Tərəfində rədifli 6-5 bölgülü 11 heca şeir vəzni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Son vaxtlar tərifi çoxalıb pulun,
    Böyük də ,kiçik də pul tərəfində.
    Şeytan istəyinə çatıb deyəsən,
    Bu boyda məmləkət,el,tərəfində.
    Yayı od parçası,qışı qar ikən,
    Xeyiri məmnunkən,şəri xar ikən,
    Bu qədər yoxsulu, acı var ikən,
    Bilmərik nələr var ləl tərəfində.
    Yüzillik bir ömrü ölçmə pul ilə,
    Paylaş olanını yoxsul qul ilə.
    Kimlər ki yaşayıb çuxa,çul ilə.
    Gəzir axirətin gül tərəfində.
    Yox,sən deyilsənsə Ərşə inanan,
    Desəm də,olmazsan anlayan,qanan.
    Ağlın axirətə deyirsə yalan,
    Qalarsan atəşin kül tərəfində.
    Dəhnəli,bir anda dəyişər zaman,
    Hər kəsin əlinə düşər bir imkan.
    Qəlbin qapısından girməzsə şeytan,
    Yas tutar hər zaman çöl tərəfində.
    Dəhnəli Məmməd ( Hacızadə )

ความคิดเห็น •