Sevinc Çılğın - “O qadın...”
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- getdi bu şəhərin laçın vaxtları
getdi bu qadının xırçın gəncliyi
yolu yol olmadı adı ad bunun
bir şəhər dolusu adam itirdi
bir adam kimisi sevmədi onu
qucaqdan qucağa ocaqdan oda
düşdükcə özünə təsəlli gəzdi
bəlkə bir gün bəlkə bugün
sabah bəlkə də
ümidə xərcləndi gözəlliyi də
sevmədi qadını sevmədi kimsə
bir adam balası olmadı ocaq
bu qadın səkilər küçələr gəzdi
bu qadın bir adam bir dost aradı
bu qadın təpədən dırnağa közsüz yaradı
soyun əynindəki qırçın ətəyi
soyun başındaki örpəyi soyun
sən axı qadınsan üryansan axı
için də çölün də birsən bircəsən
kim bilə sən kimin bircə küncüsən
biri əndamını unutdu sənin
adını unutdu başqa birisi
dadını qoxunu təbəssümünü
çoxdan unutdular ehh səndəkini
kimsə qurutmadı gözündəkini
bu bomboz otağın, bu nəm yastığın
bu sən, bu divarlar, bu da ki heç nə
içindən çölünə yansıyıb ölüm
sözünə üzünə kölgəsi düşür
içində öldürüb atdıqlarının
matəm qarasıdır gözünə düşür
dardır qadınlığın gəlmir əyninə
səni unutdular eh indən belə
yaşasan nə fayda, ölsən kimə nə
Super 👍👍👍👍
👍👍👍❣
Qələminizə, ürəyinizə sağlıq🙏🏼
👍🏻
Ela 😘
Ugurlar❤
Anon qurban ürəyinə səsinə
😒🤔Aldız apardız Sevinc xanım,mən hardayamm
Bir şəhər dolusu adam itirdi
bir adam kimisi sevmədi onu 😞