- 179
- 29 347
Cognitive Matrix Network
Azerbaijan
เข้าร่วมเมื่อ 13 พ.ค. 2012
Sistematik dialektik metod və tarixi dialektik metod nədir? (Tarix fəlsəfəsi - 7)
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: Mövzu 3. Ən ümumi fəlsəfi metodların tarixi tədqiqatlara tətbiqi. Tarixi idrakın metodoloji prinsipləri, səhifə 47 - 50
#fəlsəfə #tarixfəlsəfəsi
#fəlsəfə #tarixfəlsəfəsi
มุมมอง: 38
วีดีโอ
Ən ümumi fəlsəfi metodların tarixə tətbiqi: metafizik metod nədir? (Tarix fəlsəfəsi - 6)
มุมมอง 654 ชั่วโมงที่ผ่านมา
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: Mövzu 3. Ən ümumi fəlsəfi metodların tarixi tədqiqatlara tətbiqi. Tarixi idrakın metodoloji prinsipləri, səhifə 42 - 47
Ən ümumi fəlsəfi metodların tarixə tətbiqi: spekulyativ metod nədir? (Tarix fəlsəfəsi - 5)
มุมมอง 417 ชั่วโมงที่ผ่านมา
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: Mövzu 3. Ən ümumi fəlsəfi metodların tarixi tədqiqatlara tətbiqi. Tarixi idrakın metodoloji prinsipləri, səhifə 40 - 42
Tarixi şüur və tarixi idrakın nisbəti necədir? "Tarix elmi" anlayışı nədir? (Tarix fəlsəfəsi - 4)
มุมมอง 179 ชั่วโมงที่ผ่านมา
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: Mövzu 2. Tarixi şüur və tarixi idrakın nisbəti. “Tarix elmi” anlayışıı, səhifə 25-39
Tarixin mənalandırılması: reflektiv tarix və fəlsəfi tarix nədir? (tarix fəlsəfəsi - 3)
มุมมอง 3412 ชั่วโมงที่ผ่านมา
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: Mövzu 1: Fəlsəfi-elmi ədəbiyyatda “tarix” anlayışı, səhifə 21-23
Fəlsəfi-elmi ədəbiyyatda “tarix” anlayışı: tarix nədir? (tarix fəlsəfəsi - 2)
มุมมอง 2016 ชั่วโมงที่ผ่านมา
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: Mövzu 1: Fəlsəfi-elmi ədəbiyyatda “tarix” anlayışı, səhifə 19-21
"IST Diocesan Christmas Carols by Candlelight", Greek Orthodox Church of St. George, South Brisbane
มุมมอง 5619 ชั่วโมงที่ผ่านมา
"IST Diocesan Christmas Carols by Candlelight", Greek Orthodox Church of St. George, South Brisbane
Tarixi niyə öyrənmək lazımdır? (tarix fəlsəfəsi -1 )
มุมมอง 2121 ชั่วโมงที่ผ่านมา
Mətn müəllifi olduğum "Tarix fəlsəfəsi: Tarixi şüur. Qlobal sivilizasiyada tarixi şüurun inkişaf dinamikası" adlı monoqrafiyadan götürülmüşdür: "Giriş", səhifə 3-7
“Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” (elmi seminar/ 4-cü hissə)
มุมมอง 46วันที่ผ่านมา
2 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında “Məhəmməd Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” adlı elmi seminar təşkil edilmişdir. Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi dosent Zeynəddin Şabanov elmi məruzə ilə çıxış etmişdir.
“Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” (elmi seminar/ 3-cü hissə)
มุมมอง 64วันที่ผ่านมา
2 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında “Məhəmməd Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” adlı elmi seminar təşkil edilmişdir. Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi dosent Zeynəddin Şabanov elmi məruzə ilə çıxış etmişdir.
“Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” (elmi seminar/ 2-ci hissə)
มุมมอง 57วันที่ผ่านมา
2 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında “Məhəmməd Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” adlı elmi seminar təşkil edilmişdir. Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi dosent Zeynəddin Şabanov elmi məruzə ilə çıxış etmişdir.
“Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” (elmi seminar/ 1-ci hissə)
มุมมอง 85วันที่ผ่านมา
2 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında “Məhəmməd Füzulinin ”Mətləul-Etiqad” əsərində dünya fəlsəfi fikrinə münasibət” adlı elmi seminar təşkil edilmişdir. Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova giriş nitqində seminarda müzakirə edilən mövzunun əhəmiyyəti haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun apar...
"Christmas Carols" (Greek community concert in Brisbane, Australia (December 1, 2024))
มุมมอง 4414 วันที่ผ่านมา
The concert featured 12 Christmas songs from different regions of Greece.
Rəqəmsal sivilizasiya nədir? (Sİ tərəfindən səsləndirilmişdir)
มุมมอง 4514 วันที่ผ่านมา
Rəqəmsal sivilizasiya nədir? (Sİ tərəfindən səsləndirilmişdir)
Men's general intelligence and heterosexual romantic relationship outcomes
มุมมอง 3014 วันที่ผ่านมา
The research, “Men’s general intelligence and heterosexual romantic relationship outcomes”, was authored by Gavin S. Vance, Tara DeLecce, and Todd K. Shackelford. The content of the speech is taken from the following website: www.psypost.org/intelligent-men-exhibit-stronger-commitment-and-lower-hostility-in-romantic-relationships/ #cognitivepsychology #cognitivescience
Kişilərin intellekti ilə heteroseksual romantik münasibətlərin nəticəsi arasındakı əlaqə necədir?
มุมมอง 6014 วันที่ผ่านมา
Kişilərin intellekti ilə heteroseksual romantik münasibətlərin nəticəsi arasındakı əlaqə necədir?
Şərqdə müasir elm niyə zəif inkişaf edir? (Sİ tərəfindən səsləndirilmişdir)
มุมมอง 5521 วันที่ผ่านมา
Şərqdə müasir elm niyə zəif inkişaf edir? (Sİ tərəfindən səsləndirilmişdir)
Paradiqma konsepsiyası nədir? (Elm fəlsəfəsi-3)
มุมมอง 4821 วันที่ผ่านมา
Paradiqma konsepsiyası nədir? (Elm fəlsəfəsi-3)
Aqnostisizm, ateizm və teizm məntiq müstəvisində necə qiymətləndirilə bilər?
มุมมอง 75หลายเดือนก่อน
Aqnostisizm, ateizm və teizm məntiq müstəvisində necə qiymətləndirilə bilər?
REVIVAL/ Farghana Gasimova (Azerbaijani mugham singer), Baku, Azerbaijan
มุมมอง 64หลายเดือนก่อน
REVIVAL/ Farghana Gasimova (Azerbaijani mugham singer), Baku, Azerbaijan
Koqnitiv elm nəyi öyrənir? Rəqəmsal beyin nədir? (Koqnitiv elm-1)
มุมมอง 90หลายเดือนก่อน
Koqnitiv elm nəyi öyrənir? Rəqəmsal beyin nədir? (Koqnitiv elm-1)
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 4-cü hissə)
มุมมอง 230หลายเดือนก่อน
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 4-cü hissə)
Fəlsəfə ilə Ayasofya məbədi arasındakı bağlantı nədir?
มุมมอง 83หลายเดือนก่อน
Fəlsəfə ilə Ayasofya məbədi arasındakı bağlantı nədir?
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 3-cü hissə)
มุมมอง 686หลายเดือนก่อน
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 3-cü hissə)
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 2-ci hissə)
มุมมอง 272หลายเดือนก่อน
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 2-ci hissə)
Violin class at school (Brisbane, Australia)
มุมมอง 156หลายเดือนก่อน
Violin class at school (Brisbane, Australia)
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 1-ci hissə)
มุมมอง 153หลายเดือนก่อน
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfəyə yeni baxış" (elmi seminar/ 1-ci hissə)
Psixologiya elmində böhran nədir? Psixologiya elmdir?
มุมมอง 82หลายเดือนก่อน
Psixologiya elmində böhran nədir? Psixologiya elmdir?
What is your personal view on life as an AI? Why do you think we should live?
มุมมอง 35หลายเดือนก่อน
What is your personal view on life as an AI? Why do you think we should live?
- x müqəddəs mətni ilahi bir mətndir. - həmin mətndə tanrının varlığı qeyd edilmişdir. - deməli, tanrı vardır. x mətninin həqiqətən ilahi bir mətn olduğunu isbat etmək, tanrını və dinin digər əsas anlayışlarını zəruri etmir?
Məntiqi cəhətdən neytral müstəvidə X-ın ilahi (və ya müqəddəs) mətn olduğunu sübut etmək qeyri-mümkündür. Aqnostik və ya ateist üçün hər bir X mətnində şübhə və ya mübahisə doğuracaq heç olmazsa bir fikir mövcuddur. Əgər bu qəbildən olan hətta bir fikir mövcuddursa, onda yuxarıda nəzərdə tutulan isbat prosesini tamamlamaq qeyri-mümkündür.
@elmarhussein9300 misal üçün, dini mətndə əvvəlcədən təxmin edilməsi qeyri-mümkün olan bir fakt qeyd edilmişdirsə (bu tarixi fakt da ola bilər, elmi fakt da), bu zaman həmin mətnin ilahi mətn olduğu sübuta yetməz?
Elmar bəy neyroelm`in, reflektiv şüur (3%) və şüuraltı (97%) barədə yanaşması necədir? Eyni zamanda, bu mövzuda sizin subyektiv fikirləriniz də maraqlıdır.
Neyroelmdə zehinin şüur ilə şüuraltı səviyyələrinin nisbətinə dair məlumatım yoxdur. Bildiyim qədəri ilə neyroelmdə ümumiyyətlə, "şüuraltı" ("sub/unconsciousness") anlayışı tətbiq edilmir və ya bu anlayış Freydin psixoanalitik təlimindəkindən fərqli məzmun kəsb edir. Məsələn, müasir Amerikan koqnitiv psixoloqu John Kihlstrom "koqnitiv şüuraltı" anlayışından bəhs edir ki, burada da beyindəki informasiyanın (datanın) yaddaşın hansı hissəsində (ing. "Explicit memory", "İmplicit Memory", "Working Memory") toplanması diqqət mərkəzindədir. Bu mənada Amerikan psixologiya məktəbi insan davranışını iki müstəvidə analiz edir: (1) nəzarət edilən davranış ("controlled behavior"); (2) avtomatik davranış. Birinci qəbildən olan davranışda insanın azad iradəsi təzahür edir, yəni davranış insandan asılıdır; amma ikinci qəbildən olan davranış bunun tam əksidir. Onların nisbətinin təyin edilməsi ilə bağlı Harvard universitetinin professoru olmuş Daniel Wegner tərəfindən aparılmış tədqiqatlar müasir dövrdə azad iradə mövzusundakı debatların məzmununa güclü təsir göstərib. Onun tərəfindən həyata keçirilmiş eksperimentlər nəzarət altında olan davranışlar ilə avtomatik davranışlar arasındakı nisbəti müvafiq olaraq 3% ilə 97% göstərir. Mən orta statistik insana nəzərən bu nisbətin doğru olduğuna inanıram. Yalnız xüsusi meditativ təcrübənin toplanılması, eyni zamanda qida sistemindən başlamış həyat tərzinin tədricən şüurlu seçim əsasında kontrol altına alınması yolu ilə bu nisbətin əhəmiyyətli şəkildə birincinin xeyrinə dəyişdirməyin mümkün olduğunu qəbul edirəm.
@@elmarhussein9300 Zəhmətolmasa izah edərdiniz davranış deyərəkən yalnız fiziki hərəkət yoxsa düşünmədə davranış sayılır?
Davranış yalnız fiziki hərəkəti nəzərdə tutur. Düşünmə mental proseslər kateqoriyasına aiddir.
Beynim yandı.Dəhşət bilgilərdi.Təşəkkürlər
İzlədiyiniz üçün mən təşəkkür edirəm. Düzdür, mürəkkəb və çoxtərəfli tədqiqat sahəsidir. Ona görə də müqayisəli şəkildə fəlsəfə və elmin bir neçə istiqamətini araşdırmaq zərurəti yaranır.
Təşəkkürlər. Bu hansı süni intellektdi?
Dinlədiyiniz üçün mən təşəkkür edirəm. Mətnin səsləndirilməsində Clipchamp-dan istifadə edirəm.
Afərin
Təşəkkür edirəm.
@@elmarhussein9300 Biz sizinlə əməkdaşliq etmək isdiyərdik.
Təklif üçün təşəkkür edirəm. Amma təəssüf ki, imtina etməli olacam, çünki çalışdığım formal təhsil sektorunda gündəlik işlərimiz çox olduğundan əlavə sahələrdə də fəaliyyət göstərmək üçün zamanımız az qalır.
Çətkdiyiniz videoda millətə xəyqnətdir. Ancaq vəhşiliyi təqdim edin.
Məncə, bu qədər önyarğılı olmayın. Mövzu kriminologiya, kriminal psixologiya və digər elm sahələrində xüsusi tədqiqat mövzusudur. Əgər onu ingilis dilində internetdə axtarışa versəniz, onlarla elmi məqalə, monoqrafiya, tədqiqat işlərinin adlarına rast gələ bilərsiniz.
İmzani atmirlar, imzani qoyurlar və ya imzalayirlar. Ana dilinə hörmət edin.
Diqqətlə dinlədiyiniz üçün təşəkkür edirəm. Düzü, mən linqvistik deyiləm, amma internetdə qısa araşdırma apararkən yazıçı İlyas Əfəndiyevin də əsərlərinin birində məhz "imza atmaq" söz birləşməsindən istifadə etdiyinə dair məlumata rast gəldim. Aşağıdakı cümləni internetdə axtarışa verərək siz də tanış ola bilərsiniz: "Elmar kağıza imza ataraq, Laləyə verir."
Fuad muellim elime telebelere can qoymush muellimdi. Allah var elesin onu
Mən Fuad müəllimi yaxın zamanlarda tanımışam, amma tanıdığım müəllimlər arasında daim analizlər edərək yeni biliklər qazanmağa və bu bilikləri hamı ilə paylaşmağa olduqca həvəsli olan azsaylı insanlardan biridir.
Möhtəşəm! Var olun!
İzləyib dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.
İzlədim. Davamlı olsun
İzlədiyiniz üçün təşəkkür edirəm.
Bunu öz dilimizdə həll edə bilmərik??
Bu video Süni İntellekt (Sİ) proqramı tərəfindən avtomatik tərcümə edilmişdir. Bu qəbildən olan proqramlarda təəssüf ki, Azərbaycan dilinə tərcümə imkanları mövcud deyildir. Ona görə də xarici dildə olan elmi məzmunlu videoların bizim dildə səslənməsi üçün ya Sİ proqramlarının Azərbaycan dilini də dəstəkləməsinə nail olmaq lazımdır, ya da videolar professional şəkildə dublyaj edilməlidir.
@elmarhussein9300 sünyi intelekt yox idi biz aciz idik?? Dünyada 5millət var ki, həm ədəbi ədəbiyyat həmdə akademik dili var. Onlardan 1i bizik. Ancaq azərbaycanca bilən alimlərimiz var. Yaziçilarimiz isə 1000illərdir yazib pozur. Bu vidyonu poz. Milləti zəhərləmə. Türkiyədə 1erməni nazir onlarin dilin məhv etdi. Ermənilərin tələsinə düşməyimiz az mi oldu. Bəs etmədi.
@elmarhussein9300 öz səsinlə vidyonu düzəlt
@@elmarhussein9300 qapali CCCP də. Shixlinski shaxdaxdinski kimi ailələri məhv etdilər. İnsan ailədən, qilə isə nəsildən formalaşir. Millət var böyük mədəniyyəti var amma sahib çixacaq ziyali fərdlər yoxdu.
Salam. İgid, kanalın adını bir az yığcam etsəniz yaxşı olar. Maraqlı söhbət üçün təşəkkür
İzlədiyiniz üçün mən təşəkkür edirəm.
th-cam.com/video/V8DQz84pxAU/w-d-xo.htmlsi=yI44y3SnOtUEiJ1e Hörmətlərimlə. Elmar bəy, əziyyətlərinizin boşa getməməsini səmimi qəlbdən arzulayıram.
Yazıq azərbaycan dili! Yazıq azərbaycan elmi!
Fuad müəllim bildiyim qədəri ilə Rusiyada təhsil alıb. Bu isə onun nitqində müəyyən qədər hiss edilir. Digər tərəfdən isə elmin digər istiqamətlərində olduğu kimi məntiqdə də bir sıra mühüm anlayışların Azərbaycan dilində qarşılığını tapmaq çətindir, ona görə də onları ingilis dilindən çevirəndə zəruri olaraq müəyyən çətinliklər yaranır. Amma məncə, Fuad müəllimin nitqini bütövlükdə rahat başa düşmək olur, yəni sırf nitq ilə bağlı ciddi mürəkkəbliyin mövcud olduğunu düşünmürəm.
Uğurlar Elmar müəllim maarifləndirici video idi
Izlədiyiniz üçün təşəkkür edirəm.
Vidioların davamı gəlsin
İzlədiyiniz üçün təşəkkür edirəm.
Təşəkkürlər Elmar müəllim
İzlədiyiniz üçün mən təşəkkür edirəm.
Nənəsinin gözəl qızı! ❤❤❤
Videoların davamı gəlsin, çox sagolun 😊
İzlədiyiniz üçün təşəkkür edirəm.
Interesting! Thank you
My pleasure!
Salam minnətdaram açıqlamalar üçün
Maraqlanıb dinlədiyiniz üçün təşəkkür edirəm.
Çox gözəl izahla yanaşı, sizin dediyiniz “sevgi və nifrətin “ elmə aid deyil deməyiniz bir növ qəbul ediləndir amma biraz da qəbul edilməzdir mənə görə. Mümkün deyil bütün düşüncəlırin kökündə sevgidə var nifrətdə.
"Bütün düşüncələrin kökündə sevgi və nifrət vardır" hipotezinin məzmununu metafizika, din və ya ədəbiyyat müstəvisində müzakirə etmək mümkün ola bilər, amma o, elm fəlsəfəsində qeyri-elmi olduğundan müzakirə üçün qapalıdır. Elm fəlsəfəsi bütün istiqamətlərdə düşüncə üçün yeganə müstəvi deyildir, amma elm fəlsəfəsi ilə məşğul olmazdan öncə onun çərçivəsini dəqiq təyin etmək lazımdır.
Çox gözəl izahdır
Maraqlanıb izlədiyiniz üçün təşəkkür edirəm.
Öyrənmək istəyi uşaqlıq dövründən aşınmalıdır, o istək daha sonra ehtiyaca çevrilir. Bu cür tələbə oxuyur, istər muəllimi yaxşı olsun, istərsə də olmasın. Birinci halda muəllimdən götürdüyünü götürəcək, ikinci halda özünə təhsil ilə məşğul olacaq. Dediklərinizlə tam razıyam.
Amma bəzi tələbələr var ki, fənni mənimsəmək üçün yetərli, bəzən hətta yüksək potensiala malik olmasına rəğmən motivasiyası potensialı ilə uzlaşmır: potensialı zəifdir demək olmaz, amma yüksək də deyil. Bu zaman adətən onlarda motivasiyanı tərbiyə edərək yüksəltməyə, potensialı ilə uzlaşdırmaq lazım gəlir.
Ааа, это же маленькая Ева❤❤❤❤❤
6 years ago :)
@@elmarhussein9300 знаю знаю. Я училась с ее матерью😊
@@Nurka235 Eva is my niece (a daughter of my brother) 😊
@@elmarhussein9300👍👍👍👍
Sizin kimi dəyərli Azərbaycan bilik Adamına çox ehtiyac var günümüzdə ehtiyac yalnız elmə və bilikədir
Elm və bilik cəmiyyətin inkişafını təyin edən başlıca amillərdən biridir. Mən də bu istiqamətdə kiçik də olsa müəyyən töhfə verə bilərəmsə, bu səbəbdən məmnun olaram.
Salam uğurlu gələcək qismət olsun
Təşəkkür edirəm. Xoşbəxt və sağlam gələcək bütün uşaqların qisməti olsun.
Niyə
Bu sualı müxtəlif müstəvilərdə müxtəlif şəkildə cavablandırmaq mümkündür. Amma bu podkastda yalnız bir səbəbi diqqət mərkəzində saxlamışıq: biz fəlsəfəni (fəlsəfi problemləri) əsasən fəlsəfə tarixi kontekstində analiz edirik; məsələn, X problem antik fəlsəfədə, orta əsrlər xristian və ya islam fəlsəfəsində, alman və ya fransız fəlsəfəsində öyrənilir. Halbuki, müasir qərb təhsil sistemi bu problemə konseptual yanaşır: X probleminin məzmununu təyin edən əsas konsept, prinsip və ideyalar, onun həll edilməsini təklif edən məntiqi arqumentlər, arqumentlərin etibarlılığının analiz edilməsi, təkzib edilərək əks arqumentlərin irəli sürülmə imkanlarının yoxlanılması və s.
Salam Elmar müəllim biz düşüncəmizdə olan məlumatın düzgün ifadəsinə necə məntiqi arqument gətirə bilərik
Salam. Zehindəki məlumatları, dataları istənilən ardıcıllığa düzsək, həmişə doğru nəticə doğurmaya bilər. Başqa sözlə, bir ardıcıllıqda fikir düzgün ifadə edilərək doğru nəticə əldə edilər, digər ardıcıllıqda isə əksinə, qeyri-düzgün ifadə edilərək yalan nəticə doğura bilər. Məntiq isə məhz hansı ardıcıllıqdan istifadə etməli, hansından isə imtina etməli olduğumuzu öyrənir. Amma məlumatların, dataların məzmununun doğru, yoxsa yalan olması əsasən məntiq domenindən kənarda qalır.
Bu mövzuda ayrıca podkast hazırlayaram. Maraqlı mövzudur.
Salam çox sağolun dəyərli Qardaş
Maraqlanıb izlədiyiniz üçün siz sağ olun!
İlk öncə yox, əvvəlcədən. Ana dilin qoruyaq, hörmət edək.
Hər bir təbii dilin (Azrəbaycan, ingilis və s.) inkişafı müxtəlif amillərdən asılıdır ki, onlarında arasında mühüm olanlardan biri elmi anlayışların formalaşması, fikrin akademik səviyyədə ifadə edilməsidir. Bizim dilin indiki zamanda ciddi problemlərindən biri məhz bu qəbildən olan bir çox anlayışların orada demək olar ki, olmaması ilə bağlıdır. Ona görə də akademik üslubda kitablar yazılan və ya tərcümə edilərkən bir çox hallarda terminoloji çatışmazlıq səbəbindən çıxılmaz vəziyyət yaranır. Nəticə etibarilə müxtəlif müəlliflər məsələn, ingilis dilində mövcud olan eyni anlayışı bizim dildə müxtəlif şəkildə istifadə edirlər. Beləliklə, dildə bir növ terminoloji xaos yaranır. Məncə, problemin daha dərininə gedib bu kimi problemləri diqqət mərkəzinə gətirmək, onları müzakirə predmetinə çevirmək lazımdır. Onlar ilə müqayisədə "ilk öncə", yoxsa "əvvəlcədən" işlətmək çox kiçik məsələlərdir.
Əziz Məmmədov kimi özünü dağın başına qoyan bir müəllim çox az olub onun danışığında 10 cümlədən 8 i özünü tərfiləmək idi və özünü toxunulmaz qoyurdu belə müəllimlərə görə bizim təhsil sistemimiz bu gündədir
Mənə həmişə elə gəlirdi ki, fəlsəfə sualı konkret cavablandirmir, əksinə suala novbəti sualla cavab verir, beləliklə sualları çoxaldır ) Bəlkə də fəlsəfi suallarin cavablarını özümüz oz təcrubəmizlə, biliyimizlə tapmalıyıq, sadəcə bunun üçün sualların verilməsi və yaranması zəruridir. Sual olmasa, axtarış olmaz.
@aynurmelikova3885 Bəli, fəlsəfənin əsasən düzgün şəkildə sualların qoyulması ilə bağlı olduğunu hesab edən yanaşmalar da mövcuddur. Bu isə olduqca vacib amildir, çünki düzgün cavab ilk növbədə sualın düzgün qoyulmasını tələb edir. Hətta əgər fəlsəfənin müzakirəyə çıxardığı sualın cavablandırılması qeyri-mümkündürsə, onda sualın özünü dəyişmək lazımdır. Amma istənilən halda fəlsəfə bizim təcrübəmizlə də eyniyyət təşkil edə bilməz, çünki subyektiv təcrübə bilmək üçün kifayət etmir. Biliyin formalaşması üçün o, əsaslandırılmalıdır. Məhz bu nöqtədə məntiq fəlsəfi sualların cavablandırılması sahəsinə daxil olur.
Sanki elmdə ortaq, konsensusa gəlinmiş aksiomlar var, Fəlsəfədə isə hər kəs öz aksiomlarını qurur.(əlbətdə ki bunun da öz səbəbləri var). Bir də mövzudan kənar olsada bilmək istərdim niyə dilimizdə materiya və maddə deyə iki ayrı qavram yaradılıb nədənsə ingilis dilində bu ayırımı tapa bilmirəm ümumiyyətlə rus dilindən başqa dillərdə belə bir ayırım varmı?(dilimizə də rus dilindən tərcümə olsa gərək)
@elmirmansumov4888 Bəli, elm fəlsəfəsində 'elm' fenomeninin izah edilməsinə dair bir neçə yanaşma mövcuddur ki, onlardan biri olan paradiqma konseptinə görə elm alimlərin hər hansı problemin izahına dair əldə edilmiş konsensus nəticəsində meydana çıxır; konsensus ən ümumi konsepti-paradiqmanı müəyyənləşdirir, indiviual elmi tədqiqatlar isə bu paradiqma çərçivəsində həyata keçirilir.
İngilis dilində səhv etmirəmsə, 'substance' və 'matter' konseptləri mövcuddur. Burada 'maddə' ola bilsin ki, yuxarıdakı əvvəlinci konseptin qarşılığı kimi qəbul edilə bilər.
Manca ana tarafdan juhud olub.
Bəli, bildiyim qədəri ilə anası yəhudi olub.
Shacarasi hagginda eshidilmadi.
Əsas diqqət mərkəzində olan məsələ qeyri-səlis məntiq ilə klassik məntiqin müqayisəli analizi və buradan çıxan nəticələrin elmə, məsələn, fizikaya tətbiqi idi.
Salam. Yaxşı olar kı, bır mühazirəçi danışanda., mıkrafonlar bağlı olsun. Uğurlar!
Salam. Təşəkkür edirəm. Razıyam, amma ola bilsin ki, bu, həm də bir çox iştirakçıların ilk onlayn konfransda iştirak təcrübəsi ilə bağlı idi.
Möhtəşəm kontentlər hazırlayırsınız. Sizin kimi insanların sayəsində 20 ildən sonra Azərbaycan daha güclü və mədəni bir dövlət və cəmiyyət olacaq. Təşəkkür edirəm. Minnətdarıq! Bəy, mən də əlimdən gələn qədər davranış qaydaları haqqında paylaşımlar edirəm. İnanıram ki, bunun Azerbaycanın ümumi inkişafına xidmətləri olacaq. ❤❤
Dəyərləndirmə üçün təşəkkür edirəm. Gələcəkdə bütövlükdə bəşəriyyətin intellektual və mənəvi cəhətdən indikindən köklü dərəcədə fərqli yeni inkişaf mərhələsinə qədəm qoyacağına ümid edirəm. Bu istiqamətdə səmimi olaraq atılan hər bir addım şübhəsiz ki, qiymətlidir.
Elmar müəllim, illuziya aləmindən tam cixmaq mümkündürmü? Mənə elə gəlir ki, tam olaraq bu bizim iradə və istək dairəsində belə deyil. Bəlkə illuziya aləmini dərk etmək mümkündür, bəlkə də muəyyən secim və qərarları vermək real ola bilər, ancaq bu aləmdən/oyundan tam cixmaq - maddi dunyada hec bir əsaslı hərəkət etməməyinə bənzəyir.
Aynur xanım, illuziya ilə reallığın sərhədlərinin təyin edilməsi insan idrakının imkanları xaricindədir, ona görə də elm və texnologiyanın istənilən inkişaf səviyyəsi burada dəqiqlik yarada bilməz. Epistemologiyada bu, ciddi skeptisizmə yol açır. Məsələn, "çəlləkdəki beyin" ("brain in a vat") fikir eksperimentinə görə hətta yalnız insanın beyini mövcud olarsa və bu beyinin sinir ucları superkomputerə bağlı olub oradan input siqnallar qəbul edərsə, onda prinsipcə insan superkomputer vasitəsilə simulyasiya altında olduğunun fərqində ola bilməz. Başqa sözlə, simulyasiyada formalaşdırılan illuziya insan idrakı tərəfindən reallıq kimi qavranıla bilər. Bu kontekstdə bəli, illuziyadan tamamilə qopmaq prinsipcə mümkün deyildir. Amma insan tərəfindən intuitiv olaraq reallıq kimi qavranılan bir fenomen mövcuddur; ola bilsin ki, bu intuisiya yuxarıda qeyd etdiyimiz səbəblərdən əslində yanlış mənzərə formalaşdırır, amma əksəriyyət üçün bu mövcuddur və demək olar ki, skeptik şübhə predmeti deyildir. Amma bu, intuitiv reallıq insana yaşamaq üçün müəyyən səbəblərdən diskomfort yaradır. Bəzi insanlar bu diskomfortdan qaçmaq üçün məqsədli şəkildə bu reallıqdan imtina edərək onlar üçün komfort yaradan ideya, prinsip və konseptlərdən ibarət illuziya formalaşdırırlar. İnsan məqsədli şəkildə özü tərəfindən yaradılmış olan illuziyaya qapılır və oradakı komfort zonasını tərk etmir. Mən podkastda əslində bu konteksti nəzərdə tutmuşdum.
@@elmarhussein9300 anladım sizi, və razıyam. Reallığın, həqiqətin axtarışı xoşbəxtlik gətirmir, lakin bilərəkdən əlavə bir illüziyaya qapanaraq özünə komfort zonası yaradan insan, inanmıram ki, həqiqətən xoşbəxt ola bilər, üstəlik bu psixoloji pozuntular və nevrozlarla da nəticələnə bilər.
@@aynurmelikova3885 Bildiyim qədəri ilə bu, elmdə koqnitiv illuziya adlanır və ya onunla sıx bağlıdır. Koqnitiv illuziyanın isə insanın mental rifah və psixoloji adaptasiyasına müəyyən pozitiv təsirləri mövcud olsa da, uzunmüddətli perspektivdə ciddi neqativ effektlər yaratması da mümkündür.
Ugurlar olsun deyerli qrup yoldasim
@@cefer444 Təşəkkür edirəm, dəyərli dostum! Var ol!
Eşq olsun Elmar müəllimə👏
Təşəkkür edirəm, əziz dostum. Var ol!
Salam. Bilik haqqında th-cam.com/video/VbifKXMP3C8/w-d-xo.html buna baxmaq olar. Deklorativ, Konsepyual, Prosedural bilik bu biliklə əlaqəsi varmı?
Salam. Sizin qeyd etdiyiniz videonu izləməmişəm. Amma declarative knowledge (deklarativ bilik) ilə propozisional bilik demək olar ki, eyni şeydir. "Propozisional bilik" anlayışına daxil olan "propozisiya" məntiqdə deklarativ cümlə ilə ifadə edilir. Procedural knowledge (prosedural bilik) isə mənim podkastda qeyd etdiyim sonuncu bilik növü (how to knowledge) ilə eyniyyət təşkil edir. Amma nəzərdən keçirdiyimiz bu kontekstdə konseptual biliyin bölgünün içərisinə necə daxil olmasına dair məlumatlı deyiləm; ola bilsin ki, fərqli fəlsəfi məktəblərin yanaşmasında olan fərqli kontekstlərdə bu mümkündür, amma mən hələ tanış deyiləm.
Gözəl mənzərə
Egey dənizinin sahilində kiçik amma tarixi şəhərdir. Orada təqribən 2 həftə olmaq şansım olduğundan 70-80% ərazini piyada gəzdim, tarixi erkən orta əsrlərə gedib çıxan və şəhərin içəri ən qədim məhəllərinin yaxınlığında yerləşən monastr və kilsələrə kimi ziyarət etdim. Yaşamaq və işləmək icazəm olsaydı heç olmazsa bir müddət orada məskunlaşardım.
Salam dəyərli Elmar Müəllim təşəkkürlər çox şadıq ki, sizin kimi yetkin düşüncəyə sahib olan Ziyalı və yaradıcı insanlarımız var..
Maraqlanıb izlədiyiniz, dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.
Salam Elmar müəllim. Zehnin nə olduğunu dəqiq anlaya bilmədim. Zehin neyronlar şəbəkəsidir yoxsa bu şəbəkədəki datadır? Data axı hafizədir. Ümumiyyətlə data beyində neyronların daxilindəmi saxlanılır? Zehinlə Şüur arasında başqa dillərdə fərqi tapa bilmədim. Ümumiyyətlə birinin zehin dediyinə digəri şüur, zəkaya intellekt, intellektə ağıl və s. kim necə istəyir deyir. Bir allahın qulu da çıxıb bu termin qarmaşasını aradan qaldırmaq üçün digər dillərlə müqayisəli bir lüğət yazmır. Zehin fəlsəfəsi dediyiniz İdrak fəlsəfəsidirmi? Mümkin olsaydı bir canlıda suallara cavab tapardıq.
Maraqlanıb izlədiyiniz üçün təşəkkür edirəm. Bəli, tamamilə razıyam ki, bizim dildə təəssüf ki, elmi-fəlsəfi sahədə terminoloji qarışıqlıq mövcuddur. Bunun aradan qaldırılması üçün bizim dildə müxtəlif mövzularda, o cümlədən zehin fəlsəfəsi mövzusunda akademik kitabların yazılması zərurəti vardır. Amma şəxsi təcrübəmdən deyə bilərəm ki, bunun ən asan tərəfi belə bir kitabın yazılmasıdır, ən çətin tərəfi isə kitabın nəşr xərclərini qarşılamaqdır. Oxucu auditoriyasının olduqca kiçik olması isə sərf edilən zaman, enerji və iqtisadi resursları heç olmazsa qismən olsa da təmin etmir. Ona görə də bizdə sizin qeyd etdiyiniz çətinliklərin aradan qalxması prosesi ləng edir. Amma sizin sualların cavabladırılması, ən azından əsas açar anlayışların məzmununun aydınlaşdırılması, eləcə də onların ingilis dilində olan qarşılığının tapılması üçün video-mühazirə hazırlayaraq kanalda yerləşdirərəm.
Sizin sualınızı buradan cavablandırım. Hər bir insanın mərkəzi sinir sistemi (baş beyin + onurğa beyni) təqribən 100 milyard neyrondan (xüsusi tip hüceyrədən) ibarətdir. Hər bir neyronun mərkəzi hissəsi (nüvəsi və s.), informasiya ötürdüyü kanal (akson) və informasiya qəbul etdiyi kanalları (dentritlər) mövcuddur. Hər bir neyron 5 min (bəzi mənbələr hətta 10 min yazırlar) digər neyron ilə informasiya mübadiləsinə girə bilər; hər informasiya kommunikasiyası üçün iki neyron arasında xüsusi sahə (sinaps) açılır və dərhal sonra qapanır. Fiziki anlamda əslində neyronlararası siqnalların mübadiləsi baş verir ki, hər bir siqnal da özündə müəyyən informasiyanı daşıyır və deməli, hər bir neyron informasiya tutumludur. Bu mənada beyin bir növ komputerin hardware hissəsinin funksiyalarını icra edir, amma müqayisədə dəfələrlə mürəkkəb bir fiziki sistemdir. Neyronlarası informasiya mübadiləsi fasiləsiz davam edir, çünki beyinin bəzi pay mərkəzləri və ya tərkib hissələri daimi və ya müvəqqəti olaraq faəliyyətini dayandıra bilər, amma bütövlükdə beyin daim fəaliyyətdədir, bizim daxili orqanlarımızın və davranışımızın kontrol mərkəzidir. Olduqca mürəkkəb alqoritm üzrə informasiya mübadiləsi insan beynində informasiya şəbəkəsini formalaşdırır ki, biz bunu zehin adlandırırıq. Bu mənada zehin komputerin software hissəsinin funksiyasını icra edir. Burada yaddaş zehinin tərkibinə daxil olan yalnız bir elementdir; yaddaşdan başqa bura şüur, qavrayış, təfəkkür, mühakimə və s. daxildir. İnsan onun zehnində (ing.Mind) toplanmış olan və aktiv şəkildə cərəyan edən informasiyaların yalnız bir hissəsinin mövcudluğunun fərqindədir (ing. Awareness). Fərqindəlik insanda şüur (ing.Consciousness) vəziyyətini formalaşdırır. İnsanın fərqində ola bilmədiyi (ing. Unawareness) hissə isə qeyri-şüur (ing. Unconsciousness) vəziyyətini formalaşdırır. Qeyd edilən terminoloji mürəkkəblik hətta ingilis dilində olan ədəbiyyatlarda da mövcuddur, amma mənim oxuduqlarım nəticəsində gəldiyim qənaət olduqca sadələşdirilmiş şəkildə belədir. Ümumiyyətlə, mövzu olduqca geniş və bir sıra istiqamətlərdə interpretasiyalara və növbəti kəşflərə açıq olduğundan mənim qeyd etdiklərimin alternativ variant və izahları şübhəsiz ki, mövcuddur.
Thought provoking
Thank you! I'm glad you found it thought provoking.
Təşəkkür edirəm, olduqca maraqlı və zəngin bir podcast idi.
Maraqlanıb dinlədiyiniz üçün mən təşəkkür edirəm.
Elmar müəllim, salam. Qulaq asdım, və iki üç gündür, dediklərinizi fikirləşirəm. Çünki dediklərinizin arasında daima düşündüyüm bir mövzu da var. Əqidə, məsələn, ki, dediyiniz kimi, bu siyasi məqsədlərində kütləni idarə etmək üçün istifadə olunan bir manipulyasiya yoludur. Ümid edirəm ki, səhv anlamadım. Bununla, bir tərəfdən, razılaşmamaq çətindir. Və bir müddət məhz bu cür nəticəyə gəlmişdim. Lakin bu məntiqlə baxsaq, təhlil etsək, o zaman həyatda, dünyada həqiqi heç bir şeyi tapa bilmərik. Xalis düşüncədən savayı... Öz yaşadıqlarıma əsaslanaraq (subyektiv bir fikrimdir) deyə bilərəm ki, insan şüurunu genişləndirdikcə, sanki tənhalaşıb ucu bucağı olmayan bir boşluğa çıxır, ki, bəlkə də əslində o xalis boşluqdan savayı zatən heç bir şey də həqiqi deyil. Lakin həyatda yaradıcı olmalıyıq, o boşluğu da özümüz doldururuq. Deməli buraya əvvəlcədən olmayan mənaları yaradıb gətiririk. Onlardan biri əqidə.. siyasətçi üçün manipulyasiya yoludursa, bir başqası üçün, bunu bilsə belə, həyatının mənasıdır. Nəticədə, kim deyə bilər ki, iki fərdin yaşadığı realliqlardan hansı həqiqi və ya yalandır. İkisi də onu yaşayır, hər kəs özünə görə, öz məqsədlərinə və inanclarına uyğun. Ümid edirəm, fikrimi doğru şəkildə çatdıra bildim. Təşəkkür edirəm.
Salam, Aynur xanım. Maraqlandığınıb dinlədiyiniz üçün təşəkkür edirəm. Bəli, bütün insanlar reallığı özlərinin koqnitiv matrisləri ("qəlibləri") çərçivəsində qavrayırlar, dərk edirlər, onun məzmununa dair nəticə çıxarırlar və s. Burada mən sizin "şüur" anlayışı altında nəzərdə tutduğunuzu məzmunu"koqnitiv matris" analyışına köçürürəm. Orta statistik insanın koqnitiv matrisi məhduddur, əsasən siyasi ideologiyaların, mədəniyyətlərin, dinlərin, müxtəlif elmi konseptlərin reallığa vermiş olduğu mənalarla çərçivələnir. Bu mənada xüsusi məqsəd olaraq koqnitiv matrisi genişləndirmədikcə, insanın zehini həmin mənalar ilə çərçivələnmiş olan "illuziya" qəfəsinə məhkum edilmiş olur. Koqnitiv matrisin genişlənməsi bəli, insanı boşluğun içərisinə gətirib çxarır, hər şey bir növ yenidən mənalandırmağa vadar edir, cavablardan çox suallar formalaşdırır, insanı bir növ həm də tənhalaşdırır. Amma insanın zehini bu şəkildə başqaları üçün müyəssər olanları anlayıb fərqində olandan sonra o, həqiqi anlamda bütün məhdudiyyətlərdən azad olur və yüksəlmiş olan reallıq dünyasında hüzur tapır. Bu mənada koqnitiv matrisin genişlənməsi insana ola bilsin ki, xoşbəxtlik deyil, yalnız həqiqəti anlaya bilməyi vəd edir (Remember, Neo. All I'm offering is the truth. Nothing more/ The Matrix).
@@elmarhussein9300 həmişəki kimi maraqlı və geniş cavabınız üçün təşəkkür edirəm. Bəli, xoşbəxtlik deyil, bəlkə hüzur və həqiqət. Bununla belə, şərq mistik praktikalarda verilən bir konsepsiya ilə razıyam, - "aydinlanmadan sonra bazara qayıt". İlluziyani dərk etməyərək ,onun bir hissəsi olaraq yaşamaqla onu dərk edərək, tərkib hissəsi olmadan yaşamaq ,məncə, fərqlidir.
@aynurmelikova3885 Maraqlandığınız üçün mən təşəkkür edirəm. Şübhəsiz ki, aydınlanmadan sonra həyata dair baxış və qavrayış dəyişir, yeni məzmun kəsb edir. Amma bu fikrin məzmunu bir az qaranlıq qaldı: "Aydınlanmadan sonra bazara qayıt!". Burada "bazar" nəyi ifadə edir?
Allah Əziz müəllimimizi rəhmət eləsin. ❤️
Ruhu şad olsun. Zaman irəlilədikcə dəyəri daha çox duyulur. Təəssüf ki, seminarları, çıxışları video formatda çox az qeydə alınıb, amma əlimizdə olanları sistemləşdirib hissə-hissə paylaşırıq.
Mükəmməl. Tanrı elminə bərəkət versin🤲
Qiymətləndirib dəyər verdiyiniz üçün təşəkkür edirəm.
Müəllim məntiqə giriş üçün sizin "mulahizələr məntiqi" kitabınız tövsiyə olunandır?
Bəli. Bu kanalda məntiqə aid indiyə qədər paylaşılan bütün video-mühazirələr əslində adını qeyd etdiyiniz kitabın materialı əsasında hazırlanmışdır. Sadəcə olaraq videoları izləyərkən və kitabı oxuyarkən bir neçə açar anlayışın qarşılığına diqqət yetirmək lazımdır. Məsələn, "mülahizə" - "propozisiya", "mülahizələr məntiqi" - "propozional məntiq" və s. Bütün bu kimi məqamlar videolarda qeyd edilir və ya sual yaranarsa, burada şərh bölməsində cavablandırılır.
@@elmarhussein9300 dəstəyiniz üçün çox sağolun
@@tagiyev.5 Hər bir insan ona ötürülmüş olan biliyi digərlərinə çatdırmalıdır deyə bir əxlaqi prinsipin mövcud olduğuna inanıram. Bu, bir növ hər bir insanın əxlaqi borcudur.