağlasan da sağ ol,bağlamasan da… Qafqaz Quruçaylı…
Ayaz qardaşım 8 ildir qürbətdə hər gecə sizin bu ifa'nızla yuxuya gedirəm. Allah sizə can sağlığı versin. İnşallah bir gün Vətənə qayıdanda bu ifanı sizdən canlı canlı dinləyəcəyəm.
Ayazı bu qədər yetkin tanımamışam, təəssüf! Ürəkdən süzülüb gələn ifadır, halal olsun!.. Tar dərdlərimizin tərcümanıdır.Yağılara qalan güllü-çiçəkli dağlarımızın, qanı daşlara çilənən günahsız şəhidlərimizin naləsidir bu segah. Allah bizlərə bu qanların qisasını almaq şərəfi qismət eləsin!
GÖZLƏ ƏZİZİM… Nə ölüm,nədə ki olum bitməyib, Sağım çiçək açıb,solum bitməyib. Hələ səfərdəyəm yolum bitməyib, Gözlə gələcəyəm,gözlə,əziizim… Yandırıb özünü kül eyləmə sən, Hər gedən dalınca əl eyləmə sən. Töküb göz yaşını sel eyləmə sən, Gözlə gələcəyəm,gözlə,əzizim… Əhdinə,eşqinə ey vəfalı yar, Əsil sevənlərə dünya özü dar. Sənin ki mənimtək bir sevənin var, Gözlə gələcəyəm,gözlə,əzizim… Hirsini daş eylə çax bu yollara, Gülüm,mən nə deyim ax,bu yollara ? Məni sevə-sevə bax bu yollara, Gözlə gələcəyəm,gözlə,əzizim… Həsrətin qəlbimi üzüb dayanır, Xəyalım dünyanı gəzib dayanır. Sevənlər min dərdə dözüb dayanır, Gözlə gələcəyəm,gözlə,əzizim… Qafqaz Quruçaylı…10-03-2021…
GÖZÜMDƏN GƏLDİ… Yandım bir gözəlin başına dönüb, Dərdi gözlərimin yaşına dönüb. Həsrəti bir dəstə qoşuna dönüb, Mən hara getdimsə izimdən gəldi… Sevmədim heykəltək daş ucalığı, Gözündə tapaydım kaş ucalığı. El-oba içində baş ucalığı, Yazdığım şerimdən,sözümdən gəldi… Yaralı könlümü duyan görmədim, Mənə sevgisindən qıyan görmədim. Heç vaxt özgələrdən ziyan görmədim, Nə gəldi özümə,özümdən gəldi… Nə deyim taleyin püşkünə,allah ? Yanan yox yetimə,düşgünə,allah. Yandım bir gözəlin eşqinə,allah, Sevgim qana döndü,gözümdən gəldi… Qafqaz Quruçaylı…28-02-2021….
Sağ ol ay Ayaz müəllim.,. Yetim segahı çalınanda Yetimlərə tar neynəsin Kimisinin qızıl taxtı, kimisinin qızıl bəxti Qardaş əcəl gələn vaxtı Ona dövlət var neynəsin!!!!!
Ayaz muellim INWALLAH ki bu ifa QARABAGIMIZDA seslensin.ellerin var olsun.ifa zamani cox agladim (((((daglarin qoynunda ozumu QARABAG torpagimizda hiss etdim.gercek olacaq INWALLAH
ÖLƏRƏM AXI… Sənin sevgin mənə havadı,sudu Mən səni sevməsəm ölərəm axı. Gülüm,səni sevmək başqa duyğudu, Mən səni sevməsəm ölərəm axı… Kim deyir sən mənə özgəsən,yadsan ? Qəlbimi yandıran atəşsən,odsan. Nə gözəl nemətsən,nə şirin dadsan, Mən səni sevməsəm ölərəm axı… Bir dəfə çatmadı gileyim sənə, Dedim qurban olsun ürəyim sənə. Sən məni sevmirsən nə deyim sənə ? Mən səni sevməsəm ölərəm axı… Nə qədər arzumu mən daşa çalım, Ay zalım,nə qədər de sənsiz qalım ? Başa düşmürsənsə gəl başa salım, Mən səni sevməsəm ölərəm axı… Ömrümdə,günümdə ən şirin ansan, Günah eyləyərsən bu eşqi dansan. Sən,mənim canımda yaşayan cansan, Mən səni sevməsəm ölərəm axı… Sənsən bu dünyada tək dərdi-sərim, İstərəm sevgini gül təki dərim. Sevən ürəyimə nə cavab verim ? Mən səni sevməsəm ölərəm axı… İşim yox qəm dolu bom-boş ağuşla, Günah var yuyulmaz qarla,yağışla. Başqa yolum yoxdur məni bağışla, Mən səni sevməsəm ölərəm axı… Qafqaz Quruçaylı…12-03-2021…
ELƏ BİR VARLIQSAN… Elə bir varlıqsan canımdan əziz, Vurğunam əhdinə,düz ilqarına. Sevdiyim,ürəyin dünyadan təmiz, Göz yuma bilmərəm etibarına… Elə bir varlıqsan,dəyərin yoxdur, Qədir-qiymətini qananlar bilər. Bilirəm dərdindən ölənlər çoxdur, Bu eşqi oduna yananlar bilər… Sən elə varlıqsan ürəyim,canım Səni özgələrə qıya bilmərəm. Rəvamı,mən səni unudum,danım Sonra günahımı yuya bilmərəm… Qara gözlərini sevdiyim gündən, Sənin cazibəndən çıxa bilmirəm. Çəkinib qorxmağım yoxdur ölümdən, Təkcə həsrətini yıxa bilmirəm… Səni yana-yana sevməyim belə, Bu şair könlümə bir təsəllidir. Sevib arzusuna çatan yox hələ, Onsuz da bu yolun sonu bəllidir… Qafqaz Quruçaylı…20-02-2020…
özūn Cennetde ifa etdin bizide bir anliq apardin oralara..saqol qardasim ellerin derd görmesin...yaşasin Azerbaycan ve sizin kimi musiqimizi yaşadanlarimiz..cox gözel ifa...
Varolun qardaş.insana təsir edən ifadır.həqiqətən Ayaz bəy çox gözəl ifaçıdır.onun ifasında yanğı , həsrət var.belə sənətkarlara dəyər vermək lazımdır.
DÖNDÜ.. Ağlımı bir qaşı kaman apardı, Verməyib nə fürsət,aman apardı. Heyif,gəncliyimi zaman apardı, Çiçəkli baharım xəzana döndü. Bir dastan bağladım elin dərdinə, Sinəmi dağladım elin dərdinə. İllərlə ağladım elin dərdinə, Yandı,şair könlüm ozana döndü. Adına dediyim ana torpağım, Batdı min günaha,qana torpağım. Sahibi olmadım ana,torpağın, Üzüm yurd yanında,qazana döndü. Dilim gödək oldu yadlar içində, Adım unuduldu adlar içində. Yandı xoş günlərim odlar içində, Günah, taleyimi yazana döndü. Qafqazam,düzəlmir qırdığım dünya, Dözüb,əzabına durduğum dünya. Xəyallar içində qurduğum dünya, Bir güman içində,yüz ana döndü. Qafqaz Quruçaylı…
Ay qara bagli mende senin kimi yetim qalmisam bu dunyada, chal gelsin sesin ay qarabagli! yetimin nalesi ses salar selalelere, ses salar tarin zumzumesine, ana sevgisine yete bilmez///// Daglar nelene agah alar , yetim nalesine yetise bilmez.
ÖLƏNƏ QƏDƏR… Əl açıb eşqinə dilənəcəm,bax Səadət qapıma gələnə qədər. Sən mənim sevgimdə sonuncu yarpax, Səni sevəcəyəm ölənə qədər… Yağıştək yağsa da qəm bu sevgidən, Sevinci gözündə kəm bu sevgidən. Əsla,əl çəkmərəm mən bu sevgidən, Taleyim üzümə gülənə qədər… Sevsə vəfasından qıyıb gedəcək, Nələr çəkdiyimi duyub gedəcək. Şairi qəm seli yuyub gedəcək, Bir gözəl qədrini bilənə qədər… Dərd versən bal təki yeyəcəyəm mən, Qapını sevgimlə döyəcəyəm mən. Sənə vəfalıdır deyəcəyəm mən, Adımı qəlbindən silənə qədər… Qafqaz Quruçaylı…24-02-2021…
GƏL… Sən,mənim evimə bir yaz səhəri, Dan yeri sakitcə söküləndə gəl. İtməsin gözümdən xumar gözlərin, Dumanlar yox olub çəkiləndə gəl… Gəl,çoxdan gözlərəm bu bahar səni, Ürəyim həmişə arzular səni. Şeh düşüb,göy otlar isladar səni, Güllərin şəbnəmi töküləndə gəl… Sevənlər atəşə atır özünü, Bəsdir,az günaha batır özünü Vaxtdır,elə indi çatdır özünü, Demirəm qamətim bükülündə gəl… Gəl,könlüm sevinsin qarşılaşanda, Bahar eşqimizə nəğmə qoşanda. İldırımlar çaxıb,sellər daşanda, Araz coşub Kürə töküləndə gəl… Gəl,həsrət onsuz da axır can olub, Qafqaz vüsalından pay uman olub. Yollara baxmaqdan bağrım qan olub, Gözlərim yollara dikiləndə gəl… Qafqaz Quruçaylı.
BİLMƏDİM HƏLƏ… Yudum göz yaşımla yudum sevgimi, Tər-təmiz mən sənə qıydım sevgimi. Xumar gözlərində duydum sevgimi, Mən,səni unuda bilmədim hələ… Gözlərim görndən çiçəktək təri, Yox oldu qəlbimin həm dərdi-səri. Səni ilk gördüyüm o vaxtdan bəri, Mən,səni unuda bilmədim hələ… Acı günlərimə bal qatdın gözəl, Təbimi sellərtək çağlatdın,gözəl. Sən,mənim anamı ağlatdın,gözəl Mən,səni unuda bilmədim hələ… Alışdım dərdinə tək olan gündən, Könlündə min şüphə,şəkk olan gündən, Adın ürəyimə həkk olan gündən, Mən,səni unuda bilmədim hələ… Görmədim şuxluxda sənin kimi qız, Yanmadın halıma ay ürəyi buz. İnan,and içirəm bu çörək,bu duz, Mən,səni unuda bilmədim hələ… İtirdin ünvansız ölkədə məni, Arxanca sürünən kölgədə məni. Çoxdan unutmusan bəlkə də məni, Mən,sni unuda bilmədim hələ… Qafqaz Quruçaylı…09-03-2021…
BAHAR GƏLƏNDƏ… İnsanlar doymayır arzu-diləkdən, Sevənlər sevinir necə ürəkdən. Təbiət don geyir güldən,çiçəkdən Güllər bayram edir bahar gələndə… Ucalır göylərə könül nəğməsi, Canlanır çöllərdə quşların səsi. Bahar salamlayır bu gün hər kəsi, Ellər bayram edir bahar gələndə… Duman gəlir dərələrdə sürünür, Hara baxsan dünya gözəl görünür. Təbiət al yaşıl dona bürünür, Çöllər bayram edir bahar gələndə… Göy gurlayır,hey qovuşur sel-selə, Çəmənlikdə naz eyləyir gül-gülə. Vaxt yetişir,yerin verir il-ilə, İllər bayram edir bahar gələndə… Ay şair,yaz gəlir bizə nə qalır ? Yar üzür könlünü,sözə nə qalır ? Gözələ baxmaqdan gözə nə qalır ? Əllər bayram edir bahar gələndə…
ZAUR BƏY SİZƏ VƏ AYAZA XÜSUSİ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.ÇOXDANDI XALİS TAR SƏSİNİ EŞİTMİRDİM İNDİ BÖYÜK MƏMNUNİYYƏTLƏ QULAQ ASDIM LƏZZƏT ELƏDİ.ÇÜNKİ TARIN TELLƏRİNİ DƏYİŞİRLƏR ODA TAR SƏSİ VERMİR.AMMA BU XALİS TAR ÇALĞISI İDİ SAĞ OLUN VAR OLUN.BİR DAHA TƏŞƏKKÜRLƏR.
BƏSİMDİ İNAN… Gözlərin sevgiylə baxsın gözümə, Məni beləcə sev bəsimdi inan. Qoy,isti nəfəsin dəysin üzümə, Məni beləcə sev bəsimdi inan… Sənə həqiqətəm güman deyiləm, Yolunu bağlayan duman deyiləm. Səndən başqa bir şey uman deyiləm, Məni beləcə sev bəsimdi inan… Ruh verir açılan gül bədən mənə, Eşqin,məhəbbətin gülüm,tən mənə. Sarıl ilan kimi,sarıl sən mənə, Məni beləcə sev bəsimdi inan… Gözlərin könlünü əks edən ayna, Hop mənim qanıma gəl qarış,qayna. Gecələr sübhədək mənimlə oyna, Məni beləcə sev bəsimdi inan… Gör,nələr açılıb gülüm,qoynunda, Murada yetəydi əlim qoynunda. Al mənim canımı ölüm qoynunda, Məni beləcə sev bəsimdi inan… Saxla güllərini dərən olmasın, Dəstələ saçını pərən olmasın. Sıx məni köksünə görən olmasın, Məni beləcə sev bəsimdi inan… Qafqaz Quruçaylı…21-02-2021…
Ey təbibim, daha yox dərdə dəvamım, neynim? Od tutub yanmadadır cismidə canım, neynim? Gecə ta sübhə kimi ahu-fəğan etmədəyəm Dayanıb dövr eləmir nəbzidə qanım, neynim? Ərşü əladə xuda, yerdə köməyim sənsən Səndən özgə kimsəyə yoxdur gümanım, neynim? Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim? Ərşü əladə xuda, yerdə köməyim sənsən Səndən özgə kimsəyə yoxdur gümanım, neynim? Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim?
NƏYİMİ SEVİRSƏN ?.. Nəyimi sevirsən axı sən mənim ? Başım daşdan-daşa dəyib,durmuşam. Arzu-istəyimə bu həyat qənim, Tanrının gözündə unudulmuşam… Nəyimi sevirsən axı sən mənim ? Nə elim,nə obam,nə ocağım var. Hələ Xocalıda gəzir düşmənim, Mənim bağlı əlim,boş qucağım var… Nəyimi sevirsən axı sən mənim ? Başımın üstündə kəndir yellənir. Ah-vayla,həsrətlə keçir hər günüm, Göz yaşım Vətənçün axır,sellənir… Nəyimi sevirsən axı sn mənim ? Bir ayağım burda,birisi gorda. Gözümə ox olub batır düşmənim, Ürəyim hələ də çırpınır torda… Nəyimi sevirsən axı sən mənim ? Bilmirsən ki axı nə haldayam mən. Var mənim öz dünyam,başqa aləmim, Üz tutub gedirəm son yoldayam mən… Nəyimi sevirsən axı sən mənim ? Mənimlə dolanmaq,yaşamaq çətin. Yazıqsan,incimə başına dönüm, Onsuz da sonu yox bu məhəbbətin… Qafqaz Quruçaylı...22-02-2021…
Ayaz İmranova uzun ömür və can sağlığı arzulayıram. Cəmiyyətin belə musiqilərə çox böyük ehtiyacı var......!
Sağ ol Ayaz müəllim. Bizi saf uşaqlıq illərimizə apardın. Sanki dünən qulag asmışam, o vaxt mts məhəlləsində, Lacında sizin ifanıza sazda baş sarıtelə. Allah atanız şair İmrana rəhmət eləsin, sizə can sağlığı. Lscınlı günləriniz mübarək
AĞLAMASAN DA..
Açılmış çiçəksən şeh üstə tərim,
Qıymıram gül təki çəməndən dərim.
Gəl sənə bir şirin xatirə verim,
Saxlasan da sağ ol,saxlamasan da…
Xəyaltək bir quru səsdəyəm indi,
Gedirəm son səfər üstəyəm indi,
Dərdindən sağalmaz xəstəyəm indi,
Yoxlasan da sağ ol,yoxlamasan da…
Qaçırsan gözümdən hey ürkən kimi,
Boynunu gəl burma bəxti kəm kimi,
Sən məni özünə bir həmdəm kimi,
Bağlasan da sağ ol,bağlamasan da…
Acı taleimə gülüb getmişəm,
Çoxunu qəlbimdən silib getmişəm.
Bir gün eşitsən ki ölüb getmişəm,
Ağlasan da sağ ol,ağlamasan da…
Gəlib qara geyib qəbrimin üstə.
Başına hey döyüb qəbrimin üstə.
Bir bənd şeri deyib qəbrimin üstə,
Çağlasan da sağ ol,çağlamasan da…
Qafqazam,görmüşəm dərdin əzabın,
Tanrım haqqsızların çəksin hesabın.
Sevgiylə yazılmış ömür kitabın,
Bağlasan da sağ ol,bağlamasan da…
Qafqaz Quruçaylı…
Qardaş sən neylədin beləə. Əhsənn var oll ürəyinə qurbann👍👍👍❤️❤️🇦🇿🇦🇿
Ayaz qardaşım 8 ildir qürbətdə hər gecə sizin bu ifa'nızla yuxuya gedirəm.
Allah sizə can sağlığı versin. İnşallah bir gün Vətənə qayıdanda bu ifanı sizdən canlı canlı dinləyəcəyəm.
İnşallah
Ayazı bu qədər yetkin tanımamışam, təəssüf! Ürəkdən süzülüb gələn ifadır, halal olsun!..
Tar dərdlərimizin tərcümanıdır.Yağılara qalan güllü-çiçəkli dağlarımızın, qanı daşlara çilənən günahsız şəhidlərimizin naləsidir bu segah. Allah bizlərə bu qanların qisasını almaq şərəfi qismət eləsin!
Çox möhtəşəm ifadı. Allah sənətkara can sağlığı versin. Ancaq belə ciddi musiqi ifa edən sənətkarın gərək geyimi də ciddi olsun.
GÖZLƏ ƏZİZİM…
Nə ölüm,nədə ki olum bitməyib,
Sağım çiçək açıb,solum bitməyib.
Hələ səfərdəyəm yolum bitməyib,
Gözlə gələcəyəm,gözlə,əziizim…
Yandırıb özünü kül eyləmə sən,
Hər gedən dalınca əl eyləmə sən.
Töküb göz yaşını sel eyləmə sən,
Gözlə gələcəyəm,gözlə,əzizim…
Əhdinə,eşqinə ey vəfalı yar,
Əsil sevənlərə dünya özü dar.
Sənin ki mənimtək bir sevənin var,
Gözlə gələcəyəm,gözlə,əzizim…
Hirsini daş eylə çax bu yollara,
Gülüm,mən nə deyim ax,bu yollara ?
Məni sevə-sevə bax bu yollara,
Gözlə gələcəyəm,gözlə,əzizim…
Həsrətin qəlbimi üzüb dayanır,
Xəyalım dünyanı gəzib dayanır.
Sevənlər min dərdə dözüb dayanır,
Gözlə gələcəyəm,gözlə,əzizim…
Qafqaz Quruçaylı…10-03-2021…
Möhdəşəm ifadı Allah sizin kimi sənətkarlaı bu millətə cox görməsin
Var olun
ШУШАНЫН ДАГЛАРЫ ЯДЫМА ДУШДУ СПАСИБО
Sagol ay ustad,insallah bu segahin Lacinda seslensin!!!!
Instablaster
GÖZÜMDƏN GƏLDİ…
Yandım bir gözəlin başına dönüb,
Dərdi gözlərimin yaşına dönüb.
Həsrəti bir dəstə qoşuna dönüb,
Mən hara getdimsə izimdən gəldi…
Sevmədim heykəltək daş ucalığı,
Gözündə tapaydım kaş ucalığı.
El-oba içində baş ucalığı,
Yazdığım şerimdən,sözümdən gəldi…
Yaralı könlümü duyan görmədim,
Mənə sevgisindən qıyan görmədim.
Heç vaxt özgələrdən ziyan görmədim,
Nə gəldi özümə,özümdən gəldi…
Nə deyim taleyin püşkünə,allah ?
Yanan yox yetimə,düşgünə,allah.
Yandım bir gözəlin eşqinə,allah,
Sevgim qana döndü,gözümdən gəldi…
Qafqaz Quruçaylı…28-02-2021….
inşAllah bu seygahının sesi Kelbecerimizde ve bütün Qarabagımızda seslensin
Bizi bizdən alıb uşağlığımıza götürdün , ruhumuzu dinlətdirdin sənətkar !
Əllərin ağrı görməsin gözəl sənətkar.Allah sizi qorusun.
Tarın sesi superdi
ИДЕАЛ ....НЕТ СЛОВ А ПИШУ НА РУСКОМ ЧТО БЫ УЗНАЛИ ПРО ВАШУ УНИКАЛЬНОСТЬ ..ВЫ ПРЕДЕЛ СОВЕРШЕСТВА!!!
تو صدای دل غمگین را میشنوی ،،، آن تار وسیله است. این است قدرت آفرینش در فرکانس موسیقی
AFƏRİN !!!
TƏBİZ VƏ BARMAQLARIZ VAR OLSUN, USTAD AYAZ !!!
Sağ ol ay Ayaz müəllim.,. Yetim segahı çalınanda
Yetimlərə tar neynəsin
Kimisinin qızıl taxtı, kimisinin qızıl bəxti
Qardaş əcəl gələn vaxtı
Ona dövlət var neynəsin!!!!!
Çox gözəl ifa etdiniz. Əllərinizə sağlıq. Lap ürəyinizi qoymusuz. Təşəkkürlər
Ayaz Imranov men deyerdim ki, Tarzen Ekrem Memmedlinin davamchisidir.
Allah can sağliği versin her iki boyuk senetkara.
Tari dinledikce qeyri ixtiyari gozlerim yawarir. Cox kovrelirem.
Bəh bəh Allah can sagligi versin barmaqlariniz var olsun dinlədikcə insanin ruhunu oxsayan bir ifadi Allah sizi var eləsin sənətkar
Ay ALLAH Sexavet Memmedov bu Seğahi nece oxumağini artiq tesvir etdim men....
Ayaz muellim INWALLAH ki bu ifa QARABAGIMIZDA seslensin.ellerin var olsun.ifa zamani cox agladim (((((daglarin qoynunda ozumu QARABAG torpagimizda hiss etdim.gercek olacaq INWALLAH
Tarın oxuduğu məqam👏👏👏
Millətimizin kültüry belə ustalar la yaşayır. Sağ olun ki bizə azərbaycanliğimizi gajtarisiniz.
Allah canın sağ etsin Ayaz müəllimin! Ləzzət elədi həm gözəl ifa həm dağların bu gözəl mənzərəli görüntüləri.
Adamin bu musiqi altinda bu gozel tebiet menzeresi qarsisi da lap olmeyi de gelir. Terifolunmaz bir hisdir...
Tar bütün simli alətlərindən qəşəngdi Tarı çalan hər simli alət çala bilir
Deniz Abdullayev sazı ifa ede bilen hamısın ifa edir ellbetde tar menim en sevdiyim musiqi aletidi
ÖLƏRƏM AXI…
Sənin sevgin mənə havadı,sudu
Mən səni sevməsəm ölərəm axı.
Gülüm,səni sevmək başqa duyğudu,
Mən səni sevməsəm ölərəm axı…
Kim deyir sən mənə özgəsən,yadsan ?
Qəlbimi yandıran atəşsən,odsan.
Nə gözəl nemətsən,nə şirin dadsan,
Mən səni sevməsəm ölərəm axı…
Bir dəfə çatmadı gileyim sənə,
Dedim qurban olsun ürəyim sənə.
Sən məni sevmirsən nə deyim sənə ?
Mən səni sevməsəm ölərəm axı…
Nə qədər arzumu mən daşa çalım,
Ay zalım,nə qədər de sənsiz qalım ?
Başa düşmürsənsə gəl başa salım,
Mən səni sevməsəm ölərəm axı…
Ömrümdə,günümdə ən şirin ansan,
Günah eyləyərsən bu eşqi dansan.
Sən,mənim canımda yaşayan cansan,
Mən səni sevməsəm ölərəm axı…
Sənsən bu dünyada tək dərdi-sərim,
İstərəm sevgini gül təki dərim.
Sevən ürəyimə nə cavab verim ?
Mən səni sevməsəm ölərəm axı…
İşim yox qəm dolu bom-boş ağuşla,
Günah var yuyulmaz qarla,yağışla.
Başqa yolum yoxdur məni bağışla,
Mən səni sevməsəm ölərəm axı…
Qafqaz Quruçaylı…12-03-2021…
ELƏ BİR VARLIQSAN…
Elə bir varlıqsan canımdan əziz,
Vurğunam əhdinə,düz ilqarına.
Sevdiyim,ürəyin dünyadan təmiz,
Göz yuma bilmərəm etibarına…
Elə bir varlıqsan,dəyərin yoxdur,
Qədir-qiymətini qananlar bilər.
Bilirəm dərdindən ölənlər çoxdur,
Bu eşqi oduna yananlar bilər…
Sən elə varlıqsan ürəyim,canım
Səni özgələrə qıya bilmərəm.
Rəvamı,mən səni unudum,danım
Sonra günahımı yuya bilmərəm…
Qara gözlərini sevdiyim gündən,
Sənin cazibəndən çıxa bilmirəm.
Çəkinib qorxmağım yoxdur ölümdən,
Təkcə həsrətini yıxa bilmirəm…
Səni yana-yana sevməyim belə,
Bu şair könlümə bir təsəllidir.
Sevib arzusuna çatan yox hələ,
Onsuz da bu yolun sonu bəllidir…
Qafqaz Quruçaylı…20-02-2020…
özūn Cennetde ifa etdin bizide bir anliq apardin oralara..saqol qardasim ellerin derd görmesin...yaşasin Azerbaycan ve sizin kimi musiqimizi yaşadanlarimiz..cox gözel ifa...
Varolun qardaş.insana təsir edən ifadır.həqiqətən Ayaz bəy çox gözəl ifaçıdır.onun ifasında yanğı , həsrət var.belə sənətkarlara dəyər vermək lazımdır.
DÖNDÜ..
Ağlımı bir qaşı kaman apardı,
Verməyib nə fürsət,aman apardı.
Heyif,gəncliyimi zaman apardı,
Çiçəkli baharım xəzana döndü.
Bir dastan bağladım elin dərdinə,
Sinəmi dağladım elin dərdinə.
İllərlə ağladım elin dərdinə,
Yandı,şair könlüm ozana döndü.
Adına dediyim ana torpağım,
Batdı min günaha,qana torpağım.
Sahibi olmadım ana,torpağın,
Üzüm yurd yanında,qazana döndü.
Dilim gödək oldu yadlar içində,
Adım unuduldu adlar içində.
Yandı xoş günlərim odlar içində,
Günah, taleyimi yazana döndü.
Qafqazam,düzəlmir qırdığım dünya,
Dözüb,əzabına durduğum dünya.
Xəyallar içində qurduğum dünya,
Bir güman içində,yüz ana döndü.
Qafqaz Quruçaylı…
Halaldi ayaz mellim size boyuk tewekkurmu bildirirem,ruhum dinceldi boyuk memuniyetle dinledim,sizize can sagli uzun omur arzulayiram
Ewq olsun Ayaz qardawimiz beh beh barmaqlarin var olsun qardaw
Заур бей сиза дерин тешаккурлар мусиги хесталарина муаличави. комайиниз учун!!!! бу неиса ифадан устун бир вергидир бу сенаткара !!!!! русийадан. саламлар !!!!!
Bu gül çiçəklə musiqinin həm ahəngi bir simfoniyadır.Əhsən.
Bravo, Ayaz müəllim! 👏 Əllərinizə sağlıq! 🙏
Esq olsun usdad senetkara
Alllah bele sentkar olar . Bu nə möczedi yartmsan ilahi. Qardaş üreyn əlin qolun var olasun
Halaldi Cox Gozel ifa Eledi Ayaz Muellim Var Olun Bu Seygah Adami Xeyallara aprair
TAR simli alətlərin ŞAHİDİR. Ayaz müəllim sizə də can sağliği xoşbəxtlik!
Не дейарли ифадыр!!!! урайин елларин вар олсун!!!!! омурун узун олсун Айаз бей!!!!!
Ay can ay can😍😍😍
Аяз Бей в следующий раз надо в Карабахе и в национальном костюме! Амин!
Barmaglarin var olsun senetkar. Adam dinledikce ruhu dincelir
Super esil tar
Eşq olsun !
Tar ifası super məni bir şey cəlb etdi ki dağ dumanlardan da yuxarıdadı
Bu ifanı bəyənməyənlərə ar olsun
Allah butun senetkarlari qorusun amin insallah..cox gozel ifadi cox hezz aldim Allah barmaqlarnizi var elesin
Bu dagin basindsa Ayazin ureyi acilib ey
Sag ol senetkar, ruhum tezelendi!
Var ol ustad ureyine omrune ellerine bereket
Sağol ay müəllim çox sağol bu əsil ifadir
Əllərin var olsun sənətkar
Əlehinə səs verənlərə Allah agıl versin.Allahı görün göydə.
[
👍
Halal olsun, ustad. Mükəmməl ifa.
Ay qara bagli mende senin kimi yetim qalmisam bu dunyada, chal gelsin sesin ay qarabagli!
yetimin nalesi ses salar selalelere, ses salar tarin zumzumesine, ana sevgisine yete bilmez/////
Daglar nelene agah alar , yetim nalesine yetise bilmez.
ÖLƏNƏ QƏDƏR…
Əl açıb eşqinə dilənəcəm,bax
Səadət qapıma gələnə qədər.
Sən mənim sevgimdə sonuncu yarpax,
Səni sevəcəyəm ölənə qədər…
Yağıştək yağsa da qəm bu sevgidən,
Sevinci gözündə kəm bu sevgidən.
Əsla,əl çəkmərəm mən bu sevgidən,
Taleyim üzümə gülənə qədər…
Sevsə vəfasından qıyıb gedəcək,
Nələr çəkdiyimi duyub gedəcək.
Şairi qəm seli yuyub gedəcək,
Bir gözəl qədrini bilənə qədər…
Dərd versən bal təki yeyəcəyəm mən,
Qapını sevgimlə döyəcəyəm mən.
Sənə vəfalıdır deyəcəyəm mən,
Adımı qəlbindən silənə qədər…
Qafqaz Quruçaylı…24-02-2021…
GƏL…
Sən,mənim evimə bir yaz səhəri,
Dan yeri sakitcə söküləndə gəl.
İtməsin gözümdən xumar gözlərin,
Dumanlar yox olub çəkiləndə gəl…
Gəl,çoxdan gözlərəm bu bahar səni,
Ürəyim həmişə arzular səni.
Şeh düşüb,göy otlar isladar səni,
Güllərin şəbnəmi töküləndə gəl…
Sevənlər atəşə atır özünü,
Bəsdir,az günaha batır özünü
Vaxtdır,elə indi çatdır özünü,
Demirəm qamətim bükülündə gəl…
Gəl,könlüm sevinsin qarşılaşanda,
Bahar eşqimizə nəğmə qoşanda.
İldırımlar çaxıb,sellər daşanda,
Araz coşub Kürə töküləndə gəl…
Gəl,həsrət onsuz da axır can olub,
Qafqaz vüsalından pay uman olub.
Yollara baxmaqdan bağrım qan olub,
Gözlərim yollara dikiləndə gəl…
Qafqaz Quruçaylı.
Varolun gözəl şeyir ərmağanınıza görə.👍👏👏👏
Beh beh ne gözel biranliğ insanı uzağlara aparır 👏👏👏👏
Спасибо дарагой брат
gözəl ustad Ayaz bəy barmaglarınız yorulmasın! 100 yaşa.
İnşallah Elvin qardaş Laçında belə möhtəşəm ifalara qulaq asaq
BİLMƏDİM HƏLƏ…
Yudum göz yaşımla yudum sevgimi,
Tər-təmiz mən sənə qıydım sevgimi.
Xumar gözlərində duydum sevgimi,
Mən,səni unuda bilmədim hələ…
Gözlərim görndən çiçəktək təri,
Yox oldu qəlbimin həm dərdi-səri.
Səni ilk gördüyüm o vaxtdan bəri,
Mən,səni unuda bilmədim hələ…
Acı günlərimə bal qatdın gözəl,
Təbimi sellərtək çağlatdın,gözəl.
Sən,mənim anamı ağlatdın,gözəl
Mən,səni unuda bilmədim hələ…
Alışdım dərdinə tək olan gündən,
Könlündə min şüphə,şəkk olan gündən,
Adın ürəyimə həkk olan gündən,
Mən,səni unuda bilmədim hələ…
Görmədim şuxluxda sənin kimi qız,
Yanmadın halıma ay ürəyi buz.
İnan,and içirəm bu çörək,bu duz,
Mən,səni unuda bilmədim hələ…
İtirdin ünvansız ölkədə məni,
Arxanca sürünən kölgədə məni.
Çoxdan unutmusan bəlkə də məni,
Mən,sni unuda bilmədim hələ…
Qafqaz Quruçaylı…09-03-2021…
Üreyine saglıg gardaş Allah ,Allah tardan axan göz yaşını görürem men
Yaşa sənətkar ❤ Yaşa ❤
Isallah Qarabagda bele yanqili ifa edersen
BAHAR GƏLƏNDƏ…
İnsanlar doymayır arzu-diləkdən,
Sevənlər sevinir necə ürəkdən.
Təbiət don geyir güldən,çiçəkdən
Güllər bayram edir bahar gələndə…
Ucalır göylərə könül nəğməsi,
Canlanır çöllərdə quşların səsi.
Bahar salamlayır bu gün hər kəsi,
Ellər bayram edir bahar gələndə…
Duman gəlir dərələrdə sürünür,
Hara baxsan dünya gözəl görünür.
Təbiət al yaşıl dona bürünür,
Çöllər bayram edir bahar gələndə…
Göy gurlayır,hey qovuşur sel-selə,
Çəmənlikdə naz eyləyir gül-gülə.
Vaxt yetişir,yerin verir il-ilə,
İllər bayram edir bahar gələndə…
Ay şair,yaz gəlir bizə nə qalır ?
Yar üzür könlünü,sözə nə qalır ?
Gözələ baxmaqdan gözə nə qalır ?
Əllər bayram edir bahar gələndə…
Wonderful journey and exploration
ALLAH SİZİ VAR ELƏSİN
Bilmirəm kimə deyim ki, məni tək-dağların arasında, dərdimin yanında basdırsın?
ZAUR BƏY SİZƏ VƏ AYAZA XÜSUSİ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.ÇOXDANDI XALİS TAR SƏSİNİ EŞİTMİRDİM İNDİ BÖYÜK MƏMNUNİYYƏTLƏ QULAQ ASDIM LƏZZƏT ELƏDİ.ÇÜNKİ TARIN TELLƏRİNİ DƏYİŞİRLƏR ODA TAR SƏSİ VERMİR.AMMA BU XALİS TAR ÇALĞISI İDİ SAĞ OLUN VAR OLUN.BİR DAHA TƏŞƏKKÜRLƏR.
sizler sagolun ki deyer verirsiz
Maşallah.Allah qorusun.
xalqimizin mocuzali sarvatlarindan biridir tar . sagol vatan oglu
Mohtesem ifa👏 klipde gozel👍
Sagol ay Senetkar lap hem ifanla hemde zahiri gorkeminle merhum Haci Memmedovu xatirlatdin mene !
Bu muğamın adı yanlış yazılmış. Hariç segâh 'tır.
Ayaz kardeşimin yüreğine ve ellerine sağlık.
Beh beh sağolun Ayaz muellim
Var olun
Bu qurbet elde meni aglatdln dede vetenim yadlma duwdu
Sağol Ayaz müəllim var olasan elə bil Laçındayam. Müşfiq Laçınlı.
beh beh ne lezetli tar calir
Sagol qardasim Allah var etsin sizi .varolunki tari bu cure yasadirsiz.
BƏSİMDİ İNAN…
Gözlərin sevgiylə baxsın gözümə,
Məni beləcə sev bəsimdi inan.
Qoy,isti nəfəsin dəysin üzümə,
Məni beləcə sev bəsimdi inan…
Sənə həqiqətəm güman deyiləm,
Yolunu bağlayan duman deyiləm.
Səndən başqa bir şey uman deyiləm,
Məni beləcə sev bəsimdi inan…
Ruh verir açılan gül bədən mənə,
Eşqin,məhəbbətin gülüm,tən mənə.
Sarıl ilan kimi,sarıl sən mənə,
Məni beləcə sev bəsimdi inan…
Gözlərin könlünü əks edən ayna,
Hop mənim qanıma gəl qarış,qayna.
Gecələr sübhədək mənimlə oyna,
Məni beləcə sev bəsimdi inan…
Gör,nələr açılıb gülüm,qoynunda,
Murada yetəydi əlim qoynunda.
Al mənim canımı ölüm qoynunda,
Məni beləcə sev bəsimdi inan…
Saxla güllərini dərən olmasın,
Dəstələ saçını pərən olmasın.
Sıx məni köksünə görən olmasın,
Məni beləcə sev bəsimdi inan…
Qafqaz Quruçaylı…21-02-2021…
ИДЗИКУ ИЛЬЯВУ САЛАМ !!!
Əllərin var olsun A qardaş..bəh bəh bəh
bəh bəh super 👍👍👍👍
SUPER❤️
Ey təbibim, daha yox dərdə dəvamım, neynim?
Od tutub yanmadadır cismidə canım, neynim?
Gecə ta sübhə kimi ahu-fəğan etmədəyəm
Dayanıb dövr eləmir nəbzidə qanım, neynim?
Ərşü əladə xuda, yerdə köməyim sənsən
Səndən özgə kimsəyə yoxdur gümanım, neynim?
Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm
Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim?
Ərşü əladə xuda, yerdə köməyim sənsən
Səndən özgə kimsəyə yoxdur gümanım, neynim?
Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm
Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim?
NƏYİMİ SEVİRSƏN ?..
Nəyimi sevirsən axı sən mənim ?
Başım daşdan-daşa dəyib,durmuşam.
Arzu-istəyimə bu həyat qənim,
Tanrının gözündə unudulmuşam…
Nəyimi sevirsən axı sən mənim ?
Nə elim,nə obam,nə ocağım var.
Hələ Xocalıda gəzir düşmənim,
Mənim bağlı əlim,boş qucağım var…
Nəyimi sevirsən axı sən mənim ?
Başımın üstündə kəndir yellənir.
Ah-vayla,həsrətlə keçir hər günüm,
Göz yaşım Vətənçün axır,sellənir…
Nəyimi sevirsən axı sn mənim ?
Bir ayağım burda,birisi gorda.
Gözümə ox olub batır düşmənim,
Ürəyim hələ də çırpınır torda…
Nəyimi sevirsən axı sən mənim ?
Bilmirsən ki axı nə haldayam mən.
Var mənim öz dünyam,başqa aləmim,
Üz tutub gedirəm son yoldayam mən…
Nəyimi sevirsən axı sən mənim ?
Mənimlə dolanmaq,yaşamaq çətin.
Yazıqsan,incimə başına dönüm,
Onsuz da sonu yox bu məhəbbətin…
Qafqaz Quruçaylı...22-02-2021…
Sagol emoglu
Beh beh
Yer haradır ?
Bu ifa elebil insani ureyinin şah damarinnan vurub yaralayir
bəh-bəh ,barmaqların var olsun.
sagol gozel ureyin var