Poeziya Klubu
Poeziya Klubu
  • 1
  • 49 809
Roman | Ramiz Rövşən
Hər ömür romandır; uzun, ya qısa,
Şirin sevgiləri, acı səhvləri.
Sənin yaşadığın bu romanınsa,
Nə çoxdu cırılan səhifələri?
Burda uc-ucadır doğruyla yalan,
Bəlkə, bu romanı yazan naşıdır?
Bu ağ varaqlarda ləkəsi qalan,
Ya dodaq boyası, ya göz yaşıdır.
Çox da varaqlama bu romanı sən,
Qəflətən səksənmək təhlükəsi var.
Hansı varaqdasa bir də görərsən,
Hələ qurumayan qan ləkəsi var.
Bu kimin qanıdır? Bu nə qandır? Nə?
Kimin qatilisən? Kimin cəlladı?
Batır barmağını, bir vur dilinə,
Gör tanış gəlirmi bu qanın dadı.
Dadı yox, tamı yox, bu necə qandır?
Hardan bu varağa sızılıb bu qan?
Bir yox, sənin ömrün iki romandır;
Biri tanrı yazan, biri sən yazan.
Tanrının yazdığı bu deyildir ki,
Bir dön ömrünə bax; otuz ildir ki.
Tanrının yazdığı o romanı sən,
Korlaya-korlaya ömür sürürsən.
Bir bax o səhvlərə, yalnışlıqlara,
Gör necə calanıb biri-birinə.
Neçə dostluqlara, tanışlıqlara,
Sən nöqtə qoymusan vergül yerinə.
Gör necə qoşmusan sən bu romanda,
Doğma feilləri yad isimlərə.
Böyük sevgilərin keçib yanından,
Uymusan yalançı təbəssümlərə.
Nə deyir uzaqda səslənən əzan?
Deyir, indən belə bu giley nədir?
İstər Tanrı yazan, istər sən yazan,
Hər iki romanın sonu eynidir.
Amma sona gedən yolları başqa.
Öləndə Tanrıya üzünü tut, de:
Ey böyük romançı, məni bağışla.
#RamizRövşən #Roman #Şeir #Edebiyyat #Şair #Poeziya #PoeziyaKlubu #Şeirlər
มุมมอง: 49 815

วีดีโอ

ความคิดเห็น

  • @Nacibov-p2u
    @Nacibov-p2u 6 วันที่ผ่านมา

    1:35 ləzzət edən yer❤️

  • @spingame3959
    @spingame3959 3 หลายเดือนก่อน

    İnsan olmağa çağırışdır bu şeir..dinleyenlere baxın rəngləri qaçıb...

  • @spingame3959
    @spingame3959 3 หลายเดือนก่อน

    Hekayə ömürlər də var şair...qısa...

  • @Yutub_yutub123
    @Yutub_yutub123 5 หลายเดือนก่อน

    Möhtəşəm

  • @sematelecom8214
    @sematelecom8214 7 หลายเดือนก่อน

  • @NubarQuliyeva-s3l
    @NubarQuliyeva-s3l 8 หลายเดือนก่อน

    Sadəcə bir dövrdə yaşadığım üçün qürür duyuram

  • @ErvinRommel44
    @ErvinRommel44 10 หลายเดือนก่อน

    Sağ ol ustad.

  • @lisukurlu4613
    @lisukurlu4613 ปีที่แล้ว

    Şair Allah səni qorusun.Amin🤲🏻Çox gözəl🌹

  • @VüsaləBədəlova
    @VüsaləBədəlova ปีที่แล้ว

    Mən butun gunu demek olar sizi oxuyub dinləyirəm❤❤❤ Amma bu nece iller ərzində hələdə bir kəlmə soz və bir cumlə qura bilmirəmki Sizə sizin yazdiglariniza layiq olsun. Bilmirem sizin yazdiglarinizi və mənim yasadiqlarimi hansi dillə hansi soxlerle və hansi cumlelərle deyim. Təkcə onu deyimki yaxsiki varsiz Yaxsiki yazmisiz yaxsiki yazirsiz❤

  • @azersellugur7503
    @azersellugur7503 ปีที่แล้ว

    Sag olun, Allah omur versin insha'Allah.Videoya gore sag olun.

  • @gunelsalmanova8441
    @gunelsalmanova8441 ปีที่แล้ว

    Söz tapa bilmirəm belə şair bir də olmayacaq şeri yazmaqla bərabər nə gözəl intanasiya var bu şerdə nə gözəl deyir Ramiz Rövşən 👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Şeirə ürək quyub😢😢❤👏👏👏👏👏👏👏👏👏👏

  • @hsnliyev6154
    @hsnliyev6154 ปีที่แล้ว

    VƏLƏM YELPƏNƏH VƏLƏM YULPƏNƏH HÜVVƏLƏM KƏPƏNƏK USAGLARİN MƏSƏLİ YAĞLİ FƏSƏLİ İRANDA ZƏL ZƏLƏ QARABAĞDA VƏL VƏLƏ LƏNƏTDƏMƏ VƏLMİUNATİ VƏLMUMİNAT MUSLİMAT CİXAR CİBİNDƏKİLƏRİ USDOLUN USDƏ AT ATSUDU YESİ KİBENİ MAT 😂😂😂😂😂

  • @hsnliyev6154
    @hsnliyev6154 ปีที่แล้ว

    İRANDA MÜALİCƏSİ VAR AĞSAQQAL😂😂😂

  • @metabeats921
    @metabeats921 ปีที่แล้ว

    Səni sevirəm avtoş Rasim - Uzman Qılman hoca 😁

  • @familmmmdov8286
    @familmmmdov8286 2 ปีที่แล้ว

    Əla

  • @arazhesenov5200
    @arazhesenov5200 2 ปีที่แล้ว

    Var yoxuna lenet bu konkret seyliyir ne dediklerini hec ozude bilmir

  • @maisekazimova2539
    @maisekazimova2539 2 ปีที่แล้ว

    Çətini biz ölüncədu, Gedəcək, hamı gedəcək. Biz dünyadan gedən təki, Dünyanın qanı gedəcək. Solacaq bağçası - bağı, Quruyacaq son budağı, Dənizin suyu, balığı, Sahilin qumu gedəcək. Birtəhər, pismi, yaxşımı, Yola salıb son axşamı, Söndürüb sonuncu şamı, Ən son adamı gedəcək...

  • @muhmmdhsnov4262
    @muhmmdhsnov4262 2 ปีที่แล้ว

    Fəlsəfədir başdan ayağa

  • @muhmmdhsnov4262
    @muhmmdhsnov4262 2 ปีที่แล้ว

    DAHİ DAHİ DAHİ

  • @alexsalfrida3864
    @alexsalfrida3864 2 ปีที่แล้ว

    Yaxşıdır , o qədər də möhtəşəm deyil. Yəni bu şeirdən ən azı 15 dəfə daha mükəmməl şeirləri var.

  • @javidankarimli2946
    @javidankarimli2946 2 ปีที่แล้ว

    Möhtəşəm!

  • @guluatakisiyeva2371
    @guluatakisiyeva2371 2 ปีที่แล้ว

    30lu yaslardayam səbəbsizce sevirəm bu şeiri

    • @behruzelesgerov6993
      @behruzelesgerov6993 ปีที่แล้ว

      Belkede bele aci veren 1sevgiye sahib olmaq istemisiz eziz insan.sevginin en gozel terefi odurki onuncun darixasan.belkede o insan yaninda olsa o qeder ulvi seve bilmezsen onu.

    • @ErvinRommel44
      @ErvinRommel44 10 หลายเดือนก่อน

      Şair bir dəfə demişdi k,məni sevməyən məni tanımır.

  • @malikbabazade
    @malikbabazade 2 ปีที่แล้ว

    Doğma feilləri yad ismlərə qoşmaq 😔

  • @sahibabdullazad9013
    @sahibabdullazad9013 2 ปีที่แล้ว

    Hər sətrinə hər kəlməsinə böyuk bir təəccub və heyranliqla qulaq asdim. Bədənim urpəndi fikirlərin dərinliyindən , şerin gözəlliyindən. Allah qorusun sizi dahi insan.

  • @shahriyarsafarov436
    @shahriyarsafarov436 2 ปีที่แล้ว

    Allah sənə ömür versin dəyərli və sevimli şair.Sizin səsinizlə dinlənilən şerlər insanın qəlbini rahatladır.Sanki insanı insanda alır.

  • @ehmedagaehmedzade9274
    @ehmedagaehmedzade9274 2 ปีที่แล้ว

    Allah ömr versin dəyərli şair

  • @CavidQeribovdniolsannedrsn
    @CavidQeribovdniolsannedrsn 2 ปีที่แล้ว

    Vərəğləri cırılan xatirələri sən cırdın mən bərpa etsəmdəə....

  • @arancell2005
    @arancell2005 2 ปีที่แล้ว

    Allah canını sağ eləsin!👍👍

  • @aygulmammedalizade6685
    @aygulmammedalizade6685 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @elvinzaxarov4633
    @elvinzaxarov4633 2 ปีที่แล้ว

    Qizil adamsan şaiir

  • @asadovnicat6392
    @asadovnicat6392 2 ปีที่แล้ว

    Şair sən bir dahisen Allah ömür versin 🙏