Katarakta əməliyyatında istifadə olunan linza növləri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Katarakta (mirvari suyu) əməliyyatla aradan qaldırıla biləcək göz xəstəliklərindəndir. Bu əməliyyatda istifadə olunan əsas material linzalardır. Fəqət bu linzalar digərləri kimi deyil. Bəs bu fərqlər nələrdir? Öyrənmək üçün videonu izləyin.
    Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
    Facebook: / rafadarxalilov
    İnstagram: / rafadarxalilov
    Katarakta əməliyyatı vaxtı xəstəyə hansı linzanın implantasiya olunması. Katarkata əməliyyatının mahiyyəti bulanmış billurun götürülüb yerinə təzə billurun implantasiya olunması, yəni yerləşdirilməsi. Əməliyyatın mahiyyəti budur. Önəmli bir sual: Linza növləri çoxdur, hansı xəstəyə hansı linza qoyulmalıdır? Məncə, burada bəlkə də həkimlərin professionallığı burada ortaya çıxır. Yəni katarakta diaqnozu qoymaq, hə, önəmlidir. Amma o qədər də önəmli deyil. Əməliyyatı yaxşı şəkildə icra etmək önəmlidir. Amma o qədər önəmli deyil. Hə, önəmli olan hansı xəstəyə nəyi təklif etmək və ya nəyi implantasiya etməkdir. O, çox önəmlidir. Bunun üçün mütləq həm müayinə çox detallı aparılmalıdır, həm xəstəyə vaxt ayırılıb xəstənin həyat tərzi, anamnezi, irsiyyətində olan xəstəliklər, xəstənin gələcəyə aid gözlədikləri və daha bir çox məlumatlar toplanıb elə qərar verilməlidir. Ümumiyyətlə, ana məlumat olaraq linzalar 3 ana qrupa bölünür: Katarakta vaxtı götürülən billurun yerinə qoyulacaq billur. 3 ana qrupumuz var. Monofokal lenslər, əvvəllər multifokal deyirdik, artıq onun adı bifokal lenslər və trifokal lenslər. Monofokal lenslər uzağı yaxşı göstərir, yaxına eynək taxırıq. Orta bir az dumanlıdır və ya yaxını yaxşı göstərir, uzağa eynək taxır. Bax, bu bifokal və ya trifokal lenslər çıxmadan öncə biz xəstəyə belə bir təklif edirdik: - “Uzağımı daha yaxşı görmək istəyirsiniz? Yaxınımı daha yaxşı görmək istəyirsiniz?”. Əgər bir sürücüdürsə, günün böyük hissəsini sükan arxasında keçirdirsə, - “Həkim, mən uzağı yaxşı görmək istəyirəm. Yaxını çox az istifadə edirəm. Yaxın lazım olsa, onsuz da eynəyimi taxacağam. Yaxud mən müəlliməm. Günümün böyük hissəsi yazı-pozu, yazmaq-pozmaqla keçir. Mən yaxını yaxşı görmək istəyirəm. Gün ərzində işimin böyük hissəsi yaxında olduğuna görə yaxını yaxşı görmək istəyirəm, uzağı lazım olsa, eynək taxaram”. Bu tələblərə görə bu şəkildə biz xəstənin ehtiyaclarını öyrənib ona görə tədbir görə bilirdik, monofokallar haqqında. Daha sonra bifokallar çıxdı və ya multifokallar. Bunlar uzaq və yaxın. Gündəlik işlərimizin 70-80 faizini eynəksiz icra etməyə köməklik etdilər. Orta isə, adətən, dumanlı oldu. Yəni təxminən 35-40 sm məsafə, adətən, problemsiz və 2-3 metrdən uzaq, adətən, problemsiz. Orta hissə bir az dumanlı. Ona görə bunlara bifokal deyirik. Yaxın və uzaq yaxşı, orta bir az dumanlı. Son, hazırda ağıllı lens deyilən trifokallar uzaq, orta, yaxın - bütün məsafələrdə aydın görmə verir və gündəlik işimizin orta hesabla 90 faizini eynəksiz görməni təmin edir.

ความคิดเห็น • 48

  • @ulviyyatehmezova7305
    @ulviyyatehmezova7305 2 ปีที่แล้ว +1

    Gözəl həkim,ğözəl insan,işinin peşəkarı.Allah sizi qorusun!Xəstələrinizə şəfa verən əlləriniz var olsun!Gözləriniz hec vaxt nurdan düşməsin!Sizi cox sevirik.

    • @RafadarXalilov
      @RafadarXalilov  2 ปีที่แล้ว

      Təşəkkür edirəm. Gözləriniz nurlu olsun.

  • @rfiqcbraylova9001
    @rfiqcbraylova9001 2 ปีที่แล้ว

    Gözəl həkim Allah sizi qorusun. Mənim də görməm çox pisdir. Həm uzağı həm yaxını. Həkimə getdim hər iki gözümdə mirvari suyu olduğunu dedilər. Amma sizin videoların ıza çox baxmışam. Doğrusu heç bir həkimə güvənmirəm. Elə bilirəm şəfa tapmağim sizin əlinizdədir. İnşaallah gələrəm sizin qəbula. Allaha əmanət olun.

  • @nerimanbagirov2658
    @nerimanbagirov2658 3 ปีที่แล้ว

    Salam hekim dayım oglu midvari suyu yıglmışdı sora ona qalcı linza qoydullar indide altda sepşik emele gelib

  • @cavidhuseynov3544
    @cavidhuseynov3544 2 ปีที่แล้ว

    Salam doktor menim gözüm tramma alıb bir il əvvəl katarakt emele geldi əməliyyat olundum görmə az var göz arxası zədələnib əməliyyatı varmı

  • @ismayilovashla381
    @ismayilovashla381 ปีที่แล้ว

    Salam doktor katarakta təzə əmələ gələndə əməliyyat etmək lazımdır yoxsa geç?

    • @RafadarXalilov
      @RafadarXalilov  ปีที่แล้ว

      Salam. Gözünüzdə katarakta əməliyyatına göstəriş varsa, büllurun tam bulanıb korluq əmələ gəlməsini gözləmədən əməliyyat etmək olar.

  • @nuramurad2598
    @nuramurad2598 ปีที่แล้ว

    Salam hekim anamdada var katarakt. əməliyat deyib hekim uje berkiyir birde gozunde guclu vaspaleni var əməliyat olunsa gormesi nece olar lutfen cavablandirin

    • @RafadarXalilov
      @RafadarXalilov  ปีที่แล้ว

      Salam. Müayinə etmədən görməni proqnoz etmək mümkün deyil.

  • @nizamimhrrmli4102
    @nizamimhrrmli4102 ปีที่แล้ว

    Salam həkim .Həkim qızım 2 aylıqkən sol gözü anadangəlmə kataraktalı doğulduğunu bildik. 5 aylıqkən əməlyat oldu dikişlər qoyuldu və dikiş söküldükdən dərhal sonra eynək yazdı həkim 7+.Uşaq eynəyi taxmaq isdəmir hətda baxmır demək olarki çox çətinlik çəkir .Eynəksiz olanda isə həmin göz axır .İndidə həkim deyirki kontakt linza taxılmalıdı çox xaiş edirəm həkim bizə doğru bir yol gösdərin körpəmizin taleyi sizdən aslıdı

    • @RafadarXalilov
      @RafadarXalilov  ปีที่แล้ว

      Salam. Sizə necə kömək edə bilərəm?

  • @eminismayilov7203
    @eminismayilov7203 ปีที่แล้ว

    Salam doktor mən gecə zəif görmə narahatçılığ ilə müayinəyə getdim katarakta diaqnoz qoydular əməliyyat düzələcək deyildi əməliyyat olsam qaranlıq görməyim düzələcək?

    • @RafadarXalilov
      @RafadarXalilov  ปีที่แล้ว

      Salam. Gözünüzdə zəif görməyə kataraktadan başqa səbəb yoxdursa, bəli.

    • @ilkinmehdiyev9406
      @ilkinmehdiyev9406 ปีที่แล้ว

      @@RafadarXalilov salam hekim məndə fəsadli katarakt diaqnoz qoyulub fəsadli katarakt və katarakt fərqi nədi ?

  • @rimarimas8663
    @rimarimas8663 2 ปีที่แล้ว

    Salam həkim anamın 65 yaşı var sağ gözündə katarakta var həkim müayinə edib deyib təcili əməliyyat olunmalıdı ola bilsin əməliyyatdan sonra görməsin ya zif görsün amma əməliyyatı slrf ona görə edirəm ki gözündə ağrılar yaranmasın deyə həkim həkimin belə deməyi düzgündürmü bir həkim əməliyyatdan sonra görüb görməyəcəyinə qaranti verə bilməzmi

    • @RafadarXalilov
      @RafadarXalilov  2 ปีที่แล้ว

      Salam. Anladığım qədəri ilə ananızın kataraktadan başqa da göz problemləri var. Gözdə kataraktadan başqa digər xəstəliklər də olarsa, o zaman görmə barədə proqnoz vermək mümkün olmaya bilir.

  • @ulkerseferli5879
    @ulkerseferli5879 3 ปีที่แล้ว

    Salam doktor mamamın 40 yaşı var gözünde 10 ,%gormeyi var apirasiya olunmaq deyiblər məsləhət görürsüz bu yaşda apirasiya çünki gözde katarak var ağrı var hekimler deyir indi apirasiya olunsa sora görəme azalacaq get gedə ne qədər gec gelsez o qədər yaxşıdı onun üçün. Apirasiyadan qorxuruq zəhmət olmasa cavab yazardız . Teşekkürler .

    • @RafadarXalilov
      @RafadarXalilov  3 ปีที่แล้ว

      Salam. Aşağıdakı videodan daha ətraflı məlumat ala bilərsiniz.. th-cam.com/video/YzCmNVWKe04m/w-d-xo.html.

    • @RafadarXalilov
      @RafadarXalilov  3 ปีที่แล้ว

      Salam, əməliyyatdan qorxmağa gərək yoxdur.

    • @minaagaliyeva3623
      @minaagaliyeva3623 3 ปีที่แล้ว

      Mənim 65 yaşım var RƏFTAR HƏKİM ƏMƏLİYYAT ETDİ ƏLADIR QIZIMI DA 13 ÖNCƏ ƏMƏLİYYAT EDİB

    • @ulkerseferli5879
      @ulkerseferli5879 3 ปีที่แล้ว

      @@RafadarXalilov çox sağolun məsləhətiniz üçün doktur 🙏

  • @raminsultanov1266
    @raminsultanov1266 3 ปีที่แล้ว

    Hekim salam keratakonus əməliyatı olmuşam hindide katarakt əmələ qəlib əməliyyatdan sonra - 6,75 astiqmatım var astiqmatım dərəcəsini aşağı salmaq olarmi

    • @RafadarXalilov
      @RafadarXalilov  3 ปีที่แล้ว

      Salam. Əməliyyatın mümkün olub - olmamasına dəqiq cavab verə bilmək üçün gözün dəqiq parametrlərini bilmək vacibdir. Yalnız bundan sonra əməliyyata qərar vermək olar.

    • @raminsultanov1266
      @raminsultanov1266 3 ปีที่แล้ว

      Çox sağolun siz müayinə elədiz təsüf siz diyən parametlər uyqun olmadı

  • @keremhesenov
    @keremhesenov 4 ปีที่แล้ว

    Həkim salam emeliyyatdan 1 gün sonra görmə bərpa olunurmu yoxsa müəyyən bir vaxt tələb olunurmu

    • @sadaqatkenqerli5819
      @sadaqatkenqerli5819 3 ปีที่แล้ว

      Əvvəl yaxşı həkim tapın,sonra əməliyyat elətdirin.Yəni mənim ki,siz də əziyyət çəkməyin,5 aydır əməliyyat olunmuşam,daha canımdan bezmişəm,öz özümə deyirəm mən nə böyük qələt elədim.Yəni 1 gün sonranı yox,ümumiyyətlə əməliyyat sonrasını qaranti etməyən həkimə göz əmanet edilməz.

    • @melikovanigar6706
      @melikovanigar6706 2 ปีที่แล้ว

      @@sadaqatkenqerli5819 Xahis edirem kime emeliyyat eletdirmisiniz?. Mende emeliyyat elemek isteyirem.

    • @sadaqatkenqerli5819
      @sadaqatkenqerli5819 2 ปีที่แล้ว +1

      @@melikovanigar6706 Mənim əməliyyatımı zay eləyiblər,1 ildən çoxdur əziyyət çəkirəm.Əməliyyat etmədən əvvəl həkimi yaxşıca araşdırın,göz heç bir şeyə bənzəməz,o qədər ehtiyatlı olmaq lazımdır ki.Mütləq yaxşı həkim tapın sonra əməliyyat elətdirin.ALLAH köməyiniz olsun!

    • @ilkinmehdiyev9406
      @ilkinmehdiyev9406 ปีที่แล้ว +1

      @@sadaqatkenqerli5819 tibbi sığorta ilə əməliyyat etdirmək istiyərem ama qorxuram ki pulsuzdu deyə yola nəticəsi yaxşı olmaz gücüm çatan verəcəm ama yenədə qorxum var 😢

    • @sadaqatkenqerli5819
      @sadaqatkenqerli5819 ปีที่แล้ว

      @@ilkinmehdiyev9406yaxşı həkim tapın sonra.Mən özəldə elətdirmişəm,bilsəydim Z.Əliyeva xəstəxanasına gedərdim.Mən qaça-qaça getdim əməliyyata gic kimi,bu 3 il 3 ayda çəkdiyim əziyyət heç nə ilə ölçülməz yəni.Tələsməyin,yaxşı yaxşı araşdırın,ALLAH böyükdür İNŞALLAH hər şey yaxşı olar.ALLAHA əmanət olun qardaş!

  • @ilahemuradov3490
    @ilahemuradov3490 4 ปีที่แล้ว

    Əməliyyatın qiyməti neçəyədir?

    • @RafadarXalilov
      @RafadarXalilov  4 ปีที่แล้ว

      Salam.
      Qiymətlərlə bağlı olaraq mərkəzimizin meneceri əlaqə saxlaya bilərsiniz.

      Tel: 0503055850.
      Təşəkkürlər.

  • @sadaqatkenqerli5819
    @sadaqatkenqerli5819 3 ปีที่แล้ว

    Mən kataraktdan əməliyyat olmuşam,lənət edirəm əməliyyat olduğum günə də,əməliyyat eləyən həkimə də.Az qalır yarım il olsun heç göz ağrısı bilməyən mən indi nə edəcəyimi bilmirəm,aldığım pensiya elə dərmana gedir,gözlərim də soğan dolmuş kimi yanır çox zaman,nə edəcəyimi bilmirəm.

    • @huseynyt3277
      @huseynyt3277 2 ปีที่แล้ว

      Bilmək olar harda əməliyyat olunmusunuz və hansi həkim edib ??

    • @sadaqatkenqerli5819
      @sadaqatkenqerli5819 2 ปีที่แล้ว

      @@huseynyt3277 Fundada.İndi yoxlatmışam təzədən katarakt başlayıb.

    • @huseynyt3277
      @huseynyt3277 2 ปีที่แล้ว

      @@sadaqatkenqerli5819 həkimin adi ?

    • @sadaqatkenqerli5819
      @sadaqatkenqerli5819 2 ปีที่แล้ว +1

      @@huseynyt3277 Nəyə görə soruşursunuz bilmək olarmı?!Əgər əməliyyat üçün soruşursunuzsa ,bizim həkimlərdən uzaq olun.Mənim kimi olmayın.

    • @тимуртиморов-з8щ
      @тимуртиморов-з8щ 2 ปีที่แล้ว +1

      @@sadaqatkenqerli5819 salam xanim doktorun adin deyardizde zehmet olmasa?

  • @qeribehesenova9195
    @qeribehesenova9195 4 ปีที่แล้ว

    Əməliyatda qoyulan linza yerdən qəyişməz ki və əgər linza uzaq görən olasa yənidən uzaq görən eynək lazim deyilki

    • @RafadarXalilov
      @RafadarXalilov  3 ปีที่แล้ว

      Salam. Əməliyyatdan öncə doğru müayinə və dəqiq hesablanmış rəqəmlər olarsa, uzağı görmə üçün eynəyə gərək qalmaz.

  • @samiramamedova5377
    @samiramamedova5377 2 ปีที่แล้ว

    . müsteqilik gününe şer