Erməni generalı boğaraq öldürən ŞƏHİD - Cəbrayıl Dövlətzadə barədə BİLİNMƏYƏNLƏR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadə necə qəhrəman oldu?
    O, vətən müharibəsində cəmi 1 gün iştirak etdi. 1 gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi fəxri xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Biri var idi, 19 yaşında bir erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə...
    Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb.
    Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb.
    12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub:
    Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik:
    Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.
    Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.
    Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.
    Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib.
    Əslində Cəbrayıl missiyasının astanasında idi.
    Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.
    Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.
    Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb.
    Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.
    Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28-də çoxlu qan itirdiyi üçün şəhid olur...
    O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra Vətən uğrunda və Azərbaycan Bayrağı ordenləri ilə təltif edilir...
    Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan şəxs kimi Azərbaycan hərb tarxində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun, yoldaş əsgər, ulu şəhid!

ความคิดเห็น • 115

  • @1000production
    @1000production  3 ปีที่แล้ว +26

    Videoları BƏYƏNİB, kanala ABUNƏ OLMAĞI unutmayın!

    • @xeyalbalayev9499
      @xeyalbalayev9499 3 ปีที่แล้ว +4

      Az boş boş danışıb camaatda çaşqınlıq yaradıN.ŞƏHİDƏ QARŞI BU HÖRMƏTSİZLİKDİ

    • @TovuzBayramova
      @TovuzBayramova ปีที่แล้ว

      ​@@xeyalbalayev9499Hörmətsizlik edən biri varsa burda o da sizsiz)) ☝️😡

  • @sadtzamanova2517
    @sadtzamanova2517 3 ปีที่แล้ว +26

    Ürəyim parçalandı!.....😪😪😪😪😪
    Yaşı az olan, lakin ürəyi dağ boyda olan nur simalı Şəhidimiz! Cəngavər Vətən oğlu məkanın cənnət olsun!Amin! Fəxrimiz həmişə qəlblərdə olacaqsan!😍😍😍

  • @seviliya8383
    @seviliya8383 3 ปีที่แล้ว +22

    Dünəndən bu igid Çəbrayılın videolarına baxaraq nə qədər aqlamışam, Allah kimseyə evlad daqı görsətməsin,yaxınlarına səbr diləyirəm,Vətənimin igid oğlu🥺🥺🥺

  • @maisekazimova2539
    @maisekazimova2539 2 ปีที่แล้ว +6

    Bütün Azərbaycan sizinlə fəxr edir, qürur duyur ŞANLI, NUR ÜZLÜ ŞƏHİDİMUZ !
    Məkanın cənnət olsun, Amin !
    💐💐💐💐💐💐💐

  • @demirsuleyman6804
    @demirsuleyman6804 3 ปีที่แล้ว +7

    Halal olsun şəhidimiz rəhmət sənə Allahdan

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 3 ปีที่แล้ว +15

    Allah rehmet elesın bütün şehidlerimize mekanları cennet olsun insallah

  • @Cema-cu1nk
    @Cema-cu1nk 3 ปีที่แล้ว +18

    Allah rəhmət etsin ruhu şad məkanı cənnət olsun valideynləri qarşısda baş əyrik bizdərin yaşaması üçün canlarından gecən oğullarımız

  • @teymurbabayev8454
    @teymurbabayev8454 3 ปีที่แล้ว +25

    ALLAH rəhmət eləsin Amin 🤲🤲😭😭😭😭😭 😪😪😪😪😭😭😭😭😭😭😭😭😭

  • @ilkinmustafayev3899
    @ilkinmustafayev3899 3 ปีที่แล้ว +15

    Allah rəhmət eləsin!

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 8 หลายเดือนก่อน +6

    Cannnnnnn cannnnnnn.... Məkanın cənnət olsun

  • @kamalasultanova9854
    @kamalasultanova9854 3 ปีที่แล้ว +8

    Allah gozel melek kimi balamiza rehmet elesin, en yaxsilar getdi….. mekanin cennetdi bala🧚🏻‍♂️🧚🏻‍♂️

  • @SerdArt
    @SerdArt 3 ปีที่แล้ว +7

    Allah rehmet elesin :O

  • @cavideliyev9004
    @cavideliyev9004 3 ปีที่แล้ว +14

    Аллах рехмет еласин сена меканын ченнат олсун Чебрайыл🌹🌹❤🌹🌹

  • @orxanabbasov7743
    @orxanabbasov7743 3 ปีที่แล้ว +5

    ALLAH RƏHMƏT ETSİN

  • @ruslanabbasov581
    @ruslanabbasov581 3 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin nur üzlü şəhidimiz.

  • @validemurselova3043
    @validemurselova3043 3 ปีที่แล้ว +8

    Allah rəhmət eləsin

  • @rovshenimanov875
    @rovshenimanov875 10 วันที่ผ่านมา

    Salamlar! Allah cəmi Şəhidlərimizin ruhlarını şad eləsin!!! Amin!!!

  • @p.aliyeva1081
    @p.aliyeva1081 3 หลายเดือนก่อน +1

    Məkanın cənnət olsun canım qəhrəman balam vətən uğrunda canını fəda edən oğul qurban olum sənin o məğrur duruşuna igid şəhidim sən həmişə bizim qəlbimizdə yaşayacaqsan cəsur oğul yaxınlarına başsağlığı verib səbr diləyirəm

  • @abdullahshaiq.991
    @abdullahshaiq.991 3 ปีที่แล้ว +5

    AMİN

  • @rovsnlnkranisqi3012
    @rovsnlnkranisqi3012 3 ปีที่แล้ว +4

    indi baxdım hazırlamsız. Var olu qardaş

  • @GASANOV7575
    @GASANOV7575 5 หลายเดือนก่อน +1

    Allah Bütün Şəhidlərimizə Rəhmət eləsin🤲😢

  • @PervizBaxseliyev-ft3km
    @PervizBaxseliyev-ft3km 17 วันที่ผ่านมา

    Can Azerbaycan milli qəhrəmanları unudulmaz ölməzdir ❤️🇦🇿🦅

  • @milanamamedova3833
    @milanamamedova3833 3 ปีที่แล้ว +7

    Allah rehmet elesin nur icinde yatsin insallah

  • @eliyevagunel8760
    @eliyevagunel8760 3 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin məkanın cənnət olsun🤲😔

  • @MaqaIbrahimov-lg4me
    @MaqaIbrahimov-lg4me 4 หลายเดือนก่อน +3

    Tek bir şey yazım xatirə qalsın bütün 🇦🇿🇹🇷 türk müsəlman dunyaasina. Əziz Qardaş Bacılarımız Unutmayın SƏHİTLƏRMİZİ olar Bizim Üçün Cavan Yaşlarından keçdilər 🥺

  • @selale5334
    @selale5334 หลายเดือนก่อน

    Allahım cəmi şəhidlərimizə rəhmət etsin Amin

  • @nurlanmamedovn4521
    @nurlanmamedovn4521 3 ปีที่แล้ว +6

    Ananın əllərindən öpürəm Ölməz Qardaşımız.
    🥀🥀

  • @GASANOV7575
    @GASANOV7575 6 หลายเดือนก่อน

    Allah Bütün Şəhidlərimizə rəhmət eləsin🤲😢

  • @islampasayev6294
    @islampasayev6294 4 หลายเดือนก่อน +1

    Allah rəhmət bütün Şəhidlərimizə amin

  • @tamaraaliyeva5216
    @tamaraaliyeva5216 3 หลายเดือนก่อน

    Torpagına qurban olum. Nur üzlü şəhidim

  • @iradteymurova9298
    @iradteymurova9298 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin körpə şəhidimizə.Məkanı cənnət olsun

  • @mayoroglu
    @mayoroglu 3 ปีที่แล้ว +7

    Sumqayıt şəhərinin , Coratın fəxri idi Cəbrayıl qardaşım. Allah rəhmət etsin qaqam mənim. Ailənə və yaxınlarına Allahdan səbir diləyirəm

    • @miareynolds1174
      @miareynolds1174 5 วันที่ผ่านมา

      Niyə " fəxri idi?" FƏXRIDIR VƏ OLACAQ!!!!!

  • @ЮсифЮсифовмехман
    @ЮсифЮсифовмехман 3 ปีที่แล้ว +3

    Allah rehmet Elesin sehidlerimize

  • @shlaliyeva4927
    @shlaliyeva4927 ปีที่แล้ว +1

    Oğlumun özünə ideal seçdiyi..deyildiyi kimi ..1 saat içində qəhrəmana çevrilən əfsanəvi Cəbrayıl balamızın bugün anım günüdü..😔😓🥀🥀🥀🇦🇿💔Allah bu nurüzlü Şəhidimizə rəhmət eləsin..🤲məkanı cənnət olsun..ailəsinə..əzizlərinə səbr versin..👐🙏👐⚘🥀🥀🥀🌹

  • @yasineliyev930
    @yasineliyev930 3 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin Sumqayıt uşağı

  • @gioulzarkassoumova5678
    @gioulzarkassoumova5678 2 ปีที่แล้ว +1

    ALLAH butun Shehidlerimize Rehmet elesin! Mekanlari Cennet olsun! Ruhlari shad olsun! Amin Ya Rebbim!!!!!🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺

  • @ilqaraliyev4684
    @ilqaraliyev4684 3 ปีที่แล้ว +16

    Тешеккурлер аслан урекли шехид, 19 иллик хаятында гостердийин кишилийе горе ,меканын дженнет олсун истедадлы шехсиййет

  • @metanetabbasova4199
    @metanetabbasova4199 3 หลายเดือนก่อน

    Can allah rəhmət eləsin heyf gəbri nurla dolsun 😢

  • @seriyyequliyeva3275
    @seriyyequliyeva3275 3 หลายเดือนก่อน

    Allah rəhmət eləsin igid oğullarımıza Amin

  • @mahirquliyev769
    @mahirquliyev769 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin
    Çox heyif ki Vətən müharibəsi qəhrəmanı adı verilmədi

  • @behbudovamanzar
    @behbudovamanzar 29 วันที่ผ่านมา +1

    Keslədə 201 sayli məktəbdə oxuyub!Allah rəhmət eləsin!

  • @AzerVeliyev-g5h
    @AzerVeliyev-g5h 3 หลายเดือนก่อน

    ALLAH RƏHMƏT ETSİN 😢

  • @fuadsalimov7595
    @fuadsalimov7595 3 ปีที่แล้ว +3

    Ruhun şad olsun mərd oğul !

  • @mamedhuseynov721
    @mamedhuseynov721 3 ปีที่แล้ว +5

    Allah rehmet eləsin, Xalq sizinlə fəxr edir. Məkaniniz čənnət olsun. Amin.

  • @turalsukurov851
    @turalsukurov851 5 วันที่ผ่านมา

    Allah rəhmət eləsin Qardaşmıza mekanı cenet olsun ruhu qarşısında baş eyirem ebedi qelbmizde yaşıyacagsız Şəhidmiz Cəbrayıl Dövlətzadə.

  • @qarabagaz9657
    @qarabagaz9657 3 ปีที่แล้ว +7

    Azerbaycanln Aslanlı deyerdim cəngavəri igid mərd oqlu Allah sene rəhmət etsin sehidim

  • @behruzmelikov1529
    @behruzmelikov1529 3 ปีที่แล้ว +3

    Ruhunuz wad olsun igidler

  • @hfnfbefvwvs9522
    @hfnfbefvwvs9522 2 ปีที่แล้ว +1

    Mekanlln.cenet.olsun.gozell.wehidlerimiz.

  • @rzahuseynkazimov1598
    @rzahuseynkazimov1598 ปีที่แล้ว

    Gozel sehid yyarraasiiqli sehid qeyretli sehhid.arzzulari. Yarim qalan sehhiddd😢😢

  • @akbarnovruzov5681
    @akbarnovruzov5681 4 หลายเดือนก่อน

    Məkanın cənnət olsun Qəhrəman evladımız!Ruhun şad olsun!Nur içində yatasan!Allahın rəhməti olsun Sənə!Amin!

  • @AbdullayevMhrrm-ug6zz
    @AbdullayevMhrrm-ug6zz 4 หลายเดือนก่อน

    Allah rəhmət eləsin şəhıdlərımızın ruhun şad eləsın 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @ХаялДжафаров-м8г
    @ХаялДжафаров-м8г 3 ปีที่แล้ว +1

    Allah rehmet elesin

  • @adalatzerbaliyev908
    @adalatzerbaliyev908 2 หลายเดือนก่อน

    Hər dəfə Şəhidlərimiz haqqında Hansa məlumatı oxuyanda göz yaşlarımi saxliya bilmirəm Allah sizə rəhmət etsin cənnətdə ki mekanınız wad olsun

  • @battleboy8229
    @battleboy8229 3 ปีที่แล้ว +2

    Fexrimiz! Bele ogullar boyudub Merd Ana Meleyke xanim! Allah ona sebr versin!

  • @valiyyeddinoruclu6744
    @valiyyeddinoruclu6744 3 ปีที่แล้ว +1

    allah rehmet elesin qebrin nurla dolsun ruhun wadolsun amin

  • @nuralannur8760
    @nuralannur8760 5 หลายเดือนก่อน +1

    Allahın QEYRƏTLİ ASLANLARI həmişə qalibdirlər. Ya şəhid olaraq, ya da qazi.

  • @KhumarCeferli
    @KhumarCeferli หลายเดือนก่อน

    Allah rehmet elesin.

  • @Sabina-pd8fc
    @Sabina-pd8fc 5 หลายเดือนก่อน

    Geyreyine gurban gardashim🙏

  • @ШамильАбасов-з7с
    @ШамильАбасов-з7с ปีที่แล้ว

    Аллах реhмет еласин сене игид Азербайчан евлады🙏🙏🙏🙏🙏🙏❤️🇦🇿

  • @jahanabasova9806
    @jahanabasova9806 11 หลายเดือนก่อน

    Allah rehmet elesin məkani cənnət olsun

  • @rahimkerimov3793
    @rahimkerimov3793 10 หลายเดือนก่อน

    Allah rəhmət etsin məkanı cənnət olsun

  • @sahilkrimova3159
    @sahilkrimova3159 ปีที่แล้ว

    Can, igid balam Allah sənə rəhmət eləsin.

  • @saheddinagayev2664
    @saheddinagayev2664 ปีที่แล้ว

    ALLAH.REHMET.ELESIN.

  • @vuqarzeynalov.
    @vuqarzeynalov. 3 ปีที่แล้ว +2

    Allah o dünyanı versin igid !!!

  • @gulnarequliyeva1219
    @gulnarequliyeva1219 3 ปีที่แล้ว +3

    Allah merd iqid yarawiqli qehremanimiza rehmet elesin😔😢🥀 Mekani Cennet olsun Nur icinde yatsin 😢😢🥀🥀Sen tarix yazdin Siz bizlere gore caninizdan kecdiz. Sizin sayenizde Bizler rahat yawayiriq 😢😢😢🥀🥀🥀Amma, o reklami Araya salmaqin hec yeri deyildi...... .

  • @namazmusayev1698
    @namazmusayev1698 7 หลายเดือนก่อน

    Mekanlarınız cenet olsun igidler ruhlarınız şad😢

  • @vasyavasya765
    @vasyavasya765 2 ปีที่แล้ว

    АЛЛАХ Рехмет елесин ,йерлим

  • @АллахЕкбер
    @АллахЕкбер 12 วันที่ผ่านมา

    Аллах рехмет елесин тарих язан тарих олан Шехидермизе

  • @Lisafan-q6q
    @Lisafan-q6q 2 ปีที่แล้ว

    Allah rəhmət eləsin 🤲🥀😞

  • @feridequliyeva4318
    @feridequliyeva4318 3 ปีที่แล้ว +1

    Allah Sehidimize rehmet etsin,Sehidlerimizin coxu ,qan itirmeden Sehid olub bu tibb bacilari hara baxirmis

  • @xanimbedelova6668
    @xanimbedelova6668 ปีที่แล้ว

    Mekanın cennet olsun nur uzlu şehidim seni hec vaxt unutmuyacayiq siz unudlasi insan değilsin😭😭😭😭😭😭

  • @anka_accessories
    @anka_accessories 2 ปีที่แล้ว +1

    Ruhun şad olsun ZENGİLANİMİN eziz övladi.Üzünden yagan nura qurban şehidim.Sen heqiqetende tarix yazdin ve adin hec bir zaman unudulmayacaq gelecek nesillere sevgili ve göz yasi ile ötürülecek,sevilerek yad olunacaqsan.ZENGİLANLI Dövletzade CEBRAYIL şehadetin mübarek.

  • @VuqarAliyev-bj3ni
    @VuqarAliyev-bj3ni 12 วันที่ผ่านมา

    Аллаһ рәһмәт етсин,Аллаһ сәбир версин бизләрә

  • @bakibakili341
    @bakibakili341 ปีที่แล้ว +1

    Yaşa igidim sən yaşayırsan və həmişə yaşayacaqsan
    Sən ən gözəllik cənnətdə
    Peyğənbərimizin Hüseyinin yanında
    Cənnətdə yaşayacaqsan
    Sən bizim ürəyimizdə qəlbimizdə
    Yaddaşımızda yaşayacaqsan
    Sizin kimi diyərdim igidlərin hər
    Evdə xatirəsi olsun

  • @beyimbabasova5553
    @beyimbabasova5553 ปีที่แล้ว

    Can

  • @Radnoy-py6ze
    @Radnoy-py6ze ปีที่แล้ว

    Allah şəhidlərə rəhmət etsin. Döyüşən əsgərlər hakda maraqlan sora danış. Anası dedi, dosları dedi... Soyuq danışıq

    • @julieaa1194
      @julieaa1194 หลายเดือนก่อน

      Avam kütləni necə gəldi firladirlar.

  • @elsenqarasov5121
    @elsenqarasov5121 2 ปีที่แล้ว +2

    Vallah bunun elediyi boyuk cox boyuk isdi bilirsizds genrallar palkovnikler boyuk telimler kecirler bu elede asand deyilki bir genrali boqub olduresen vallah halal olsun gebiri nurla dolsun

  • @sahilkrimova3159
    @sahilkrimova3159 ปีที่แล้ว

    Can balam

  • @vahidismayilov7848
    @vahidismayilov7848 3 ปีที่แล้ว +5

    Polad Hewimov kimi generelin Azerbaycanindan olan Cebrayil kimi werefli,qeyretli,namuslu oglu olar
    Sene omrumuzun sonuna kimi borcluyuq
    Alcaq werefsiz ermeni yox olasan.....

  • @huseynagayev-jx9oy
    @huseynagayev-jx9oy 10 หลายเดือนก่อน +1

    Allah rehmet elesin amma şisirtmeyij n genralin muhafizleri hardaydi

  • @Шалала-б3т
    @Шалала-б3т 14 วันที่ผ่านมา

    Fatehlere ewq olsun

  • @lalamammadova9604
    @lalamammadova9604 2 ปีที่แล้ว

    Uzune yazilib qehramanliqi. Can heyif senden,sene qiyan eller kökünden qurusun 😭😭😭

  • @aysukrimova8911
    @aysukrimova8911 หลายเดือนก่อน +1

    11.09.2024 bu gün doğum günün və sən yoxsan))

  • @AsimanKerimov-r3g
    @AsimanKerimov-r3g 11 วันที่ผ่านมา

    Qehramanliqin,sucaetin ve ruhun qarwisinda bas eyirem.

  • @turalqaytaranov4854
    @turalqaytaranov4854 2 ปีที่แล้ว

    AZERBAYCAN SƏNİNLƏ SİZİNLƏ FƏXR EDİR SİZİN KİMİ OĞULLARA.....😢

  • @R....n.z...l467
    @R....n.z...l467 23 วันที่ผ่านมา

    Deməy isdiyirsiz yəni Erməni ordusunda genaral əsgərlə döyüş meydanında çiyin-çiyinə döyüşür? halaldir onda Erməni ordusuna, lakin mən elə bilirdim bizimkiler kimi kmm- də durub idare edir döyüşü yalnız.
    ALLAH ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin 🙏🏿

  • @vuqarasaliyev7425
    @vuqarasaliyev7425 ปีที่แล้ว

    Belə çıxırki yanındakı zabitlər əsgərin sözüylə hərəkət ediblər və onun əmrinə oldu deyiblər o səngərə əsgər girir zabit girmirsə bu zabitlərə nə ad verek indi

  • @validemurselova3043
    @validemurselova3043 3 ปีที่แล้ว +6

    Cəbrayıl
    Corat kəndindəndir anası zəngilanlıdır atası coratlıdır

    • @kemaleeliyeva2672
      @kemaleeliyeva2672 2 ปีที่แล้ว

      Ne deyişir coratli olmaģi? Ata maraqlanmiyibsa. Bezi atalar ele bil oģlunun şehid olmaģin gözdeyirmiş ki şehid pulunun yarisin alsin. Tek Sumqayitda ele 3 uşaģin atasi o hereketi edib qan pulunun yarisin alib. Nicatin anasi Izzetin anasi Vefa baci birde Cebrayilin anasi çixişlarinda deyibler. Her halda yalan demirler

  • @elnareletifova2246
    @elnareletifova2246 2 ปีที่แล้ว

    Can bala.1gune.1omur yazdin

  • @SamirSaxur
    @SamirSaxur 3 หลายเดือนก่อน

    Mili qehram adi veribler men bele iqdlere qore yawiram bu dovlete

  • @fuadali5502
    @fuadali5502 2 หลายเดือนก่อน

    Başımızın papağısız.

  • @xeyalbalayev9499
    @xeyalbalayev9499 3 ปีที่แล้ว +4

    Allah rəhmət eləsin..bu sosial şəbəkələrin yalanları day bizləri həqiqətəndə bezdidib

    • @mayoroglu
      @mayoroglu 3 ปีที่แล้ว

      Salam Aleykum Xəyal. Sosial şəbəkədə nə yalandır ki qaqam?

    • @xeyalbalayev9499
      @xeyalbalayev9499 3 ปีที่แล้ว

      @@mayorogluŞəhid Cəbrayıl Polad Həşimovu öldürən generalı öldürdü + fəxri xiyabanda yanbayandı məzarları.mə bilim nə

    • @mayoroglu
      @mayoroglu 3 ปีที่แล้ว

      @@xeyalbalayev9499 Xəyal qaqam məndə o söhbəti eşitdim düzdü ya yalandır o barədə deyə bilmərəm , ama Fəxri xiyabanda basdırdıqları düzdür

    • @xeyalbalayev9499
      @xeyalbalayev9499 3 ปีที่แล้ว

      @@mayoroglu orda basdırılıblar ancaqki hamısı deyirki yanbayan basdırılıblar

    • @mayoroglu
      @mayoroglu 3 ปีที่แล้ว

      @@xeyalbalayev9499 həə bildim qaqam. Düzdür bu fikirinlə razıyam yanbayan deyil səhv etmirəmsə

  • @christfrankian3900
    @christfrankian3900 4 หลายเดือนก่อน

    The only way to heaven is Jesus christ and he loves you all ❤❤

  • @rzahuseynkazimov1598
    @rzahuseynkazimov1598 ปีที่แล้ว

    Ureyim partdiyir bele oqullarin bizden getməyi

  • @julieaa1194
    @julieaa1194 หลายเดือนก่อน

    Yalan söhbətdir. Müharibənin 1-ci günü minaatan mərmisi dən şəhid olub. Allah rəhmət eləsin. Yalan danismayin

  • @Ali_Agayev64
    @Ali_Agayev64 3 ปีที่แล้ว +12

    Allah rəhmət eləsin.

  • @qalibbagirov2728
    @qalibbagirov2728 3 ปีที่แล้ว +10

    Allah rəhmət etsin

  • @Ruslan-zw9wo
    @Ruslan-zw9wo 5 หลายเดือนก่อน

    Allah rehmet elesin

  • @timur_babsoy
    @timur_babsoy 3 วันที่ผ่านมา

    Allah rəhmət eləsin.

  • @krachgaming7525
    @krachgaming7525 3 ปีที่แล้ว +5

    Allah rehmet elesin